Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

Ənvər Məmmədxanlı5 dəq
Türklər

Ol qoçaq iranlılar,Ol igit osmanlılar,

Əli Razi Şəmçizadə2 dəq
Deyişmə: Bulaq üstə duran gözəl

— Lətif:Bulaq üstə duran gözəl,

Lətif1 dəq
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

İsa Hüseynov (Muğanna)3 dəq
Hər gün bir az (29 avqust 1904)

Bu dəfə dilimizdən danışacağız. Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövminə mütəəlliqdir. Türk dili ki, bu qövmlər danışırlar, ümdə iki qismə bölünür.Biri şərqi, biri qərbi. Şərqi türkcəsi Çığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir. Ancaq aralarında bəzi kəlmələrin tələffüzü cüzi fərqi var. İsim və feillərin elalı isə ümumi olaraq hər iki ləhcədə birdir. Arada olan təfavüt o qədər cüzidir ki, ləhcənin birini danışan adam ömründə birinci dəfə olaraq ismi və feili o biri ləhcənin tələffüzü ilə eşidəndə o dəqiqə anlayır və heç bir çətinlik çəkmir.

Məhəmməd ağa Şahtaxtlı5 dəq
Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

İsi Məlikzadə19685 dəq
Qəzəl 1055

Dostluğun möhkəmliyi ilqardadır, peymandadır,Dövranın zülmün nə bilsin, ta toxum xırmandadır.

Saib TəbriziQəzəl1 dəq
Qitə 56

Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.

Xaqani Şirvani1 dəq
Qəzəl 185

Dedim: eşqində könül zarü həzin olmalıdır,Dedi ki: söz odur, əlbəttə, həmin olmalıdır.

Məhəmməd FüzuliQəzəl1 dəq
Cami-Cəm, fəsil 5

Ey göyü eşqilə məftun eyləyən,Məni də yada sal, and verirəm mən.

Əvhədi MarağalıMəsnəvi3 dəq
Teng-i şekeri la'l-i lebün tenge getürdi

Teng-i şekeri la'l-i lebün tenge getürdiTûtîsini bu gönlümün âhenge getürdi

Qazi BürhanəddinQəzəl1 dəq
Saqqallı uşaq

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir.Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu; ondan ötrü ki, həylə sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

Cəlil Məmmədquluzadə19262 dəq
Töhfeyi-Sami, bölmə 273

بجودت طبع سلیم وحدت ذهن مستقیم سر آمد شعرای زمان بود بی تکلف از متأخرین کسی قصیده را بهتر از او نگفته . مولد او قصبه تهران است من اعمال ری . پدرانش رئیس و کدخدای آنجا بوده اند نام او در اصل ارجاسب بود و در اوایل عمر جهت تحصیل علم بشیراز رفته بود و در زمره ی شاگردان مولانا جلال الدین محمد دوانی در آمد اکثر کتب متداوله را مطالعه کرد فاما در طب بیشتر کوشیده طبیب شد مولانا اسم او را تغییر داده مسعود نام نهاد با اکثر اهل دولت صاحبقران مغفور محشور بود چنانکه از شعر او معلوم توان کرد در اواخر عمر در تهران متوطن شد. باغی طرح انداخت و آنرا موسوم به باغ امید گردانید . اما هنوز نهال امیدش بارآور نگشته بود که از صدمه ی صرصر حوادث سمت قاعا صفصفا پیدا گردید و در شهور سنه ثلاثین و تسعمایه جمعی بر سر او ریخته بقتلش رسانیدند بعضی مردم نسبت این امر شنیع به نوربخشیان کردند و الله اعلم، افضل نامی تهرانی این قطعه در تاریخ شهادت او گفته :کاو بنا حق شهید شد ناگاه

Sam Mirzə3 dəq
Ənisül-arifin, 10

یک صفت عجب آمد این اماره رابوالعجب عفریت مردم خواره را

Qasım Ənvar1 dəq
Sığmazam

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.

İmadəddin NəsimiQəzəl2 dəq
Yıxıldın

Yelkənim daşa toxundu,Taleyim durdu qəsdimə.

Rəfiq Zəka Xəndan1 dəq
Qəsidə 39

Bustanın zinətini büsbütün apardı xəzan,Hava sərt oldu, sular da göyərdi gör nə yaman!

Qətran Təbrizi3 dəq
Sünnü ilə şiə

Bir nəfər mərdi-şieyi-xülləs,Şiəlik zati-pakına müxtəs –

Seyid Əzim Şirvani1 dəq
Ağ şanı

Bu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.

Süleyman Rüstəm1 dəq
Qəsidə 58

Hər gecə təfəkkürə, xəyala dalaraq mən,Fələyin örtüyünü yırtıb keçirəm göydən.

Mücirəddin Beyləqani5 dəq
Ehsanlarımız

Səndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.

Əliağa Vahid19641 dəq
Rübailər, 15

Meyxanada bütlərlə təhiyyat xoşdur,Pudluq qədəh əllərdə münacat xoşdur.

Məhsəti Gəncəvi1 dəq
Yeddi gözəl, fəsil 2

İlk pərgar xəttinin mərkəz nöqtəsi,Varlığın axırı, ən son töhfəsi,

Nizami GəncəviMəsnəvi3 dəq
Bakı fəhlələrinə

Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,

Mirzə Ələkbər Sabir19062 dəq
Məsnəvi 5

آتشی شب در نیستانی فتادسوخت چون عشقی که در جانی فتاد

Məczub TəbriziMəsnəvi2 dəq
Atəşkədə, fəsil 19

بحرها آمد به لب خوشیده کفکای درخشان گوهر بحر شرف

Nəyyir Təbrizi3 dəq
Rübai 66

گفتم چو تو را عاشق شیدا باشمشاید که من دل شده تنها باشم

Həmam TəbriziRübai1 dəq
Sənə inanıram

Nə dona girsə də ilandır, ilan,Lənət ağına da, qarasına da.

Məmməd Araz2 dəq
Maddeyi-tarix

Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.

Qasım bəy Zakir1 dəq
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm

Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.

KişvəriQəzəl1 dəq