Contents
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Page 8 of 13 · 54%

Nəfsi salamat uşağın hekayəsi

Bir möhtərəm şəxsin dörd oğlu var idi. Həmişə onların təlim və tərbiyəsinə məşğul olub, balalarının nəşvü-nüma etməsindən qəlbini şad və məsrur edərdi. O uşaqların böyüklüyündə bir-birinə nisbət adları budur: Firuz, Bəhram, Rauf, Əziz.

Bir gün qohumlarının evlərindən onlara bir neçə «Hulu» göndərmişdilər. Atası ondan oğlanlarının hər birinə birisini verdi. Axşam taamından sonra verdiyi hulunun nəyə və necə sərf olunduğunu oğlanlarından sual eylədi.

Firuz dedi:

  • Mən onu satdım bir qiymətə ki, hulunun bol və firavan vaxtında o məbləğə beş girvənkə almaq mümkündür.

Ondan sonra Bəhram dedi ki, mən yedim. Çox şirin və lətif meyvə idi. Amma dənəsini saxlamışam ki, bağçamızda əkim. Bəlkə gələcəkdə biz də bir elə meyvə ağacına malik olaq.

Üçüncü oğlu Rauf dedi:

  • Ey mehriban ata, mənə verdiyin hulunun nisfini (yarısını) özüm yedim və nisfini verdim anama. Çünki mən anamı o biri qardaşlarımdan çox istərəm.

Sonra Əziz nəhayəti-ədəb ilə dedi ki, ey ata, sən mənə hulunu verəndən sonra xatirimə düşdü ki, qonşumuzun oğlu Əyyub ki, mənim məktəb yoldaşımdır və neçə gündür ki, naxoşdur, onun yoluxmağına getdim. Əhvalını soruşub hulunu qoydum onun yasdığının yanına.

Atası bu sözləri eşitcək oğlunu qucaqlayıb, öpüb, sevib, «afərinlər» söylədi.

Ey mənim oğlanlarım! İndi diqqətlə mülahizə edib, bu uşağımın halına dürüst mütəvəcceh olanda insana nə qədər fərəh üz verir ki, bu balaca uşağın fikrində və xəyalında nə qədər insaniyyət havası və nəfsi bütünlük əlaməti görünür. Doğrudan, çox afərin və mərhaba olsun bizim bu əzizimiz olan Əziz adlı uşağa ki, o xırda vaxtında məktəb yoldaşının fikrinə qalanda, məlumdur ki, böyüyəndə nə qədər rəhmdil və insaniyyətli və nəfsi salamat adamlardan olacaqdır. Həmişə öz qohum və əğrabasının, ata və anasının, millətinin və dövlətinin asayiş və istirahət və tərəqqisinin fikrinə qalacaqdır.

Mən də ümidvar oluram ki, sizlər də cəmi gözəl xasiyyətlərdən əlavə nəfsi bütünlük və insaniyyətdə bu Əziz adlı uşaq kimi cəmi xalqın nəzərində hörmətli və əziz uşaqlardan olasınız.

İyirmi beşinci imla

Bədnəfs uşaq

Ey mənim nəfsi salamat şagirdlərim!

Bədnəfs uşaq həmişə yemək-içmək, yatmaq fikrində olur. Hətta gecələr yatanda yeməli-içməli şeylərdən yuxuda görər. Necə ki, məsəli-məşhurdur: «Ac toyuq yuxusunda darı görər».

Əzbəski fikri və xəyalı yeyib-içmək dalısıncadır və səhər yerindən duranda gözünü samavara tərəf açar. Çay içilən vaxtda stəkanın böyüyünü axtarır. Məktəbə gələn vaxtda evin tağçalarını, dulabı, işqabı və sair gizlin yerləri axtarır ki, görsün bir yeməli şey tapa bilirmi. Məktəbdən azad olanda bu fikirdə olur ki, bazardan keçəndə konfetdən, kişmişdən, fındıq, badam, xurma və sair bir yeməli şeylərdən alsın. Evə daxil olanda oğru pişik kimi evin hər bir səmtini gəzər. Süfrə başında, yemək vaxtında bu qism bədnəfs uşağın halətini və taam yeməyini və sair pis-pis ədalarını bəyan etməkdən dilim acizdir.

Bədnəfs uşaq xörək yeməyə bir müəyyən vaxt tapa bilməz. Çünki çörəyi, saatbasaat xırda-xırda yeyər. Belə uşaqların hərgah cibini axtarasan, çörək xırdası, iydə qabığı, xurma çürüyü, ərik dənəsi, konfet kağızı, kişmiş xırdası, üzüm çöpü və sair bu günə xırda-xırda zir və zibillərdən tapılır. Bunlardan əlavə, əl və ayağı, üstü-başı, ağzı-burnu o qədər çirk və natəmiz olur ki, yanında əyləşən adamın nəfəsi darıxıb, əhvalı pərişan olur.

Mən dünən bazardan keçirdim. Bir uşaq gördüm ki, ağzında bir şey yeyə-yeyə, əzilə-əzilə gedirdi. Məazallah, nə pis halətdir. Doğrudan-doğruya, bu qism uşaqları görmək insan üçün bir böyük müsibətdir. Pərvərdigari-aləm, peyğəmbərimiz Məhəmməd və ali-Məhəmməd haqqına və hörmətinə bu xasiyyətdə olan uşağı bizim məktəbimizdən kəran və uzaq eləsin. Məktəbimizin ümum şagirdlərini bu mərəzə düçar və mübtəla etməsin. Amin!

İyirmi altıncı imla

Təmkinli uşaq

Əxlaqi-həsənənin cümləsindən biri də təmkindir. Odur ki, təmkin, ədəb, tərbiyə - bunlar bir-birinə oxşayan sifətlərdir. Xüsusən təmkin bir giranbaha sifətdir ki, hər kəsdə tapılmaz.

Təmkin dediyimiz nədir?

Bir surəti həlimanə və bir hərəkəti-ədibanədə bulunmaya təmkin deyilir. Təmkin gün kimi hər yerə işıq salsa, oranı nurani edər. Odur ki, kiçikləri böyüklər məqamında göstərən təmkindir. İnsanın iftixarına və izzü etibarına səbəb olan təmkindir. Bir kimsənin təmkinli olub-olmadığı hal və hərəkətindən, rəftar və güftarından malum eylər.

Təmkinli uşaqlar necə olur?

Təmkinli uşaqlar həmişə böyüklərə hörmət, kiçiklərə mərhəmət və öz əmsal və əqranına məhəbbət eylər. Bihudə və bica sözlər danışmaz, boş və bekar əyləşməz, namünasib müsahiblər ilə gəzməz, heç kəslə əbəs yerə döyüşüb küdurət etməz, danışdırmamış danışmaz, sual və cavab olan vaxtda bir sözü anlamamış cavab verməz. Cavab verən vaxtda bir sözü iki dəfə deməz, öz mətləbini və mənzurunu elə bir gözəl surətdə nazikanə və mülayimanə əda eylər ki, eşidənlərin ruhu fərəhlənib, qəlbi məsrur olur.

Əlhasil, təmkinli uşaqlar hər bir yerdə çox gördükcə az yeyər, çox eşitdikcə az danışar. Çünki «Məclisdə dilini, süfrədə əlini qısa tutan xəcalətli olmaz» məsəlini heç vaxt xatirindən çıxartmaz. Məktəbdə, evdə, məclisdə, küçədə, bazarda bir xəlaf qayda, hərəkət ondan naşi olmaz.

Təmkinli şagirdlərimdən bu barədə məsrur və məmnunəm.

İyirmi yeddinci imla

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets