Физули: О любви
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.
Kimsədə rüxsarına taqəti-nəzzarə yoxKimsədə rüxsarına taqəti-nəzzarə yox,Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firibKuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,Gör nə cahildir, yonar daşdan öziçün, bir rəqib.
Getdi əldən sənəmin sünbili-mişkəfşaniGetdi əldən sənəmin sünbüli-mişkəfşani.Yenə dövr etdi pərişan məni-sərgərdani.
Gər deyil bir mah mehrilan mənim tək zar sübhGər deyil bir mah mehrilən mənim tək zar sübh,Başin açib nişə hər gün yaxasın yırtar sübh.
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sanaGərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!
Giryədir hər dəm açan qəmdən tutulmuş könlümüGiryədir hər dəm açan qəmdən tutulmuş könlümü,Əşkdir xali qılan qan ilə dolmuş könlümü.
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadıGördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdiLəbin əksi gözüm yaşini mey tək laləgun etdi,Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlarLəhzə-ləhzə ləbin anıb edicək əfğanlar,Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Məgər xab içrə gördün, ey könül, ol çeşmi şəhlayiMəgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayiKi, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.
Mənim kimi bir ləbi-xəndan üçün giryanlığım vardırMənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır,Pərişan türrələr dövründə sərgərdanlığım vardır.
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
Mərhəm qoyub önərmə sinəmdə qanlı dağıMərhəm qoyub önərmə sinəmdə qanlı dağı,Söndürmə öz əlinlə yandırdığın çirağı.
Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəsMəskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs.
Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma lafMöhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf,Eşq bir yükdür ki, xəm olmuş onun altında qaf.
Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundurMüjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur,Anunçun bəsteyi-zənciri-seyli-əşki-gülgundur.
Mürdə cismim iltifatından bulur hər dəm həyatMürdə cismim iltifatından bulur hər dəm həyat,Ölərəm gər qılmasan hər dəm mənə bir iltifat.
Müshəf demək xətadır ol səfheyi-cəmaləMüshəf demək xətadır od səfheyi-cəmalə,Bu bir kitab sözdür, fəhm edən əhli-halə.
Nalədəndir ney kimi avazeyi-eşqim büləndNalədəndir ney kimi avazeyi-eşqim bülənd,Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəmNey kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm,Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Nə görər əhli-cəfa məndə vəfadən qeyriNə görər əhli-cəfa məndə vəfadən qeyri.Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri.
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanınNə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.