Müddətdir həsrətəm, bir gəz, bəri bax,O xan gözlərinin sədqəsi canım.Könül şikarına şahibaz kimiÇıxan gözlərinin sədqəsi canım.

Rüxsarına qoşa xallar düzülüb,Yoluna baxmaqdan canım üzülüb;Yuxusuz maral tək hərdəm süzülüb,Axan gözlərinin sədqəsi canım.

Eşq əhlini qoymaz gələ yaxına,Göz işləyən yerdən istər toxuna.Sərasər bağrımı müjgan oxunaTaxan gözlərinin sədqəsi canım.

Təsəlli verirdim mən öz-özümə,Nazlı dilbər inanacaq sözümə;Niqab altdan oğrun-oğrun üzüməBaxan gözlərinin sədqəsi canım.

Şikəstə Zakiri gah şad eləyib,Gahi bəndə, gahi azad eyləyib,Könül xanimanın bərbad eyləyib,Yıxan gözlərinin sədqəsi canım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri