Müştaqi-ləbin sağərü səhbayə baxarmı?
Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Bir göz ki, səni görməyo, dünyayə baxarmı?
Aludeyi-qəddü rüxü çeşmin olan aşiq,Sərvü səmənə, nərgisi-şəhlayə baxarmı?
Yüz mövsimi-gülzar ola, dilgiri-cəmalınSuyi-çəmənə, canibi-səhrayə baxarmı?
Bir kimsəyə xürşid cəmalın ola mənzur,Mehri-fələyə meyl qılıb, ayə, baxarmı?
Həmrahi-rüxündür edərəm zülmə təəccüb.Ha böylə işi üzdə olan payə baxarmı?
Ya dust!– deyib, dad eləsəm yar eşigində,Yarəb, görəsən bir məni-rüsvayə baxarmı?
Məktubunu mən xəsətonin, ey qasidi-həmraz,Ver sürət ilə, gör bütü-tərsayə, baxarmı?
Gər desə: sabah mən dəxi gəlləm, hələ sən getƏrz eylə: əcəl zabiti fərdayə baxarmı?
Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan,Kim padşahi hüsn olan ədnayə baxarmı?
Kitabxana.az · https://kitabxana.az/works/zakir-mustaqi-lebin-sageru-sehbaye-baxarmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.
Könül, baxa-baxa rüxi-zibayəKönül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.
Vəsfi-halYaran, mənimlə baziyi-çərxi-xərifə bax!Mən natəvanə eylə nəzarə, hərifə bax!
Cananə üçün zindəganlıqCananə üçündü zindəganlıq,Cananəsiz ömrdü ziyanlıq,