Abdulla Shaig: Enlightenment
May olcağın el köçür yaylaqlara,Səs-küy düşür meşələrə, dağlara.
Oyan, oğlum!Ağıllı oğlum, oyan!Qiymətlidir hər zaman.
PayızPayız olur, əsir soyuq küləklər,Solur dağda, çöldə əlvan çiçəklər.
MəktəbdəQonşumuzun oğlu Muradı, ata,Qoydu keçən gün atası məktəbə.
CütcüCütçü, əkinçi baba,Bahar gəlir, qalx daha!
Məktub yetişmədiIQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.
ƏdhəmDağın döşündə qaralmaqda bir aul; o gözəlVə şən mühiti bəzər yamyaşıl uca məşəl.
ParçalarBərqi-əşarım saçar ətrafə atəşparələr.Şölələnmiş atəşi-şerimlə səngi-xarələr.
Hürriyyət pərisinəSöndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.
İyirminci əsrə xitabMəzlumların ümidisən, ey əsri-pürxətər!İzlər böyük addımlarını bir sürü bəşər!
Yad et!Vəqta ki gülər bahari-amal,Hər yerdə yaşıllanır çəmənlər.
Nişanlı qızZülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,
BaharHaydı, bu boranlı qış da bitdi.Alqışladığım bahar yetdi.
DağlarÇeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
UşaqlarYığışmış idi çocuqlar, edirdilər bayram,Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.
BaharBağçalarda açır gül,Fərəhlənir hər könül.
YetimSoyuq gecə, səs edirdi boran çox hiddət ilə,Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.
QonaqlıqVəli yazıb dərsini, uzanmış idi yerə,Köpək səsi eşitdi bayırda birdən-birə.
Tülkü və aslanBir tülkü görməmişdiÖmründə hərgiz aslan.
Aslan, qurd və tülküBir zaman tülkü, qurd, həm aslan –Hər üçü bağladı belə peyman;
Tülkü və qurdOldu bir yolda tülkü qurda düçar,Hara? – sordu, – gedirsən, ey sərdar?
Birinci fəsilGünəş sönmüş, qaranlıq çökmüş, üfüqlər qısalmışdı. Bakının göylərində mənzil etməyə qərar vermiş qara, sıx cənub buludları ucubucağı olmayan durna qatarı kimi düzülərək, aylı-ulduzlu göylə şəhərdən ucalan çıraq və elektrik işıqlarının bir-biri ilə öpüşməsinə mane olurdu. Xəzərin qoynuna girmiş Bakı gecəsini, pəncərələrdən, yaxın buruqlardan, Qara və Ağşəhər zavodlarından, çit və bez fabrikindən, limanlarda və dənizdə olan yük və minik gəmilərindən ətrafa yayılan elektrik və çıraq işıqları ala-qaranlıq bir səhərə çevirmişdi. Təsadüfi olaraq o işıq nümayişində bu gecə Hacı Kərimin də elektrik lampaları iştirak edirdi. Məsləhətə çağırılmış olan qohum-qardaş yemək otağına toplanmış, mavi abajurlu elektrik lampalarının parlaq şəfəqləri altında şirin-şirin danışıq aparırdı. Hörmət və adət üçün bu gecə toyun nə zaman və necə başlanması haqqında yaxın qohumların da fikri öyrəniləcək və onlarla birlikdə qərar çıxarılacaqdı.Mina xanım qonaqları qabaqcadan söhbətə hazırlamaq istədiyindən məyus bir səslə:
İkinci fəsilMəhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.
Tags are assigned automatically from keywords and refined by editors.