Nümuneyi-əxlaq
Contents
- İfadəyi-məram
- Bismillahi-rəhman ür-rəhim!
- Məktəb
- Məktəbə davam
- Təfəkkür və mülahizə
- Məktəbə davam edən uşaq
- Məktəbə gec gələn uşaq
- Fəhim və zəkavətli uşaq
- Nafəhim və zəkavətsiz uşaq
- Diqqətli uşaq
- Diqqətsiz uşaq
- İtaətli uşaq
- İtaətsiz uşaq
- Qeyrətli və çalışqan uşaq
- Qeyrətsiz və tənbəl uşaq
- Ədəbli və tərbiyəli uşaq
- Ədəbsiz və tərbiyəsiz uşaq
- Kibrli uşaqlar
- Kibrsiz uşaq
- Doğruçu uşaq
- Yalançı uşaq
- Zirək və huşyar uşaq
- Kəlləgic və bədhava uşaq
- Nəfsi salamat uşaq
- Nəfsi salamat uşağın hekayəsi
- Bədnəfs uşaq
- Təmkinli uşaq
- Təmkinsiz uşaq
- Təmiz və səliqəli uşaq
- Natəmiz və bədsəliqə uşaq
- Səxavətli uşaq
- Xəsis və paxıl uşaq
- Gülərüzlü uşaq
- Əbus uşaq
- Qəlbi saf uşaq
- Qəlbi fasid uşaq
- Cəsur və ürəkli uşaq
- Qısqanc və qorxaq uşaq
- Ata-anasını və müəllimini sevən uşaq
- Ata-anasını və müəllimini sevməyən uşaq
- Məqaleyi-məxsusə
Page 2 of 13 · 8%
Məktəbə davam edən uşaq
Yaşasın məktəbə davam edən uşaqlar!
Məktəbə davam edən uşaq səhər tezdən yerindən durub məktəbə gəlmək həvəsilə uçar. Evlərində fehristi-tədrisə (dərs cədvəlinə) baxıb, o günün dərsini gözdən keçirib, hazırlar.
Ata-anası da onun bir dəqiqə vaxtının fövt olmamasını nəzərə alıb məktəbə gəlməyə tərğib eylər.
Məktəbə davam edən şagird hər gün dərs vaxtından irəli məktəbdə hazır olur. Məktəbə daxil olub, öz yerində əyləşib, dərsə hazırlaşır. Odur ki, bu qism uşaqlar əvvəlinci dərsdən əvvəl məktəb həyətində görünməz. Heç bir gün məktəbə gəlməmək barəsində bir üzr və bəhanə gətirməz. İstər bircə dərs də olmuş olsa, yenə vaxtını itirməyib, məktəbdən qayib olmaz. Dərs əsnasında əsla eşiyə çıxmaz. Bu səbəbdəndir ki, bu günə (belə) uşaqlar gündən-günə tərəqqi tapıb, imtahan məclisində imtiyaz vərəqi alır. Məlumdur ki, hər kəs uşaqlıqda bu xasiyyətə adət tutsa, böyüklükdə də tutduğu işdən mənfəətbərdar olur.
İndi ümidvar oluram ki, kiçiklikdə məktəbə davam edib, böyüyəndə yenə hər bir vaxt, hər bir işdə müdavimətdən geri durmayacaqsınız. Tainki kamalatlı və mərifətli adamların mərtəbəsinə yetişəsiniz.
Altıncı imla
Məktəbə gec gələn uşaq
Ey mənim həvəsli şagirdlərim!
Məktəbimizdə bir neçə uşaq vardır ki, həmişə bivaxt gəlməyə adət ediblər. Xüsusən hava bulut olan vaxtlarda hər gün tövqif cəzasını alırlar. Söz yox ki, belə uşaqların məktəbə gec gəlməyi evlərinin uzaqlığı cəhətinə deyildir. Çünki çox uşaqlar vardır ki, evləri məktəbə daha uzaqdır. Bununla belə yenə hər gün dərsdən irəli məktəbdə hazır olurlar.
Pəs məlum olur ki, bu uşaqların ata və anaları vaxtın və dəqiqənin qədr və qiymətini bilməzlər. Həm də özləri şövqsiz və həvəssiz şagirdlərdəndir ki, hənuz oxuyub-yazmağın mənfəətini və elm və ədəbin ləzzətini anlamayıblar. O səbəbdəndir ki, belə uşaqlar çox vaxtlar tövqif cəzasına düçar olub, məktəbin aşağı tərəfində kitabları əllərində, ayaq üstə durub, dərsə məşğul olurlar. Sizlər də onlara həqarət nəzərilə baxdıqca yenə vaxtında məktəbdə hazır olmağa qeyrət və diqqət etməzlər.
Məlumunuz olsun ki, belə vaxt keçirən və dərs itirən şagirdlər heç bir vaxt tərəqqi etməz. Həmişə yoldaşlarından geridə qalıb, layiqincə elm təhsil etməyə çalışa bilməz.
Pəs lazımdır ki, hər gün vaxtında məktəbə gəlməli və hər günün və hər saatın dərslərini və vəzifələrini öz vaxtında cabəca etməli.
Yeddinci imla
Fəhim və zəkavətli uşaq
Fəhim və zəkavətli şagirdlərə bir böyük dövlət sahibi və bir tükənməz xəzinə maliki demək cayizdir. Çünki belə uşaqlar öz fəhm və fərasətləri səbəbinə hər qism elm və maarifdən bəhrəyab olub, gələcəkdə xöşbəxt və səadətmənd olmaqlarına şübhə yoxdur. Necə ki məktəbimizin qabil və zirək şagirdləri öz zehn və zəkavətlərinin sayəsində hər gün müəllimdən afərin və təhsin vərəqələri alırlar.
Zəkavətli uşaq məktəbdə müəllim verdiyi dərslərə qulaq asıb, anlamadığını müəllimdən təkrarən sual eylər. Sual və cavablı dərslərdə hamıdan qabaqca barmağın tutub, hər bir suala layiqincə cavab verər. Öz dərsini oxuyub-yazıb, hifz edəndən sonra yoldaşlarının səhvlərini və dəftərlərinin xətalarını meyl və həvəslə təlim və islah eylər. İmla dərsində hərfləri, kəlmələri, nöqtələri, sətirləri və sair əlamət və işarətləri elə bir gözəl surətdə tərtib ilə yazar ki, səhv və xətası çox az tapılar. Odur ki, belə uşaqların nömrələri heç bir vaxt dörddən və beşdən əksik olmaz. Belə fəhim və zəkavətli uşaqdan müəllimlər və ata və ana nə qədər razı və xoşnud olsa gərəkdir.
İndi hər bir şagirdə lazımdır ki, həmişə səy və diqqət etsin və şövq və həvəslə çalışsın, tainki belə zəkavətli uşaqlardan məhsub ola.
Səkkizinci imla
Nafəhim və zəkavətsiz uşaq
Ey mənim zirək və zəkavətli şagirdlərim! Keçən imla dərsimizdə fəhim və zəkavətli şagirdlərin əhvalından filcümlə tərif və bəyan olundu. Bugünkü dərsimizdə nafəhim və zəkavətsiz uşaqların halətindən zikr olunacaqdır.
Zəkafətsiz uşaq heç bir vaxt yoldaşlarına baxmaz, öz üzərinə fikir etməz və əsla imtahan günlərini xəyalına gətirməz. Birinci sinifdən ikinci sinifə və ikinci sinifdən üçüncü sinifə tərəqqi eyləmək fikrinə düşməz.
Şövqlə və həvəslə çalışıb, çabalayan uşaqların qeyrəti və diqqəti əsla ona təsir etməz və dərs əsnasında gözünü kitabdan götürüb və nəzərini müəllimdən bir özgə şeyə mütəvəcceh olub, xəyalını dağıdar. Məsələn:
Məktəbin divarında aslıan xəritələrdən birisinə baxanda gözü bir quş şəklinə sataşır və öz-özünə xəyal eylər ki, bu quş nə gözəl quşdur! Bu quş görəsən harda olur? Bu quş yuvsını haralarda tikir? Divardamı? Ağacdamı? Bağdamı? Dağdamı?
Əlhasil, belə xəyalata alışıb, bir vaxt görər ki, müəllim dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxırlar. Amma dərsdən heç bir fayda hasil edə bilməyib. Söz yoxdur ki, belə bifərasət uşaqdan həmişə müəllimlər bizar və yoldaşları narazıdırlar. Ata-anası onu məktəbə göndərməkdə labüd və naçardır.
İndi məktəbimizin ümum şagirdlərinə tapşırıb və surəti-məxsurədə tövsiyə edirəm ki, gecə-gündüz həvəslə çalışıb, səy və diqqət eləsinlər, tainki belə bifəhm və bişüur uşaqlardan olmasınlar.
Doqquzuncu imla
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-numuneyi-exlaq
Use ← → keys to move, R for a random poem
More by this author
Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Poems by other poets
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Gözün ne oh ki atâ kemândan bini gözetGözün ne oh ki atâ kemândan bini gözetOh atmağ ile bârî kim andan bini gözet