Əzm etdi Səba beşadkamiKim, tapdı o dilşikəstə kami.Sürdü atını rəvan rəvani,Istərdi kim, alə müjdəgani.Çün gəldi, irişdi tərfi-bağə,Peyki-fərəh irdi bağü rağə.

Gizləndi betərfi-gülsitan ol,Eşqimni qılırdı imtahan ol.Mən dutmuş idim du çeşmi bər rah,Ta kim, gələ əz təriqi-dərgah.Nagah Səbayi-nikxahimQapdı gəlübən zi sər külahim.Aydır: – Di ver imdi müjdəgani,Gəlsün dedi ol nigari-cani.Kim, bu gecədir zəmani-vəslət,Vəqti-tərəbü hüzurü işrət.Bu sözün anın çü guş qıldım,Xızr abı idi ki, nuş qıldım.Bu mürdə tənim bulub həyati,Tapdı dilü can zi ğəm nicati.Rəqs eylər idi tənimdə canım,Bu şe’ri oxur idi zəbanım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri