Sən biədəbin nə həddidir hey,Kim, sanamazam səni mən əz şey.

Açman sana mən kitabi-mehrim,Övraqi-ümidin eyləgil tey.

Mən sana kəminə qul deməzmən,Gər Kavus isən bu gün, əgər Key.

Dərd ilə əgər yüz il ölürsən,Bir bus ilə qılmanam səni hey.

Bağrın kimi səd hezar dillər,Çəngimdə mənim dəlindi çün ney.

Məndən sana, ey şikəstə məhrum,Dərman xaçan ola, ya dəva key?

Eşqimdə Xətayi bəndəvandır,Hər bab ilə xalis ərdürür vey.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri