Soviet era
Mehribanlı Baba bəy İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünuni-şerdə ustadlıq etmişlər. Vəli onların meylü rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcvü həzl təriqi ilə söz söyləməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kəlamı vardır, amma onların əksəri ədibanə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meylü həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil.Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşi öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dünyadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayil söyləməyə sərf ediblər. Baba bəyin vəfatı Zakirə ziyadə təsir edib onu pərişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şerlərlə izhar qılmışdır:
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüsMəhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:
Mirzəcan bəy MədədovMolla Pənah Vaqif dövrünün şairlərindən birisi də Mirzəcan bəy Mədədovdur ki, əslən Qarabağ mahalında Çanaxçı qəryəsindəndir və özü də məşhur general Valerian Qriqoryeviç Mədədovun ya əqrəbasındandır və yaxud onun özüdür ki, ondoqquzuncu əsrin ibtidalarında Rus ilə Osmanlı arasında vüqua gələn bir çox müharibələrdə ziyadə rəşadət göstəribdir və Qafqaziyanın bir çox yerlərini təsxir eləyibdir.Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün, onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişəst-bərxastı onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı.
Mirzə Fətəli AxundovMərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.
Mirzə Həsən "Mirzə" təxəllüsQüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüsKazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:
Molla Qasım ZakirŞəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.
Məhvəşi ŞirvaniMəhvəşi Şirvani on üçüncü əsrin əvayilində Şirvan vilayətində Ağaməsih Şirvanidən sonra vücuda gəlibdir. Bir çox kəlamından — ki, bizim əlimizə düşübdür, — onun əhli-hal və sahibi-kəmal bir şairi-şirinməqal olduğu görünür. Hər qisim əşarı vardır. Onlardan bir parası nümunə üçün burada təstir olunur. Peyğəmbəri-valatəbarımız Məhəmmədəl-Mustafa həzrətlərinə olan məhəbbət və sədaqətini bu qəzəli-bibədəlində bəyan etmişdir:Ey nikahi cansitan, çeşmi-siyahi dilfərib,
Nabi Əfəndi Şirvani Valiyül-əslNabi əfəndi Şirvaninin bir neçə qəzəlləri və müxəmməsləri səmahətli müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur. Onlardan atidə dərc olunmuş bir qəzələ iktifa etdik:Əsrari-xətinlə dili mədhuş edə bilsəm,
Nişat ŞirvaniNişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şerlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik.Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düçar olubdur. Necə ki, bu xüsusda bir qəzəlində yazır:
Nəsimi ŞirvaniBu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik:Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
QövsiAzərbaycan şüərasından "Qövsi" təxəllüs zərif və xoştəb bir şairin yazma divani-əşar və qəzəliyyatı əlimizə düşmüşdü. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi-kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir, hiss olunur. Belə ki, əgər bəzi qəzəllərinin axırıncı fərdində Qövsi əvəzinə Qüdsi və ya Zakir və ya Seyid yazılsaydı, onlar Qüdsinin, ya Zakirin və ya Seyidin kəlamı olduğuna kimsə şübhə etməzdi.Bununla belə nə Şəki və Şirvanda və nə Bakı və Səlyanda və nə Gəncə və Qarabağda və nə Mavərayi-Qafqazın sair mütəməddin mərkəzlərində "Qövsi" təxəllüslü şairin ism və nişanəsi guşumuza erişməyibdir. Onun barəsində salxürdə ədiblərimizə rücu etdiksə də, heç kəsdən cəvabi-kafi almadıq.
QubaMərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük.Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur.
Qasım bəy "Zakir" təxəllüsQasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.
Qarabağ-Şuşa şəhəriSabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.
RafeiBu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:Sən necə həmdəmsən, ey badi-səba,
Seyid Əbülqasım NəbatiAzərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:
Şeyx İbrahim Qüdsi GəncəviYuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərindən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcümeyi-halından burada məlumat verilir.Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim təlim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Məlum ola ki, mərhum Mirzə Fətəli Axundov da həmin bu müdərrisdən təlim almışdır.
Sabit ŞəqaqiBu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi məlum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yəqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş--Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünki aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır. Onun əsərlərindən Mirzə Yusif Qarabağinin məcmuəsinə daxil olan ancaq bir qəzəl ilə bir mürəbbeatıdır ki, hər ikisi burada dərc olunur.Qəzəli-Sabit:
Şəkər ŞirvaniBu şairin kəlamından müfti əfəndinin "Məcmuə"sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.MƏKTUBA XİTAB
Sənan ŞirvaniSənan Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı:Nişanın taci-dövlətdir, səadətlilərin dilbər
Vaiz Əfəndi ŞirvaniMərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.Qəzəli-Vaiz əfəndi:
Axund Molla Hüseyn Marağalı "Dəxil"Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş:
Tags are assigned automatically from keywords and refined by editors.