“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti

Mərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.

Mirza Fatali Akhundov10 min
Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifba

Mayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı*oktyabr, 1857*

Mirza Fatali Akhundov18579 min
Diplomatik dəftərxananın müdiri Xvostova

Zaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova**Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il*

Mirza Fatali Akhundov3 min
Qafqaz Canişini dəftərxanasının direktoru A.F.Kruzenşternə

Kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il*Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.

Mirza Fatali Akhundov1 min
Konstantin Fyodoroviç Lelliyə

Canişin dəftərxanasının diplomatik idarəsi rəisi zati-aliləri – Kavaler Konstantin Fyodoroviç Lelliyə**Babi-Alinin yüksək divanına kapitan Mirzə Fətəli Axundzadədən*

Mirza Fatali Akhundov1 min
Aleksey Fyodoroviç Kruzenşternə

Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis*

Mirza Fatali Akhundov3 min
Mirzə Yusif xana məktub

Mirzə Yusif xana göndərilmiş məktubun surəti**Cəlal sahibi cənabınızdan Süavi əfəndinin qəzetini mənə göndərdiyiniz üçün çox razıyam.

Mirza Fatali Akhundov1 min
Cəlaləddin Mirzəyə (ayrıca məktub)

Ayrıca məktubun surəti**Şahzadə!

Mirza Fatali Akhundov3 min
“Həqayiq” qəzeti redaktoruna

1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

Mirza Fatali Akhundov7 min
Mirzə Yusif xana

1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti**Əzəmətli ağam! Səadətiniz daimi olsun!

Mirza Fatali Akhundov3 min
Manukciyə

Manukci Sahibə**Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin!

Mirza Fatali Akhundov3 min
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

Mirza Fatali Akhundov1 min
Aleksey Fyodoroviç Kruzenşternə

Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına**Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis*

Mirza Fatali Akhundov1 min
Həsənəli xana məktub

Həsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!

Mirza Fatali Akhundov2 min
Tehran seyidləri və əşrafından birinə

[Tehran seyidləri və əşrafından biri ilə müsahibə]**1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim.

Mirza Fatali Akhundov2 min
Beşinci məclis

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

Mirza Fatali Akhundov17 min
Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

Mirza Fatali Akhundov5 min
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri

İslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*

Mirza Fatali Akhundov6 min
Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi

12 noyabr 1857-ci il, Tiflis*Mənim bu il 23 sentyabrda verdiyim yazılı məruzədən sizin zatialilərinizə məlumdur ki, bir çox səbəblərə görə mən müsəlman əlifbasını dəyişmək qərarına gəlib, yeni bir əlifba tərtib edərək, İran hökumətinə göndərmək üçün rəislərimin hüzuruna təqdim etmişəm.

Mirza Fatali Akhundov1 min
Xarici işlər nazirliyinə məktub

Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*

Mirza Fatali Akhundov2 min
Ruhül-qüdsə (Mirzə Melkum xana)

Ruhi rəvanım, Ruhül-qüds!**Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır.

Mirza Fatali Akhundov6 min
Mirzə Fətəli Axundzadənin tərcümeyi-halı

Kolonel Mirzə Fətəli Axundzadənın özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı**Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur. O, ilk gənclik illərində Təbriz mahalında olan Xamnə qəsəbəsinin kətxudası idi. Vəzifəsindən çıxarıldıqdan sonra miladi 1811-ci ildə ticarət məqsədi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində Axund Hacı Ələsgərin qardaşı qızı ilə evlənmişdir ki, miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat etmişdir. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnə qəsəbəsinə yola düşmüşdür.

Mirza Fatali Akhundov10 min
Yeni əlifba haqqında mənzumə

Bu daimi olmayan dünyada mənim ömrüm,Həsrət və qüssə ilə başa çatdı.

Mirza Fatali Akhundov6 min
Osmanlı dövlətinin sədr-əzəminə

Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə**Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli*

Mirza Fatali Akhundov2 min