Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,Yeri-gögü, ərşi-kürsi yaradan səttar idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər,Gah da Mənsur donuna girdim, ənəlhəq car idim.
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,Mən bu beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.
Dünyasından mən onun sirrin bilirdim, ol mənim,Dəryanın altındakı sac qızdıran ənnar idim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Mən Xətaiyəm, həqqi həqq tanımışam bigüman,Onun üçün ol yaratdı, mən ona dərkar idim.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-yer-yox-iken-gog-yox-iken-ta-ezelden-var-idim
Use ← → keys to move, R for a random poem
More by this author
Minbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.
Munca cövr etdin mənə, namehribanlıqdan nə sud?Munca cövr etdin mənə, namehribanlıqdan nə sud?Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud?
Neylərəm ol cənnəti içində dildar olmasaNeylərəm ol cənnəti içində dildar olmasa,Qoy anı viranə qalsın bağçada bar olmasa.
Nə buyurursan şəha, fərman sənindirNə buyursan şəha, fərman sənindir,Yolunda canü baş qurban sənindir.
Poems by other poets · Divine love
Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
Siz indiGündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.
نسیم الصبا قادم اذ تبسمفقدم و قل للصبا خیر مقدم
Ölüm – görüşDünyanın üstündən keçdim sel təki,Bilmirəm irəli, bilmirəm geri.