Qatar-qatar olub qalxıb havaya,Nə çıxıbsız asimana, durnalar!Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,Üz tutubsuz nə məkana, durnalar?!

Təsbih kimi qatarınız düzərsiz,Havalanıb ərş üzündə süzərsiz,Gah olur ki, danə-xurə gəzərsiz,Siz düşərsiz pərişana, durnalar!

Ərz eləyim, bu sözümün sağıdır,Yollarınız həramidir, yağıdır,Şahin-şunqar sürbənizi dağıdır,Boyanarsız qızıl qana, durnalar!

Əzəl başdan Bəsrə, Bağdad eliniz,Bəylər üçün ərməqandır teliniz,Oxuduqca şirin-şirin diliniz,Bağrım olur şana-şana, durnalar!

Bir baş çəkin dərmandənin halinə,Ərzə yazsın, qələm alsın əlinə,Vidadi xəstədən Bağdad elinəSiz yetirin bir nişana, durnalar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets