Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
– Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.– Çeşm, çeşm! Şərəfyab olarıq inşallah. Buyurduz nə vaxt gələk?
CağəsbiBir gün bir dəlidən soruşdular ki, “cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi:– Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq.
Misyonerlərİranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
BəlaBu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
KürkMəşədi Qulaməli Təbrizdə bir sövdəgər idi. Hər nə rastına gələrdi, alıb satardı. Dükanı bizim qonşuluqdaydı. Dükanında olardı kömür, köhnə paltar, at yəhəri, ulağ palanı, qab-qacaq, köhnə yorğan–döşək və qeyri belə–belə şeylər.Bir gün bazardan keçirdim, gördüm Məşədi Qulaməlinin dükanının qabağında üç-dörd kəl arabası durub, hamısı doludu kürəknən. Qulaməli də bikef oturub, hesab çortunu qabağına qoyub, fikrə gedib. Mən dayandım və buna salam verdim. Qulaməli istər–istəməz salamımı aldı və dinmədi.
ŞuraO şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məzasına hər babətdən müvafiqdir – onun adı Şuradır.Şura üsul-idarəsi!
Hədərİnqilabdan sonra Azərbaycanda, Türküstanda, Tatarıstanda və Gürcüstan ilə Ermənistanın bəzi şəhərlərində müsəlman kəndlilərinin oxumağı üçün çox-çox qəzet və jurnallar çıxmaqdadır.Bu qəzet və jurnalların cəmini nəzərə alanda və onlara diqqət edəndə, baxıb görürük ki, bu cəridələri çıxardanlar, bu işə xərc və səy qoyanlar bunu heç bilmək istəmirlər ki, aya bu qəzetləri oxuyan var, ya yoxdur.
RəndəBəli, qızlarımızın da oxumağı getdi işinə.Bir ildən artıqdır ki, mahalları gəzirdim (yəni bir işim də yox idi, ancaq veyillənirdim). Mahallarda çox şeylər gördüm və bunu da gördüm ki, qızlarımız dəxi oxumurlar. Bunun səbəbini mən çox qurdaladım və hərə bir cür bəyan etdi: bir paralarından bunu eşitdim ki, qızların oxumamaqlarının səbəbi budur ki, inqilabdan bu yana məktəblərdə heç oğlan uşaqlarını da oxudan yoxdur. Bir neçələri də qızların oxumamaqlarına belə səbəb qoyurdular ki, onsuz da dərs kitabları və təlim şeyləri tapılmır; tapılanda da oğlan uşaqlarına heç çatmır ki, hələ qız uşağına da çatsın. Oğlanları da qoyub qızlara paylasalar, oğlanlar yumruqlayıb qızların əlindən alacaqlar.
İki xəbərBiri budur ki, kəndlilərdən ötrü türk dilində çıxmaqda olan “Əkinçi” qəzeti dayandı.Biri budur ki, hökumət türk teatrının hökumət tərəfindən verilməkdə olan məxaricini o qədər azaldıblar ki, o teatrın davam gətirməyinə ümid qalmır.
TəbiətÜfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.
İsa Əleyhüssəlamın möcüzüHərçənd avam camaat içində bu cür danışıq həmişə ortalığa gəlir ki, indiki əsrdə dəxi möcüz vaqe ola bilməz. Belə məlum olur ki, bu əqidə puç bir əqidədir və qədim əsrlərdə peyğəmbərlər və imamlar tərəfindən baş verən möcüzələr indiki əsrdə də üz verə bilər və aşağıdakı əhvalatı hər bir insaf əhli oxuyub görəcək ki, yazdığımızda bir zərrə qədər şəkk yoxdur və ola bilməz.Novruz bayramına bir neçə gün qalmış Bakıda Merkuri küçəsində qalan şikəst əsgərlərin altmış nəfəri sürünə-sürünə özlərini salır idarələrin birinə ki, bəlkə bayram münasibətilə bədbəxtlərə orada bir cüzi bayramlıq verilsin. Müdir isə həmin əziz günləri mülahizə edib kərəm üstə gəlir və “pənah Allaha” deyib buyurur ki, həmin altmış nəfərə bir girvənkə torpaqlı kişmiş verilsin, yəni çaharşənbə yemişi verilsin.
“Molla Nəsrəddin” aeroplanıAxır vaxtlarda çün kəndli və fəhlələr arasında yazıb oxumaq o qədər yuxarı dərəcəyə qalxıb ki, dəxi gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan çıxanda sübh tezdən, sabahı günü ancaq Qazaxa və Qaryaginə və Gəncəyə çatır; belə olanda “Molla Nəsrəddin” jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir.Məlumdur ki, kəndlilər buna razı ola bilməzlər; ondan ötrü ki, savadsızlığı ortalıqdan qaldıran idarələrin dövlətindən indi dəxi gündəlik qəzetlər kəndlilərin iştəhasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola.
QənaətDeyirlər ki, hökumət xəzinəsi kasıbdır. Lazımdır qənaət yolları axtarıb, tapmaq.Bakı şurası maliyyə müdiri Andreyev “Bakinski raboçi” qəzetində yaxşı qənaət yolu ortalığa qoyur:
MəhərrəmlikBu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.
Bəxtİnsanın gərək bəxti ola: əgər oldu – xoşbəxt olacaq, əgər bəxti olmadı, hər qədəmdə ona bədbəxtlik üz verəcək.Götürək Gəncə kitabxanasını: bu yazığın bəxti əzəldən qara imiş. Neçə aylarınan çalışıb vuruşub, qulyanyadı nədir – bir bəhanə düzəltmişdilər ki, bu yazıq kitabxana üçün bir qədər pul yığsınlar və bir qədər kitab alsınlar.
Allah, bədnəzərdən saxla!Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
MüsəllaBu keçən yay bərk isti oldu və istinin qoxusundan yerin altında da, üstündə də suları qurudu. Bir çox yerlərdə taxıllar yanmağa başladı.Yağış da yağmayırdı. Bircə ümid uca olan Allah-taalaya qaldı. Buna görə bəzi qəzalarda hələ laxlamamış dindar müsəlmanlar öz pakdamən mollaları qabaqda olaraq müsəllaya çıxdılar.
Qatıq ağdırmı, qaradırmı?Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar.Mən, yəni Molla Nəsrəddin əmi, aşağıda söylədiyim məsələlərə əbədən əl vurmaq istəməzdim və qabaqlarda da əl vurmamışam. Amma bu dəfə ürəyimdə bircə söz var ki, onu da burada söyləmək istəyirəm.
DostMən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.
Nə dəxli var?Aptek müdiriBiri yazır ki, Şuşa aptek müdiri qənaət uğrunda böyük səy və təlaş edir. Belə ki, həkim yazdığı reseptlərin davasını yüngül çəkir və nəticədə iki qram əvəzinə heç yarım qram da vermir.
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
İnsan və heyvanOrucluğun yavuqlaşmağı münasibətilə*Bir var insan, bir də var heyvan.
Bir qətrə göz yaşıBir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.
Od və suİngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?
Allah var, yaxud çəki daşlarıHər kəs desə “allah yoxdur” – bil ki, yalan deyir. Axı insanın ağlı var; bəs bu dünyanı kim yaradıb?Hələ dəlili-əqli kənarda qalsın: bəs yüz iyirmi dörd min peyğəmbərə nə deyirsən ki, bunlar hamısı bir-birinin dalıyca Allahın varlığını təsdiq ediblər?
TövhidQül hüvəllahü əhəd!Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.
TarixTəzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.