Didənə-bağban aşeqra və azad kərdən (Bağbanın aşiq görməsi və azad etməsi)
Bu vəhşət ilən ki, baxar idim,Vəhşətdə könülni yaxar idim.Nomid bolub könül pərişan,Giryanü nizarü sinə büryan.
Nagah yoluxdu bağbani,Bağ saxlamağa qomişdi ani.Pünhani yeridi, gəldi qarşu,Aydır: – Sorayım, nə kişidir bu.Kim, munda əqilli kimsə gəlməz,Bu dəli məgər özüni bilməz.Xişm etdi, itab ilən yeridi.Həddin tanigil mana der idi.Çün yetdi mana, salam qıldım,Öz dərdi-dilim təmam qıldım.Nə baxdı səlamə, nə kəlamə,Nə alqışıma, nə xod duamə,Bir yumruğ urub qəfamə möhkəm,Başumə dəxi yetirdi üç bəm.Usum yeridi, bulandı beynim,Öz yolunu görməz oldu eynim.Der: – Kimsən, əya xəsisi-bədru?Gör kim, gəlicək yerinmidir bu?Kim burada muş olur qəzənfər,Tülküyə dönər hünərvər əjdər.Bu yerdə nəmir olur çü xərguşGögdən uçamaz qanad çalıb quş.Divanəmisən və yaxud əhməq,Get, yoxsa yeyərsən əlli toxməq.Casusmisən ki, yoxsa oğru,Ya əgrimisən və yoxsa doğru?Bildir mana kim, nə pişəsən sən?Əlqissə, buradə nişəsən sən?Ya yolmi azub burayə düşdün?Bir dəm bizim ilə xub dürüşdün.Çox qılma mənimlə höqqəbazi,Min müşt sana urarmən azi.Bir ursam, on ol qədər sürəyim,Fəryad edəsən ki, mən durayım.Bir bəndədürür bu yerdə səhlər,Bir zərrədürür buradə mehlər.Əflakə qaxar ki, sərnigunsan,
Pa yerə dögər ki, gunə-gunsan.Kövneyn munun qatında bir çub,Xublar qamusu yanında mə’yub.Oldur bu ki, kəfşi payə qoymaz,Həmrah özinə sayə qoymaz.Bu yerdə muradü halətin nə?Nerdənsənü əsli-millətin nə?Gər munda səni duyarsa ol mah,Işlər qıla sana, Allah, Allah!Ancaq nə səni sürür, məni həm,Hərgiz gəzəmi bu yerdə adəm?Munda nə muradü məqsudun var?Gəlməz bu arada hiç dəyyar.Baği-pəridir bu bağın adı,Qoymaz bu yerə firiştə zadı.Sözün var isə, yeri var özün,Nə qala yüzün bütün, nə gözün.Yüzün qanadına yetə qaşın,Qarışa burun suyilə yaşın.Çeşmin genənə misali-qazğan,Sarxa dodağın besani-ənban.Bilinməyə önün, ardü yanın,Əngində zühur ola dəhanın.Canın sağ ikən yeri buradən,Söyləmə dəxi bu macəradən.Baxdım ki, munun qırımı özgə,Mənimlə alum-verimi özgə.Varmağ həvəsini tərk qıldum,Qurtulmağa şimdi razı boldum.Düşdüm yüzüm əyağına sürdüm,Könlüm xəbərini cümlə verdüm.Dedim ki, mən ol pəri nigarəHeyranəmü bağrı parə-parə.Bir gün gözümə göründü nagah,Canü dilimi apardı həmrah.Səbr ilə qərarım aldı, getdi,Nə səbr ki, varım aldı, getdi.
İşim gecə-gündüz ah boldu,Eşqimə cəhan güvah boldu.Qalmadı qərarü xurdü xabım,Qan oldu axub gözümdən abım.Həq dərgəhinə niyaz qıldım,Ixlas ilə kəşfi-raz qıldım.Hatifdən eşitdi guşim avaz:– Bu razi-dilin ki, qıldın ağaz,Həzrətdə qəbul düşdü hali,Dildən götür ol ğəmü məlali.Verən sana bu fəğanü ahiOl gülşən içində bəzmgahi.Baği-pəri derlər ol məkanə,Bənzər dərəcati asimanə.Dur, imdi anın məkanına var,Durmagil iraxda, yanına var.Gər görməginə düşə məcalın,Kəşf eyləgil anda ərzi-halın.Mundax dura-düşə yola düşdüm,Gəh açuğa, gahi kola düşdüm.Yetdigim ol idi sizni buldum,Ancağ sizi gördügümni bildim.Gər bir igidin düşə məlali,Yetər sənə bildirincə hali.Başuma mənim nələr gətürdün?Ərzi-dilim ana xub yetürdün.Yüz dürlü mana ğəramət etdin,Aləmdə məni məlamət etdin.Səbr etməgə hiç çarə yoxdur,Bağrımda nə dürlü yarə yoxdur.Bəs neyləyim, ey hərimi-gülşən?Həll eyləmədin bu müşkülüm sən.Bu həsrət ilən həlak oluram,Bu dərd ilə dərdnak oluram.Ol dəxi eşitdi uş bu hali,Aşiqliğimi, ğəmü məlali.Bir ol dəxi aşiq olmuş imiş,
Eşqin hünərini bilmiş imiş.Ah eyləyübən təəssüf etdi,Üzrin diləyib təkəllüf etdi.Aydır ki, əya ğəribü bikəs,Bildim sözüni nə olduğun bəs.Amma ki, yetirmək olmaz anəKim, xişm edər ol mana, nə sanə.Çox eyləmə dəxi fikri-fasid,Gər sana gərək bu yolda qasid,Bir qutlu nəfəs, Səbadır adı,Aşiqlərə ol verir muradı.Mə’şud ilə aşiqə rəsuldur,Hər yerdə ki, var sözü qəbuldur.Anı bula gör nə yerdə kim var,Desən varur ana xanda kim var.Mə’şuq ilə aşiqə rəsuldur,Əzrayə gedər zi suyi-Vamiq.Mən dəxi görüm gələndə ani,Bilim sözü necədir nihani.Varmı diləgin məhəlli billəm,Gər könlü xoş olsa, ərz qıllam.Olmasa qəbul, ola mərdud,Gər qılsa, yetə muradə məqsud.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dehname-didene-bagban-aseqra-ve-azad-kerden-bagbanin-asiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Eşqiniz cana, bu könlüm təxtinə sultan dururEşqiniz cana, bu könlüm təxtinə sultan durur,Bu vücudum mülkinə xeyli xəyalın can durur.
Ey bəndə, gər cəhanda pənahın ilah olaEy bəndə, gər cəhanda pənahın ilah ola,Kəmtər qulun məqamı sənin padişah ola.
Ey cəmalın gülsitani baği-minudur manaEy cəmalın gülsitani baği-minudur mana,Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.
Başqa şairlərin şeirləri
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.