Gəl, gəl bəri, ey görən cəfalər,Kim, yar sana qılur vəfalər.

Gəl, gəl ki, əgərçi pür xətasən,Çin oldu yanımda hər xətalər.

Gəl, gəl bəri, ey pür əz bəla dil,İmşəb bulasan şəfa bəlalər.

Gəl, gəl bərü, ey ğəmimdə bimarKim, bu gecə yar edir dəvalər.

Ey Xəstə Xətayi, gəl ki, yarınKönlün aluban qılur vəfalər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq