Contents
  1. İfadəyi-məram
  2. Bismillahi-rəhman ür-rəhim!
  3. Məktəb
  4. Məktəbə davam
  5. Təfəkkür və mülahizə
  6. Məktəbə davam edən uşaq
  7. Məktəbə gec gələn uşaq
  8. Fəhim və zəkavətli uşaq
  9. Nafəhim və zəkavətsiz uşaq
  10. Diqqətli uşaq
  11. Diqqətsiz uşaq
  12. İtaətli uşaq
  13. İtaətsiz uşaq
  14. Qeyrətli və çalışqan uşaq
  15. Qeyrətsiz və tənbəl uşaq
  16. Ədəbli və tərbiyəli uşaq
  17. Ədəbsiz və tərbiyəsiz uşaq
  18. Kibrli uşaqlar
  19. Kibrsiz uşaq
  20. Doğruçu uşaq
  21. Yalançı uşaq
  22. Zirək və huşyar uşaq
  23. Kəlləgic və bədhava uşaq
  24. Nəfsi salamat uşaq
  25. Nəfsi salamat uşağın hekayəsi
  26. Bədnəfs uşaq
  27. Təmkinli uşaq
  28. Təmkinsiz uşaq
  29. Təmiz və səliqəli uşaq
  30. Natəmiz və bədsəliqə uşaq
  31. Səxavətli uşaq
  32. Xəsis və paxıl uşaq
  33. Gülərüzlü uşaq
  34. Əbus uşaq
  35. Qəlbi saf uşaq
  36. Qəlbi fasid uşaq
  37. Cəsur və ürəkli uşaq
  38. Qısqanc və qorxaq uşaq
  39. Ata-anasını və müəllimini sevən uşaq
  40. Ata-anasını və müəllimini sevməyən uşaq
  41. Məqaleyi-məxsusə

Page 3 of 13 · 15%

Diqqətli uşaq

Diqqət dediyimiz bir böyük mənalı kəlmədir. Hər şagird diqqət kəlməsinin mənasını necə ki, lazımdır anlamaz. Diqqət kimi böyük nemət hər bir vücudda tapılmaz. Odur ki, məktəbimizdə bir neçə diqqətli və qeyrətli uşaqlar vardır ki, hər nə qədər özləri kiçik və sinifləri az olsa da yenə hər sinifdə öz həmdərslərindən təmiz tapıb, tərəqqi etməkdədirlər.

Diqqətli uşaq hər gün səhər tezdən məktəbə gələndə kitablarına, dəftərlərinə, qələmdanına və sair təlim şeylərinə diqqət ilə baxıb, mülahizə eylər ki, məktəbdə mətəl qalmasın. Və bəlkə də lazım olan vaxtda yoldaşlarından minnət çəkib almasın. Məktəbdə hər günün və hər saatın dərsini elə hazırlayır ki, müəllim tərəfindən onu xəbərdar etməyə lazım görülməz. Dərs əsnasında əsla yerindən hərəkət eyləməz. Dərsin axırına kimi elə diqqətlə qulaq asıb məşğul olar ki, həmin dərsin sual və cavabına şüru olunanda hər bir suala cavab verməkdən aciz qalmaz.

Diqqətli uşaqların imla dəftərlərini nəzərdən keçirəndə hüsni-xətt şivəsini gözləmək lərindən əlavə bir hərf və bir nöqtə səhv və xətası tapılmaz.

Məlumunuz olsun ki, məktəbimizin diqqətli və qeyrətli uşaqları gələcək zamanlarda bir neməti-üzmaya vasil olub və bir böyük şan və şövkətə malik olacaqlar. Xalq içində öz əmsal və əcranından təmiz tapıb (seçilib) təhsini-afərinə layiq olacaqlar. Çünki insanı əla dərəcəyə yetirən diqqətdir. Elm və kamalat sahibi edən diqqətdir. Dünyada hər bir işi cabəca edən diqqətdir. Yenə diqqətdir. Yenə diqqətdir, oğlanlarım!

Onuncu imla

Diqqətsiz uşaq

Ey mənim diqqətli şagirdlərim!

Diqqətsiz uşaqların hal və hərəkəti sizlərə bir mayeyi-ibrətdir. Belə uşaqlara məbada baxasız! Öz qeyrət və diqqətinizi zaye edərsiniz. Diqqətsiz uşaq dünyada heç bir səadətə nayil ola bilməz. Bu qism uşaqlar məktəbdə heç bir gün öz dərslərini və vəzifələrini layiqincə icra edə bilməz. Çox vaxt olur ki, duadan sonra dərsə şüru olunanda görərsən ki, kitabını açmayıb.

  • Müəllim:

  • Oğlum! Nə üçün kitabını açmayıbsan?

Kitabımı gətirməmişəm cavabını verər.

İmla dərsinizə dəftərini aç!

Deyiləndə evdə qalıbdır deyir.

Hərgah bir əlahiddə dəftərə yazmaq lazım gəlsə qələmdanı yazmayacaq. Əgər yoldaşının qələmdanına şirkət etsə qələm tapa bilməyəcək.

Demək olur ki, diqqətsiz uşağın məktəbə gəlməyilə evdə qalmağı bərabərdir.

Bəzi günlər məktəbə daxil olanda görərsən ki, corabını tərs geyibdir və yainki kəmərini bağlamayıbdır. Bəzi vaxtlar məktəbə gələndə yolun yarısında baxar görər ki, gecə börkü başında qalıbdır. Bir də evə qayıdıb papağın qoyub, gəlib məktəb otağına daxil olanda görər ki, müəllim əvvəlinci dərsi qurtarıb, uşaqlar tənəffüsə çıxıblar. Müəllim onun gec gəlmək səbəbini sual edəndə cavabında aciz qalıb, bir para yalan sözlər telə düzməyə başlar.

Müəllim:

  • Yalançının cəzası tövqifdir; - deyib, onu bir saat dizi üstə əyləşməyə düçar eylər. Şübhəmiz yoxdur ki, bu növ diqqətsiz uşaqları heç kəs sevməz. Söz yoxdur ki, hərgiz belə uşaqlardan olmayacaqsınız və həmişə diqqətli olmağa diqqətlə çalışacaqsınız.

On birinci imla

İtaətli uşaq

İtaətli uşaqları Allah taala hifz eləsin! İtaətli uşaq nəinki məktəbdə müəllimin buyurduğuna əməl eylər, bəlkə, evlərində də ata-anasının sözündən əsla təcavüz eləməz. Ona əmr olunan təkliflərdə heç bir qüsur qoymaz.

İtaətli uşağı ata-anası bazara, qonşuya və sair yerlərə bir işə göndərəndə «baş üstə!» - deyib, o işi meyl və rəğbətlə cabəca etməyə çalışır.

Əcəba! İtaətli uşaq ata və ananın itaətinin vacib və lazım olmağını haradan bilmiş?

Necə bilməsin ki, müəllim hər həftə pəncşənbə günləri axırıncı dərsdə mövizə və nəsihət etdiyi halda, ata və ananın itaətinin vacib olmağını neçə-neçə dəlillər ilə sübuta yetirib, xatirnişan eylər. Odur ki, belə uşaqlar ata-anasının və müəllimlərinin tərəfindən verilən nəsihətlərə canü dillə qulaq asıb, əməl etməkdədirlər. Məsələn:

Daş atmaq, uca yerdən atılmaq, pis müsahiblər ilə gəzmək, nəmnak yerlərdə əyləşmək, od ilə və kibrit ilə oynamaq, isti-isti təam yemək, tərli-tərli su içmək, kal mevə yemək və sair bu günə (belə) zərərli və bifayda əməllərin barəsində verilən nəsihətləri qəbul edib, əsla itaətsizlik göstərməzlər.

Məktəbimizin itaətli şagirdləri bu dərsə necə diqqətlə qulaq asırlar, necə şövq ilə və həvəs ilə yazırlar.

Əlbəttə insanı səadətə yetirən itaətdir. Dünya və axirətdə nicat verən itaətdir. İtaətli olmağa kim çalışmaz? İtaətli olmağı kim istəməz?

On ikinci imla

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets