Zülm

Bu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:

Jalil Mammadguluzadeh2 min
Mətbəə

Mən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi

Jalil Mammadguluzadeh3 min
Papaslar

Mən hər vaxt məcmuəmizdə bir məqalə yazanda, ya bir kəsə bir məktub yazanda, yainki bir məclisdə söhbət eləyəndə, bircə şeydən çox nigaran olaram: həmişə qorxaram ki, oxucular elə xəyal eləyələr ki, mənim fars dilindən və ərəb dilindən heç xəbərim yoxdur; qorxuram bilməyələr ki, mən fars və ərəb dili də oxumuşam. Və bu cəhətdən bir məqalə, ya məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca çox fars və ərəb kəlməsi işlədim.Yəqin ki, qeyri yazıçılar da mənim günümdədir və hər kəs desə ki, “xeyr”, – əlbəttə, yalan deyir.

Jalil Mammadguluzadeh3 min
Məhəbbət

İnsan bir yerdə nə qədər vaxt qalıb oradan uzaq düşəndən sonra genə haman qabaqca qaldığı yeri çox dost tutur və özü üçün vətən kimi bir şey hesab edir.Tiflisdə bir vaxt İran konsulu və indi İstambulda İran səfiri – kəbiri prins Mirzə Rza xan Ərfəüddövlə həzrətlərinin dünyada heç bir kəsə o qədər məhəbbəti yoxdur, nə qədər ki, Qafqaz müsəlmanlarına vardır. O gündən ki, Qafqaz müsəlmanları şeyxülislamsız qalıblar, cənab prins bu fikirdə olub ki, Qafqaz şeyxülislamlığına elə bir zat təyin olunsun ki, onun qeyrəti və hümməti sayəsində Qafqaz müsəlmanları xoşbəxt olsunlar.

Jalil Mammadguluzadeh2 min
Əyyami-mah

Müsəlmanların qeyri millətlərə nisbət dalda qalmaqlarının, əlbəttə, bir səbəbi var. Hər kəs nə deyir desin, amma mənim əqidəmcə bunun səbəbi tək bircədir ki, aşağıda ərz olunur.Biz müsəlmanlar indiyədək günlərin səadətini və nühusətini istəməmişik mülahizə eləyək və ayın əvvəlindən ta otuzunadək başımızı salırıq aşağa və dünya işlərinə məşğul oluruq və halonki bizim üləmamız keçmiş vaxtlarda bu barədə neçə cild kitablar yazıblar və hər bir günün xoş olmağını, ya nəhs olmağını təyin ediblər ki, mömün bəndələr hər vaxt agah olub pişvaların nəsihətinə mütabiət eləsinlər. İndi, məsələn, rəməzan ayı yavıqlaşır və müsəlmanın boynuna nə qədər təkliflər gəlir; amma sən fikrini verirsən, nə bilim, Krit məsələsinə, sən məşğulsan Tehranın politikasına, Qafqazda təzə Zemstvo idarəsinə, məktəb işlərinə, maarif və mətbuata. Amma bircə bunu xəyalına gətirmirsən ki, hər ayın bir günü var, hər günün bir xasiyyəti var və hər gündə nə işə məşğul olmağı xudayi-taala bizə göstərib. Dəxi nə deyirsən, sözün nədir, niyə qafil olursan?

Jalil Mammadguluzadeh3 min
Küpə

Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.

Jalil Mammadguluzadeh3 min
Ahənrüba

Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:

Jalil Mammadguluzadeh2 min
Evi yıxıldı

Naxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.

Jalil Mammadguluzadeh1 min
Xeyirxahlıq

İrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.

Jalil Mammadguluzadeh3 min
Tərəkəmə

Bir yandan o biri yana keçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış fəsli qışlaqda güzəran etmək əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə azmaz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı” deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrin mədəni Qarabağdır.

Jalil Mammadguluzadeh3 min
Kərbəlayı

“Tərəqqi”nin 201-ci nömrəsi xəbər verir ki, uşaqlarımız küçələrdə toz-torpaq içində gəzirlər və məktəbə getmirlər.Hərçənd söz köhnə sözdür, amma bu məsələyə dair mənim bir təzə sözüm var və bu təzə sözün xatirəsi üçün istəyirəm bu köhnə məsələ barəsində bir qədər söhbət edim.

Jalil Mammadguluzadeh3 min
Əvvəlinci söz

Ermənilərin katalikosu bir neçə gün bundan qabaq Üçkilsədə qırx min erməni camaatının içinə çıxan kimi əvvəlinci sözü bu olub:– Balalarım, məni buraya gətirən bircə şeydir, o da məktəbdir. Məktəbdən savayı dəxi dünyada özgə bir niyyətim yoxdur.

Jalil Mammadguluzadeh2 min
“Nicat”

Budur beş ildir – hər gün eşidirəm “Nicat”, “Nicat”. Bir gün eşidirəm ki, Bakıda “Nicat” cəmiyyəti dünyada hər nə qədər ki, sahibsiz müsəlman balaları var, – hamısına “nicat” paylayır. Bir gün qəzetdə oxudum ki, “Nicat” cəmiyyətinin başına yüz əlli min artist cəm olub və ildə yüz əlli min dəfə teatr oynayıblar və “Nicat” sandığına yüz əlli on yüz min manat pul cəm olunub. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin.Bu beş il müddətində “Nicat” xüsusunda bu tərifləri eşidəndən sonra bir gecə kələmdolması yeyib bərk yuxuya getdim və bir belə vaqeə gördüm: gördüm ki, həzrətin xidmətinə müşərrəf olub durmuşam ağanın qulluğunda.

Jalil Mammadguluzadeh2 min
“İrani-nov”

“İrani-nov” qəzetinin 23-cü nömrəsində “Əhlül-elm Məhəmməd Əli Tehrani” imzası ilə bir felyeton dərc olunub ki, ibarət olsun “Təcəddüdi-aləmi-islam” adlı uzun məqalədən.İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyziyad oldular, amma bizim Qafqaz oxucularımız da bu xoşbəxtlikdən binəsib olmasınlar, – deyə biz [özümüzü] borclu bildik məqalədən heç olmasa iki kəlmə danışaq.

Jalil Mammadguluzadeh2 min
Dağarcıq

Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.

Jalil Mammadguluzadeh2 min
Təmizləmək

Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.

Jalil Mammadguluzadeh3 min
Kəc qabırğa

Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.

Jalil Mammadguluzadeh3 min
Bismilla xiragima nirragim

Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:

Jalil Mammadguluzadeh3 min
Bəzi işlər

Seyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi, bu yavıqlarda tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon ilə danışmaq”.Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı baydaqlara yazıb gəzdirirdilər.

Jalil Mammadguluzadeh1 min
Bikarlar bayramı

Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.

Jalil Mammadguluzadeh2 min
İcazeyi-ictihad

Cümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.

Jalil Mammadguluzadeh3 min
Səhv

Bu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:

Jalil Mammadguluzadeh1 min
Nə deyim

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:

Jalil Mammadguluzadeh1 min
Təzə il

Təzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar.Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə.

Jalil Mammadguluzadeh1 min

Tags are assigned automatically from keywords and refined by editors.