Keçdi
Pəncərədən qəfil baxdım,Qarşıdan bir sona keçdi.Oğrun baxdı, qaş oynatdı,Müjganları cana keçdi.
Ala gözlərini gördüm,Təzələndi köhnə dərdim,Yolunda can qurban verdim,Baxmadı qurbana, keçdi.
Sərv boylu mələkzada,Camalından içdim bada.Ələsgəri saldı oda,Qoydu yana-yana, keçdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-kecdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
ای مهر رخت مظهر ذرّات دو کونذاتت به صفت معین ذات دو کون