Töhfeyi-benat, yaxud qızlara hədiyyə
Contents
Page 2 of 4 · 25%
Sübh namazı
Fatma sübh tezdən durub, dəstəmaz alıb gəldi, səccadəsini açdı. Namazını qılıb qurtarandan sonra qardaşı Qasımın başı üstə yavaş-yavaş durdu onu oyatmağa:
-Qasım, Qasım! Dur, az qalıb gün çıxsın, namazın vaxtı keçir.
Qasım durub, dəstəmaz alınca Fatma xanım kiçik qardaşı İbrahimi də oyatdı ki, ona da namaz təlim edib qaldırsıq. Namazlarını tamam edəndən sonra hər üçü qaziülhacat olan Allahın dərgahına əd götürüb minacat elədilər. Fatma dedi ki:
Qardaşlarım, mən dua eyləyim, siz də «amin» deyin!
-Pərvərdigara, rəhmət və bərəkatını bizlərə nazil qıl. Ehsan etdiyin nemətləri əlimizdən alma. Qəlblərimizi elm və ibadət nuru ilə rövşən və münəvvər elə! Pərvərdigara! Bizləri böyüdüb tərbiyə verən ata-anamızın ömrünü tulani qıl. Onların sayəsini bizim başımızdan kəsmə! Valideynimizi və müəllimlərimizi və qövm və əqrabamızı dünya və axirətdə rastgah eylə! İlahi, sən məsumların duasını tez müstəcəb edərsən! Bizim də bu məsumanə duamızı qəbul elə.
Fatma bu tövr dua etdikcə Qasım və İbrahim də «amin» deyirdi. Mehriban anaları gəlib, onları bu halda görəndə hər üçünü də məhəbbətlə qucaqlayıb, bağrına basdı! Və onlar da analarının əlindən öpdülər. Və hamısı bir yerdə atalarının hüzuruna gedib, ədəb ilə salam verib, əyləşib çay içməyə məşğul oldular.
Tərbiyənin təfavütü
İki bacının hər birisinin bir oğlu var idi. Onlar oğlanlarına bir-birindən təfavütlü surətdə tərbiyə verirdilər. Birisi adabi-tərbiyətə aşna olmadığı üçün oğlunun məzacına görə hərəkət edib və onun nazı ilə oynardı. Və balasının hər bir xahişini yerinə yetirdikcə onun xülqünü pozub daryekini üzərdi. Bu əziz və ərköyün balanın xörəyinin əndazəsi və yatıb durmağının vədəsi yox idi. Hər növ konfet və hər qisim meyvə və hər cürə oyuncaq, bəlkə, hər bir ağlına gələn şeyi istədiyi vaxtda hazır olmasaydı, ağlayıb, çığırıb. bağırıb özünü yerdən-yerə vurardı. Tərbiyət aləmindən bixəbər olan anası da istər zərərli olsun, istər faydalı olsun, balasının hər bir istədiyini və arzusunu əmələ gətirməyi müzayiqə etməzdi. Amma o birisi oğlunu ağuşi-tərbiyətində saxlayıb, pərvəriş verdikcə və analıq məhəbbətin əmələ gətirdikcə yenə balasına lazımınca nəsihət, tənriyə və cəza etməkdən geri durmazdı. Əvvəlincinin oğlu çox yeməkdən zəif olub və çox yatmaqdan tənbəlləşib, xudsər və azadə gəzməkdən tərbiyəsiz və elmsiz qaldı. Amma digərinin hər bir şeyi diqqət və qərarınca yeyib və içib, anasının nəsihətlərinə əməl edib bir çalışqan və zəhmətsevən uşaq oldu ki, böyüdükcə elm və tərbiyət sayəsində validəsinə, vətəninə, millətinə və dövlətinə böyük xidmətlər eylədi.
Bəs, bundan məlum olur ki, insanın hər bir halının nəticəsi uşaq vaxtında verilən təlim və tərbiyənin əsəri və səməridir. Məşhur hükəmadan Ərəstu deyibdir ki, uşağın pisliyi və yaxşılığı valideyninə həml olunur. Çünki övlad ata və ananın bir nisfidir.
Sitarə ilə xalası
Sitarə məktəbdən azad olub, xuraman-xuraman xalasıgilə gedir. Vüqar və təmkin ilə qapıdan girib ədəblə salam verir. Mehriban xalası məhəbbətlə qollarını açıb, Sitarəni bağrına basıb üzündən və gözündən öpüb deyir:
Əyləş, gözüm nuru, balaca Sitarə, əyləş!
Xanım xala! Bəs anam hanı? Anam mənə demişdi ki, bu gün xalagilə gedəcəyəm. Sən də məktəbdən azad olub gəl. Bəs, anam nə üçün gəlməyibdir?
Sən əyləş, sevgili Sitarəm, anan da indi gələcək. Yoxsa, ananı bir neçə saatdır ki, görməyibsən, ayrılığına davam edə bilməyib didarını arzu edirsən?
Bəli, bəli! Mən anamı bir gün görməsəm, tab edə bilmərəm.
Yoxsa ananı çox sevirsən?
Əlbəttə, sevirəm, canım kimi sevirəm.
Afərin, balaca Sitarəm, afərin. Ananı sev və ona məhəbbət elə. Zira ki, yer üzündə ana kimi böyük nemət tapılmaz. Anan səni doğan gündən hələ indiyə kimi çəkdiyi zəhmətlərin həddi-hesabı yoxdur. Südəmər vaxtında məhəbbətlə bəsləyən, gecə və gündüz beşiyin yanından ayrılmayan, ağladığın vaxtda öpə-öpə bağrına basan, ovudub gözünün yaşını silən anandır. Naxoş olduğun zamanda səbr və aramı kəsilə-kəsilə pərəstar olan, əlindən tutub xırda-xırda ayaq üstə qoyub yeridən, yavaş-yavaş dil öyrədib, söyləşdirib danışdıran anandır. Ananın zəhmətlərini nəzərdə tut, itaəti vacib bil, xatirinə dəymə, ehtiramın saxla, hər bir hüququnu gözlə. Zira ki, ananın övlada olan məhəbbəti və haqqı atanın iki mislicədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-tohfeyi-benat-yaxud-qizlara-hediyye
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradırƏcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır,Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
Pərişan eyləyib əhvalımı, bir gözləri yağıPərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.
Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardıKönül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.
Poems by other poets
Rəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,