Баба Пюнхан: О природе
Güdürük, can güdənik canı qoyub can güdürük,Özümüzkün havayı, özgəni pulnan güdürük.
Ağızlar sulanıbYenə yaz fəsli gəlib, göylər üzü durnalanıb,Ölməyib şükr ola millət baharaycan dolanıb.
Röyalari qaçqınYa Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,Bağbanı didərgin güli-rənaləri qaçqın.
Yoxsul üz üstündə gedirEl acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.
Pünhan həmən Pünhandı daHeç məəttəl qalma gəl, dövran həmən dövrandı da,Adəmi yoldan edən şeytan həmən şeytandı da.
Vətən yazıqSolubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.
Naləm şüar olsun gərəkHər adam öz-özlüyündə iqtidar olsun gərək,Nəfsinə daim müxalif, haqqa yar olsun gərək.
AğlamaAğlama, sən ağlasan Pünhan da ağlar, ağlama,Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.
Sən hacıynan, mən hacıBir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.
Qumar onun qumarıdırNə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,Mənim evimdə qar yağır, bahar onun baharıdır.
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.