Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Biz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki beşillik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın.Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır.
Məmmədəli! (1911)Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.
Əzizim Məmmədəli!Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.
Əziz ana!Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.
Midhət!Lısoqorsk necə yaxşı idi!.. Ah, bir də haçan ora gedəcəyəm?.. Müzəffər və Münəvvəri öpürəm! Hələlik salamat qal, kefin həmişə kök olsun və yavaş-yavaş “dayna”nı tərgit.Əliş bəyə və Qəmərə salam.
Əzizim Baba!11 may (1930), Bakı*Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
QəssabBir dəfə bunu eşitdim ki, qonşu Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib və qızını daha ona vermir.Üç-dörd gün bundan qabaq qəssab Şamil gəldi bizə. Bununla bizim bir yüngülvarı qohumluğumuz da varmış (yəni: özünün rəvayətinə görə). Məlum oldu ki, qızı nəhayət xoşlayıb, amma Məşədi Məmmədəli genə nədənsə, qızını vermək istəmir. Şamil xahiş etdi ki, mən vasitə olam və bəlkə Məşədi Məmmədəlini yumşaldam. Qəbul etdim. Dedim:
SarıBir neçə il bundan qabaq Şuşa şəhərində olurdum. Bir gün bir bələdçi götürüb getdim hamama.Şəhərin Ermənistan məhəlləsində səliqəli nömrəli hamam idi. Hamamı bina edən də və icarəyə götürən də erməni idi, amma camadarları və kisəçiləri müsəlman idi.
ToyMənim adətimdir: bir yerdə dustaqxana adı gələndə gərək iki ağaclığından qaçam, yox olam.Mən dustaqxanadan çox qorxuram. Və əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nağıl eləsəm və siz də hövsələ ilə oxuyub başa çıxsanız, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam.
LüğətMolla Nəsrəddinin qamusül-əlamından:Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.
Çətin məsələyə cavabBir darülmüəllimində altmış dörd müsəlman uşağı ola və bunların ikisi müsəlman dili bilməyə ( yəni nə eybi var?), bunlara şəriət dərsini nə dildə demək lazımdır, rus dilində, ya müsəlman dilində?Bu məsələyə keçən nömrəmizdə cavab istəmişdik. Çünki indiyədək heç bir kəsdən cavab çıxmadı, biz yəqin edirik ki, bunun səbəbi məhz budur ki, məsələ çox çətin məsələdir.
Şirin rusi danışanBu gün bazarda bir urus gəlib bir nəfər bənna ilə əl-ələ verib. Bənna urusun əlindən əlin çəkib bir öpüb, öz əlin bir sağ gözünə, bir sol gözünə aparandan sonra belə bir-birilə söhbət etdilər:Rus – Nu, master, kak pojivayete?
“İrşad”Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?
İdarədənOxucularımızın bir parası yazıb bizdən soruşurlar ki, nə səbəbə ingilis səyyahı Bekker dəxi Qafqaz meşlərindən bizə xəbərlər yazıb göndərmir.Bunun səbəbi budur ki, cənab Bekker əvvəlinci məktubunu bizə göndərəndə şərt qoymuşdu ki, göndərdiyi məktubların biri çap olunmayınca dəxi o birini göndəməyəcək.
CəfəngiyatHər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.
BaşmaqA Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.
XənnasOruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur.Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.
ÖlülərQabaqca bir neçə sözBu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:
Eydi-əzhaQurban bayramı*Qurban bayramı xüsusunda biz heç bir söz danışmaq istəmirdik. Amma müsəlman qəzetlərində bu barədə gözümüzə bir para məqalələr sataşdı.
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Çanaqİran vüquatına dair*Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
DilMən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.
Təfavütİran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
SürməBir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.
OraqBəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.
DayanBir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.
Tarixİnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.
DuaBir söz eşitmişəm, amma inanmıram.Qəzetlər yazırlar ki, Tiflisdə olan iranlılar buradan İstambula teleqrafla Sultan Əbdülhəmidə dua göndəriblər. Bunu mən eşitcək çox təəccüb elədim və səbəbi də budur: