Drama
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Faciə, 1 pərdədə*Məclisdə olanlar
Üçüncü məclisÜçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.
Dördüncü məclisVaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.*M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən
Çimnaz xanım yuxudadırBir pərdəli komediya*İştirak edənlər
Dördüncü pərdəSon dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa altındakı səbətə atar.*A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? Niçin şu məktubları yırtıb atıyorsun?
Millət dostlarıBir məclisdə xırda milli teatrƏhli-məclis keyfiyyət bir məclisdə
İkinci pərdəSəhnə Səfi bəyin evini təsvir edir. Küçə tərəfdən iki pəncərə və həyətə açılan bö-*yük qapı. Həyət tərəfdə otaqların artırması. Ülkər pəncərədən küçəyə baxır. İldırım*
İkinci pərdəİkinci şəkilYasəmən əlində bir dəstə çiçək pərdə qabağına çıxır.*
İkinci pərdəTəbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir. Kiçik meydanda dar ağacları hazırlanır. Alverçilərin səsi eşidilir.*Oyuncaq satan** — Ay yaxşı şax-şax, banlayan xoruz!..
Dördüncü pərdəX a n ə n d ə q ı z--Saqi, benure-bade bərəfruz came-ma (2 dəfə)
Yeddinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.*Xidmətçi**
Dördüncü şəkilSəhnə Pinəçi Qafarın otağını göstərir. Otaq palaz ilə döşənmiş. Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə stəkan, nəlbəki, qəndqabı, piyalə, çaynik və geyri. Buxarı. Onun sağında Mirzə Fərəc, solunda Qafar döşəkçə üstə oturmuşlar. Pərdə qalxdıqda Külpəri ilə Şahsənəm samovarın yanında oturub, biri qənd doğrayır, o biri stəkan yuyur.*Qafar**. A Mirzə Fərəc, Molla əmi gəlib çıxmadı. Görəsən kişinin başına nə iş gəldi?
Yağışdan çıxdıq, yağmura düşdük(Komediya, 4 məclisdə)*Əhli-məclis
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Almaz5 pərdəli 7 şəkilli pyes**İştirak edənlər
Birinci məclisHacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.C ə l a l və M ü ə l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
Dördüncü məclisDördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, birieşşək üstə gəlirlər.
NadanlıqƏFRADİ-ƏHLİ-MƏCLİSM ə h ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında.
İkinci pərdəİkinci şəkilTəhmas bəyin həyəti. Strajnik gəlib otaqdan Təhmas bəyi səsləyir.*
Üçüncü pərdəBir yıl sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə dəniz arasında ortası açıq, otlar sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində sağda, solda sıralar... Qürubə qarşı... mayıs...*Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir:
XəyalatMirzə Fətəli** Axundovun təvəllüdünün yüz illikyubileyi münasibətilə yazılmış
Beşinci pərdəDoqquzuncu şəkilTərtər çayı sahilində geniş bir açıqlıq. Ətrafda iri, seyrək ağaclar. İskəndərin çadırı*
Birinci pərdəBirinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
Üçüncü pərdəSəhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.
Beşinci pərdəB i r i n c i c a r ç ı--Ya əyuhənnas! Ya əyuhənnas!
On altıncı şəkilVanya yüzbaşının evinin yaşıl tənəklər arasında görünən eyvanı. Vanya libasını dəyişib, özünü azərbaycanlı kəndli şəklinə salıb. Güzgü qabağında dayanaraq, üzünə qoyduğu uzun saqqalı düzəldir. Arvadı Haykanuş daxil olur.*Vanya** (*gözünü güzgüdən çəkməyərək*)
Üçüncü pərdəSəhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş. Şahbaz bəy səfərə hazırlaşır.*Şahbaz bəy**. Xavər, Xavər.
Dördüncü məclisVaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)
Səkkizinci şəkilŞamilin mənzilində başqa bir otaq. Açıq pəncərədən eşikdə əli silahlı gəzinən qarovulçu görünür. İçəridə Tamarin yalqız durmuş, dərin xəyal içindədir.*Tamarin** (*gözlərini uzağa zilləyərək*)
DönüşPyes 11 şəkildə**İştirak edənlər