Can xoşdur əgər buluna canan,Qul xoşdur əgər yetər be sultan.

Aşiq nə xoş ola hicr əlindənQurtulavü yarə ola mehman.

Gər dönsə fərağə vəslət, eyvay,Xoşdur ki, vüsalə dönsə hicran!

Xoşdur ğəm içində piri-məhzun,Ta ki, yetə ana xubi-Kən’an.

Xoş bola qaranğu gecələrdəGörünə tülui-mahi-taban.

Ya zülmət ara qalan SekəndərXoş buldu zülali-abi-heyvan.

Ğəm yemə, Xətayi, şad bol kim,Mehr ilə vüsalə döndü hicran.

Ol gül kim, ana dil oldu bülbül,Gülzari-rüxündə verə nur gülOl şuxə ki, can olurdu Fərhad,

Şirin dodağından aldı yüz dad.Ol yarə ki əql olurdu Məcnun,Uş Leyli saçına oldu məqrun.Pərvanə idi o şəm’ə bu can,Bir tabi-rüxündən oldu büryan.Ol mahə ki, can müştəridi,Vəslət gecəsində xoştər idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq