Pul düşkünü Hacı Fərəc

(Məzhəkə, 4 məclisdə)*Əfradi-əhli-məclis

Najaf bey Vazirov1 min
Əvvəlinci məclis

Əhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.*Kərbəlayı Rəcəb**. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.

Najaf bey Vazirov15 min
İkinci məclis

Əhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər.*Hacı Fərəc** (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı?

Najaf bey Vazirov12 min
Üçüncü məclis

Əhvalat vaqe olur həmin otaqda. Zinyət xanım və Güldəstə şəkillərə baxırlar.*Kərbəlayı Rəcəb** (daxil olub). Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu... Gözləri qudurmuş it gözünə oxşayır... Dedi: get Kərbəlayı, gəlirəm bu saat sizin canınıza...

Najaf bey Vazirov8 min
Dördüncü məclis

Əhvalat vaqe olur həmin evdə. Hacı Fərəcin kantorunda. Hacı Fərəc, Güldəstə əyləşiblər səndəl üstündə.*Hacı Fərəc**. Güldəstə! and olsun Məkkəyə, Mədinəyə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə, and olsun atamın ərvahına, səni mən qızıla, ləli-cəvahirə münəvvər elərəm. Qurtar mənim işimi... Səndən ruhpərvər cavab gözləyirəm, qızım.

Najaf bey Vazirov11 min
Vay şələküm məələküm

(Məhzəkə, 1 məclisdə)*Əfradi-əhli-məclis

Najaf bey Vazirov12 min
Təzə əsrin ibtidası

(Qəziyyə, 4 pərdədə)*Əfradi-əhli-məclis

Najaf bey Vazirov1 min
Əvvəlinci məclis

Əhvalat vaqe olur Hacı Osmanın kənd evində, otaq sadə cahazlanmış, altı kürsü və bir miz, Hacı Osman başında yekə papaq, kürsü üstündə əyləşib...*Gülpəri qolları çirməkli daxil olur.*

Najaf bey Vazirov10 min
İkinci məclis

Əfradi-əhli-məclisHüseynəli xan – altmış yaşında, saqqalı xınalı*

Najaf bey Vazirov13 min
Üçüncü məclis

Əhli-məclisMikayıl – cavan həkim*

Najaf bey Vazirov12 min
Dördüncü məclis

Əfradi-əhli-məclisHüsenyəli xan*

Najaf bey Vazirov6 min
Qaragünlü Həlimə

Qış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.

Abbas Sahhat6 min
Sabirin tərcümeyi-halı

Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:

Abbas Sahhat9 min
“Sövqat” oxucularına

“Sövqat” qəzetinin mövqeyi-intişara qoyulması ilə mətbuatımızın zənginləşməsini və bununla mübarizeyi-həyat meydanında bir qədəm daha irəli qoymamızı görüb də ixtiyarsız da şadlanırdım. Hələ heyətitəhririyəsinin münəvvər gənclərimizdən təşəkkül etməsi məni çox sevindirir. Müvəffəqiyyətlərini diləyirəm. Yalnız quru bir diləməkdən nə fayda? “Keçməsin bu ömrümüz bihudə istimdad ilə” misrasının məzmuni-həqiqətnümununa binaən yalnız diləmək deyil, çalışmaq da lazımdır. Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonşularımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım. Fəyyazi-əzəl o vaxtda öz mərhəmətilayətənahisini bizlərə də şamil qılar. Fəqət burada zənni-acizanəmə görə vəzifəmin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər. Təpərli olsunlar. Qonşu millətlərin müəllimləri nasıl ciddü-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım. Və lakin nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət və məhəbbət etmirlər. İstər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəqpara olsun saxlamırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehqaqları yoxdur. Əcnəbi dilini bilmədikləri halda ana dillərində qonuşmağa belə tənəzzül etmirlər. Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir nəqisə vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyeyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliğ olan qiymətli əsərlərinin heç birinin türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimiz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur. İndi isə, indi daha nə söyləyim!İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşkardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. İnsanam deyən adam gərək bu məziyyətlərə dara olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək?

Abbas Sahhat2 min
Neft fontanı

MəclisəhliBəybala – qarasaqqal, Avropa səbkində geyinmiş upravlyayuşşi, 30 yaşında*

Abbas Sahhat18 min
Tağı və Nağı

Bir pərdəli pyesƏFRADİ - MƏCLİS

Abbas Sahhat9 min
Qəzet nədir?

Ey sananlar qəzeti şeyi-həba.Bu təğafül nə rəvadır, əcəba?

Abbas Sahhat2 min
Şair

Dəhrin fəna mübarizəgahi-həyatına,Hökmi-qəza əlilə atılmışdı bir səbi.

Abbas Sahhat1 min
Küçə uşağı

Görsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,

Abbas Sahhat1 min
Dibaçə

[...] Bəndeyi-bimiqdar, Seyyidi-xaksar ərbabi-fəhm və fərasətəvə əshabi-kiyasətə ərz edir ki, bəzi mətalibi-aliyələr ki, idrakı cəmi

Seyid Azim Shirvani1 min
Başlanğıc

Həmdi-bihəd xudayi-sübhanə –Ki, çatıb feyzi kövnü imkanə!

Seyid Azim Shirvani2 min
Peyğəmbərin tərifi

Dəxi yüz töhfeyi-səlatü səlam,Nə qədər var bu gərdişi-əcram,

Seyid Azim Shirvani2 min
Kitabın yazılma səbəbi

Bu səbəbdən mən, ey həmidəsiyər,Eylədim nəzm çox hekayətlər.

Seyid Azim Shirvani1 min
Hekayət (var idi bir vəziri-dəryadil)

Var idi bir vəziri-dəryadil,Elmi-rəmlü nüçumdə kamil.

Seyid Azim Shirvani2 min

Tags are assigned automatically from keywords and refined by editors.