Yarəb, bu gedən sərvi-sərəfraz kimindir?İnsan bu surətdə olur az, kimindir?

Xəlq içrə ki, yoxdur belə məqbulü müzəlləf,Meydani-gözəllikdə bu sərbaz kimindir?

Qaşı, gözü, əndamı, təmamən əl ayağı,Hər bir sümüyü başına yüz naz kimindir?

Munca ki, sərapa bəzənib dürlü cəvahir,Zərrin qəba, simu sərəndaz kimindir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Tuş oldu sənə, xəstə Vidadi, bu əcəldir,Yoxsa ki, nə sözdür belə şəhbaz kimindir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love