İkinci məktub
Страница 6 из 11 · 45%
*Budur hədisinin tövcihi, yə’ni neçə cüzvdən ibarət olan küllün ki, şey’i-vahiddir, bir cüzvü mə’dum olsaydı, o biri cüzvləri dəxi laməhalə mə’dum olurdu və heç vücud olmazdı. Budur Mənsurun qövlünün mə’nası ki, ənəlhəqq dedi, yə’ni bu tə’bir ilə ki: mən və küll ibarətdir bir qüvvə və bir vücudi-vahid və kamil sahibiqüdrətdən öz nəfsində; yə’ni ki, qüdrət onun öz nəfsində qəvaninimə’lumə ilə lazım düşübdür, necə ki, hərarət atəşin vücuduna lazımdır və ondan münfəkk ola bilməz:
Amma nə bu tə’bir ilə ki, küll məndən səva olub, məhə hülul edibdir və ya küll məndən səva olub mənim ilə ittihad qəbul edibdir.
[Mollayi-Ruminin bu iki beytinin mə’nası budur:
Yə’ni Musa və Fir’on ikisi də, Məhəmməd və Əbucəhl ikisi də bir varlıq idilər. Elə ki, öz əsllərindən ayrılıb təəyyün aləminə gəldilər, bir-biri ilə vuruşdular. O zaman ki, öz əsllərinə qayıtdılar, genə də əvvəldə olduqları kimi vahid vücud oldular].
Budur fənanın mə’nası ki, cüzv vəqta ki, özlüyünü
*Bu əqideyi-saniyə və əqideyi-ula hər ikisi, həqiqətdə e’tiqadivahiddir, amma ürəfanın [və hükəmanın] istilahı oları bir növ il bir-birindən mütəfat göstərir *.
Salisən, bu əqidəni də qoyarıq kənara, rücu edərik mütəşərrilərin əqidəsinə və deyərik ki: bu aləm mövcuddur və hadisdir; bunun bir mucidi var ki, o, qədimdir və mövcudatdan qeyrdir. O mucid mər’i deyil və qadiri-muxtardır bu aləmi öz
+
qüdrəti ilə yoxdan var edibdir, ixtiyarı var genə bu aləmi yox etsin.
Bu surətdə biz bu mucidi-özümüz kimi fərz edərik, bir vücudisahibi-qərəz və sahibi-mehr və kin, bir hübbi-caha və şöhrətə talib, bir müntəqim ki, bizi yaratmaqdan qərəzi, özünü şöhrətə vermək imiş.
Və qərəzi bu imiş ki, biz ona sitayiş edək.
Və bizim sitayişimizdən ləzzət aparacaq. Vəqta ki, biz sitayiş ilə onun ləzzətinə bais olacağıq, bizdən xoşnud olacaq, o da bizə əcr verəcək, bizi behiştə aparacaq və əgər onun sitayişinə iqdam etməsək və əgər ona şərik qərar versək, bizə acığı tutacaq, bizdən zəhləsi gedəcək, zurna çaldıracaq, qiyamət bərpa edəcək, həşr qayıracaq, qapan-tərəzi qurduracaq, bizdən hesab çəkəcək, püli-sirat asacaq, bizi rismanbazlığa məcbur edəcək, cəhənnəmə tökəcək və müxəlləd əzabda saxlayacaq, bizdən intiqam çəkəcək, dincələcək.
Sonra?...
Necə sonra?..
Sonra bilmirik nə olacaq. Elə buratan bilirik. Pəs niyə buratan bilirsiniz? Bundan sonranı bilmirsiniz? Pəs bu mə’rəkənin axırı hara müncər olacaq?
Nə bilək hara müncər olacaq, axırı elə bu idi.
Pəs o mucid əgər səndən qeyrdir, gərək hər maddədə səndən qeyr olsun, vəqta ki, sən onu vücudda özündən səva bilirsən, öz vücudun müqtəziyyatında niyə onu özünə müsavi edirsən? Vəqta ki, sən onun zatını öz zatından cüda fərz edirsən, öz sifatın isnadını necə ona verə bilərsən? Hansı dəlili-əqlidən bu xüsusda sənə yəqin hasil olur? Çünki mucid səndən qeyrdir, sən onu hərgiz dərk edə bilməzsən. Pəs sənin yolun yoxdur ki, özündə olan əğrazın və xəsaisin nisbətini ona verə biləsən və hərgiz sənin haqqın yoxdur deyəsən ki: o mucid filan və filan sifat ilə mövsufdur; çünki sən ancaq o sifatları bilirsən ki, öz vücudunda oları görürsən.
Bu surətdə deyə bilməzsən ki, o mucid ərəbdən, ya ibranidən, ya siryanidən, ya türkdən, ya firəngdən birisini bərgüzidə edibdir ki, bu bərgüzidə hər necə çalsa, sən elə oynayasan. Ondan ötrü ki, bu növ xahiş sənin öz vücudundandır. Bu növ xahişi sən nə dəlil ilə mucidə isnad və isbat edə bilərsən? Əgər vaqe’də mücidin zatı, mövcudun zatından qeyrdir və əgər vaqe’də bu əqidə səhihdir, genə sənin haqqın yoxdur ki, o mucidi özünə tabe edib, hər nə buyursan, o fərmanbərdar olsun. Məsələn, xahiş edəsən ki, qəməri şəqq etsin, edə və xahiş edəsən bilaqanun ölünü diri etsin, edə və xahiş edəsən ki, mənə min il ömr versin, verə və əgər sən xahiş etməmiş, mucid öz meyli ilə səni bərdaşt edə və bu növ xariqi-adət işləri səndən büruzə gətirə, bunun faydası o mucidə nədir?
Əgər deyəsən faydası var, pəs o mucid də faydatələb oldu və sahibi-qərəz oldu. Bu sifat genə sənin öz sifatındır.
Bu əqideyi-salisədə sənin heç əlacın yoxdur, bəqeyr-əzin ki, təhəyyür və sükut aləmində durub deyəsən ki, bilmirəm. Və cəfəngiyat baftə etməyə iqdam eləməyəsən və cəfəng iddalar etməyəsən və əgər deyəsən ki, mucidə qərəz isnadını verməyin nə münafatı var. Vəqta ki, mucidi caili-muxtar bildin, aləmin xilqəti aşkara onun qərəzinə dəlalət etməzmi? Deyərəm ki: mucid sahibi-qərəzdir və sahibiiradədir. Bunun nə eyibi var?
Bu surətdə ədaləti gərək muciddən cəlb edək. Aya, mucidin ədalətinə şayistədirmi ki, Əmri peyğəmbər etsin, məni ona ümmət və Zeydi imam etsin, məni ona bəndeyi-zəlil və Əmrin və Zeydin xilqətindən əqdəm nə fəziləti var idi ki, mənə mürəcceh olalar?
Aya, mucidin ədalətinə layiqdirmi gündə beş-on yol ərinməz-ərinməz Cəbrailini onun-bunun yanına çapdırsın, mənim yanıma heç bir yol da göndərməsin və imamı ananın pəhlusundan doğuzdursun, məni fərcindən – bu kəsif və murdar mənfəzdən və birisini qoyun yaratsın, birisini qurd, birisini qırqovul yaratsın, birisini iti cəngallı qızılquş?
[Ondan böyüklük və cəlalı atmalıyıq. Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil olsun”. Pəh-pəh... Allahımıza bax, “Əbi-Ləhəbin əlləri şil olsun”, bax gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki onun əql və huşu var, anlayır ki, qardaşı oğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri korlamaq və Asiya tayfalarını cəhalət və bədbəxtlik dəryasına qərq etmək istəyir.
Az-çox bir düşüncəsi olan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi?
Əgər həqiqətdə biz tək bir xəlqedənin və misilsiz bir yaradıcının varlığına qail olsaq, o xəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir.
Bu surə Məkkədə nazil olmuşdur. Peyğəmbərimiz Məkkədə olduğu vaxt hələ köməkçisi, tərəfdarı və gücü yox idi. O zaman bizim Allah yalnız onun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra, başına bir çox tərəfdar və köməkçilər yığışdıqdan sonra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi olduqdan sonra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qoydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Xəndək davasından sonra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər onların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib oldu, onların arvad-uşaqlarını əsir etdi. Kişilərin boyunlarını vurdurdu.
Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Onu necə alçaq əxlaq və qərəz sahibi kimi tanımayaq? Və ona necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr onun məxluqu deyilmi? Xülasə...].
Ey Cəlalüddövlə, gün kimi görürəm, deyirsən ki: hikmətdən sual yoxdur.
Bunun mə’nası bu deyilmi ki, iradatın cavabını bilmirsən? Çünki bunu bilmirsən, yaxşı deyilmi, hamısının ədəmi-elminə iqrar edəsən və mahal iddialardan əl çəkəsən və mucidin qanuni-xilqətinə dəxl və təsərrüf etməyəsən və səfihanə və pis e’tiqad ilə deməyəsən ki, mucidə lazımdır bir peyğəmbər göndərsin, məxluqunu hidayətə dəlalət etdirsin?
Xeyr, mucidə heç peyğəmbər göndərmək lazım deyil, sən bilmirsən hidayət və zəlalət, haqpərəstlik və bütpərəstlik onun üçün ələssəviyyədir. Müruri-dühur ilə Yengi Dünya suyun o tayında qalmışdı və kürur-kürur xalqı, sənin kimi bəşər növindən meşələrdə vəhşi heyvanlar kimi çıl və çılpaq gəzirdi; heç mucidin gərəyinə deyil idi ki, bunlara bir peyğəmbər göndərsin, axır ki, bu yaxın zamanlarda Xristofor Kolumb getdi, Yengi Dünyanı tapdı və təsərrüf etdi, indi Yengi Dünyanın xalqı ülumda və sənayedə köhnə dünyanın xalqına təfəvvüq yetiriblər. Əgər sən, ey Cəlalüddövlə, aqil olsan, deyərsən ki, mucid, Əmr və Zeydin xahişi ilə qanuni-xilqətinə təğyir verməz. Göz xalq edir, nütfə rəhmdə mün’əqid olan zamanda, qanuni-xilqət budur; vəqta ki, tifl doğuldu, böyük oldu, onun gözünü hədəqəsindən çıxardılar, mucid Əmr və Zeydin xahişi ilə haman çıxmış gözü hədəqəsinə nəsb edib, əvvəlki göz halətinə salmaz. Çünki qanuni-xilqətə müxalifdir. Haman göz pozuldu, gərək özgə qanunun şərtinin təhtinə daxil olsun, çürümək qanununun və şərtinin təhtinə və sonra torpaq olsun və bir ayrı növ’ə istihalə tapsın və əgər mucid Əmr və Zeydin xahişi ilə bir belə qanuni-xilqətə müxalif əmələ iqdim etsə, onun əzəmət və cəlalına rəxnə yetişər və cəmi qəvanini-xilqətinə təzəlzül çatar və habelə əgər bir şəxsin başı kəsilə, haman kəsik başı mucid Əmr və Zeydin xahişi ilə bədənə müttəsil edib, məqtul olan şəxsi təzədən diri etməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-ikinci-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarınaƏziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: