Yenə dedim ol rəfiqə halım,Artırdı qatı ğəmü məlalım.

Bu işə həq içün eylə tədbir,Əldən gələn işi qılma təqsir.Bu dərdilə mən həmişə zarəm,Ğəmxar beh əz tu kəs nədarəm.Fikr etdi başın çəkib becamə,Der: – Bir dəxi göndər ana namə.Əvvəl göricək şəfi olur kəs,Çox görsə sözü qəbul edər bəs.Həm aləmin oldurur rəsuli,Kəs söz deyən eyləməz üduli.Şahdan gedər ol həmişə şahə,Girər biicazə bargahə.Çindən yazılıb Xətayə namə,Gəh Rumdən elçi getdi Şamə.Hökm etdi anın bilə qəyasir,Qalmışlar ol çox oldu nasir.Ol yaxşı-yamandan eləməz xovf,Saxlar qamunun sirini dər cövf.Hər söz desən anda ani söylər,Nə özgə kimi yalani söylər.Saxlarlar anı baş üstə daim,Qoyarlar öpüb qaş üstə daim,Söylər sözü, gərçi dili yoxdur,Avaz ilə qalü qili yoxdur.Yazılı başında nitqi-Allah,Hər yerdə var ana mənzilü cah.Cahil kişi birlə yox səfası,Aləmlərin oldur aşinası.Gəh dili əcəm, gəhi ərəbdir,Pür rəsmü üsul, ba ədəbdir.Qılurlar ana çox ehtirami,Xətmində görəndə vəssəlami.Andandurur adı pak damən,Yaman deməz ana yaxşı-yamən.Mən dəxi yonub rəvani xamə,Yazdım be həvəs fəraqnamə.Yazdım başı üstə nami-cəbbar,

Sonunda hezar barə zinhar.Kim, sana ğulamü çakərəm mən,Əz cümlə kəminə kəmtərəm mən.Çox yalvaruban çü yazdım ani,Dedim: – Aparıcı şimdi xani?Der: – Qoşgil anınla peyki-ahın,Varmaya yüzinə padşahın.Kim, bəddir anın nəfəs məqali,Tünd etməyə ayinə cəmali.Söylə xunu olsun ol şəfiqi,Yandırmaya yolda ta rəfiqi.Çün Ahimə verdim uş bu pəndi,Dur indi dedim, sözüm tükəndi.Çün Ahilə gögə çıxdı Namə,Əzm etdi gedər o dilrübamə.Dedim ki, rəsulə yari-ğarım,Tez gəl ki, gedibdir ixtiyarım.Hər işdə çü ittifaq xoşdur,Ağacda pərü budağ xoşdur.Puş etmə yüzüni, aç gözüni,Bəs ərzə qıl anda hər sözüni.Bu şe’rimi yarə söyləgil sən,Ol lalə üzarə söyləgil sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri