Страница 8 из 11 · 64%

ayəsini nazil etməyə məcbur elədilər.

Sizin Allahınız ona tə’nə edir ki, niyə xalqdan qorxursan? O, məgər xalqdan qorxurdu? Xalq ki, onu bu əməl səbəbinə öldürmək istəmirdi. O, rüsvalıqdan qorxurdu ki, vaqe’ oldu. Sizin Allahınız gərək idi onu rüsvalıqdan saxlayaydı. Amma bacarmadı. Münafiqlər hər nə deməli idilər, dedilər və rüsvalıq bu günədək dillərdə və tarixlərdə baqi qalıbdır hasil nə oldu?

Əcəbraq budur ki, ayati-məzkurə sizin Allahınızı bir tövr xəyalda mücəssəm edir ki, guya peyğəmbərin övrətlərə müqaribət etməyindən onun üçün bir həzz və ləzzət hasildir. Məsələn: Ayişənin ifk nağılında peyğəmbər onu atasının evinə göndərir və onun mülaqatından özünü kənar tutur; sizin Allahınız diltəng olur: on iki ayə peydərpey Ayişənin paklığına nazil edir ki, peyğəmbər genə onu evinə gətirsin və ona yavıqlıq etsin və ifk deyənlərə əzab və’də edir. Bu biçarələrin nə təqsiri var idi ki, bir cavan övrət bir gecə bir cavan oğlanla səhrada qala, əlbəttə hər kəs bəd gümana düşər. Olar ki, alimül-qeyb deyil idilər! Yalqız sizin Allahınız bu gümanı etmir. Guya öz Cəbrail və

+

Mikailini Ayişəyə və Səfvanə gözətçi qoymuşdu ki, bir-birlərinə yavıqlıq etməsinlər? Nadürüstlük Ayişənin özündədir, nə üçün qəzayihacətdən ötrü o qədər ləşkərgahdan uzaq gedirdi ki, heç kəs ondan xəbərdar olmasın, nə üçün gərdənbəndini axtarmağa yalqız qayıdırdı və heç kəsə demirdi ki, onun kəcavəsini qayıdanadək əyləsinlər? Bavücudi ki, nidayi-rəhil verilmişdi və ləşkər köçmək halında idi. Bundan əlavə, Ayişə yalan deyir ki, onun boyunbağı boynundan açılıb düşmüşdü və o bilməmişdi, sonra onu axtarmağa qayıtmışdı.

Heç aləmdə bir övrət tapılar ki, onun bir yekə gərdənbəndi oyaqlıq və huşyarlıq halında boynundan açılıb gözünün bərabərinə düşə və o ehsas eləməyə? Əgər üzük və güşvarə olsaydı, genə bir ehtimal gedərdi. Bu bəhanəni Ayişə güzariş vaqe olandan sonra xəyal edibdir və bir də nə üçün Səfvan yalqız ləşkərin əqəbində qalmışdı ki, onun üstünə çatır və onu dəvəsinə mindirir. Nə məsləhət üçün Səfvan yalqız ləşkərin saqəsinə mə’mur idi.

Bu qərainlərin hamısı aşkara bir qərəzə dəlalət edir. Adam necə bu keyfiyyatdan şübhəyə düşməsin? Və əgər bu vaqiədə müqtəzayibəşəriyyət ilə bir əməli-naməşru’ Ayişədən baş veribdir, haqqı var, təqsir onun atasındadır ki, cavan qızını qoca kişiyə və bir ilxı övrət sahibinə vermişdi ki, hər ayda bir dəfədən ziyadə Ayişəyə söhbət növbəti yetişməzdi və bu tərəfdən Ərəbistanın ab-havası dəxi o iqlimin zükur və ünasında şiddətlə həvəsi-cimaa mühəyyicdir.

[Ayişənin bu nalayiq hərəkətindən meydana gələn vəziyyət ona səbəb oldu ki, peyğəmbər ona olan hədsiz məhəbbəti və rəqiblər qarşısında qısqanclığı şiddətindən hicab ayəsini nazil etdi:

“Mö’minlərə söylə ki, gözlərini haram şeylərdən çevirsinlər və tənasül alətlərini saxlasınlar; bu onlar üçün ən yaxşı şeydir; Allah onların gördükləri işdən xəbərdardır.

Və mö’min qadınlara söylə ki, gözlərini haram şeylərə baxmaqdan çevirsinlər və fərclərini saxlasınlar; görünməsi cayiz olan bəzəklərdən başqa, daxili bəzəklərini özgə kişilərə göstərməsinlər. Və geydikləri köynəklərin yaxaları yaxa və sinələrini örtsün. Və öz bəzəklərini ancaq ərlərinə, atalarına, qaynatalarına, oğlanlarına, qardaşlarına, ögey oğlanlarına, qardaşı oğlanlarına, bacısı oğlanlarına və sayılanların arvadlarına, öz kəniz və qullarına və öz evlərində qulluq edən qoca kişilərə, kişilikdən məhrum olan şəxslərə və həddi-buluğa çatmamış uşaqlara göstərə bilərlər.

Yol gedəndə ayaq bəzəklərinin səsini özgəsinə eşitdirməmək üçün ayaqlarını yerə bərk vurmasınlar.

Ey mö’minlər, hamınız Allahın qabağında tövbə edin! Bu tövbə ilə nəcat tapmağa ümid bəsləyə bilərsiniz!”. Və bəşər növünün yarısını təşkil edən qadın tayfasını əsrlər uzunu daimi həbsə saldı.

Yalnız Ayişə Səfvan ilə eşqbazlıq etmirdi. Peyğəmbərin başqa azyaşlı arvadları da, onun qocalığına görə gənc səhabələrə naz satırdılar ki, o öldükdən sonra olarla evlənməyə həvəskar olsunlar. Buna görə də Təlhə dəfələrlə dilinə gətirərdi ki, bu qoca nə vaxt öləcəkdir ki, biz onun arvadlarını alaq, qucaqlayaq və onların xalxallarını öz qarşımızda səsləndirək?!

Çün peyğəmbərin arvadları gənc səhabələrin qabağından keçərkən, könül ovlamaq məqsədi ilə daima ayaqlarını bir-birinə vurub, öz xalxallarını səsləndirərdilər, bu hərəkət də hicab ayəsindəki bu neçə söz ilə olara qədəğən olundu: “Yol gedəndə xalxallarının səsini özgəsinə eşitdirməmək üçün, ayaqlarını yerə bərk vurmasınlar”.

Təlhənin ədəbsiz sözləri, peyğəmbərin qulağına çatınca öz ürəyində dedi: “Köpək oğlu, mən bir tədbir edim ki, sən qətiyyən öz çirkin arzına çatmayasan”. Əvvəlcə, sizin Allahdan bu ayənin nazil olmasını tələb etdi: “Peyğəmbər mö’minlərə öz nəfslərindən irəlidir və onun qadınları mö’minlərin analarıdırlar”.

Öz arvadlarını mö’minlərə ana olaraq qələmə verməkdən məqsədi budur ki, vəfatından sonra olar bu anaları ilə evlənmək istəməsinlər. Sonra ərəblər, bu arvadların olara məcazi ana olduğunu anladan bu söz ilə olarla evlənməyin haram olduğunu anlamayacaqlarını gördü, sizin Allahınızdan o öləndən sonra arvadları ilə evlənməyi mö’minlərə aydıncasına haram edən başqa ayənin nazil olmasını xahiş etdi.

Hər xüsusda onun əmr və nəhyinə sözsüz və e’tirazsız tabe olan Allahınız bu başqa ayəni nazil etdi: “Allahın peyğəmbərini incitməyə haqqınız olmadığı kimi, özündən sonra da arvadlarını almağa qətiyyən ixtiyarınız yoxdur, bu iki şey Allahın yanında böyük bir günahdır”.

Bu ayə nazil olandan sonra Təlhə və başqa səhabələrin təmə’ dişləri peyğəmbərdən sonra onun arvadlarının visalından kəsildi.

İş burasında idi ki, peyğəmbər qoca olduğundan azyaşlı arvadları ondan nifrət edirdilər; necə ki, fiqh kitablarında Müstəizə ləqəbi ilə məşhur olan Əsma binti-Ne’man öz razılığı ilə deyil, qohumlarının arzusu ilə peyğəmbərə nikahlandı və peyğəmbər, zifaf gecəsi onun yataqxanasına qədəm qoyub ona yaxınlıq etmək istədi, qız peyğəmbəri görməkdən o qədər qorxub hürkdü ki, bağırdı: “Səndən Allaha pənah aparıram, ey qoca! Məndən nə istəyirsən? Nə üçün mənim razılığım olmadan məni istədin? Məndən əl çək və məni azad et ki, məndə səni görməyə taqət yoxdur. Və qətiyyən sənə təslim olmayacağam”.

Peyğəmbər məcburən onun vüsalından ümidini kəsdi: “Ey pozğun, öz camaatına tərəf qayıt!” – dedi.

Əsma o saat peyğəmbərin evindən çıxaraq atası evinə getdi və xəbər verdi ki, peyğəmbər özü məni qəbul etməyib, geri göndərdi. Sonra peyğəmbər təlağını verdi.

Peyğəmbərin başqa arvadları Əsmanın xoşbəxtliyinə həsəd aparırdılar. Çünki olar da onun pəncəsindən qurtarmaq arzısında idilər. Ona görə ki, bunlar öz ixtiyarları ilə peyğəmbərə arvad olmamışdılar, olardan bə’ziləri cariyə idi, bə’zilərini də peyğəmbər yazıq kafirlərin əlindən, öz ərlərinin yanından qapıb özünə arvad etmişdi. Zeydin arvadını yanından qopardığı kimi, Zeyd də çarəsizlikdən arvadını ona təslim etmişdi. Çünki o bilirdi ki, arvadından əl çəkməsə, Davudun Evriyanın başına gətirdiyi işi peyğəmbər də onun başına gətirəcəkdir.

Peyğəmbərin belə bir vəziyyətdə olan biçarə arvadları Ayişə kimi iffət dairəsində ayaqlarını əyri qoyub, həriflərin qarşısında işvə satıb, öz gələcək günləri üçün özlərinə aşna və sevgili axtarırdılarsa, heç də təəccüblü deyildir.

Peyğəmbər çox vaxt kafirlərin mallarını çalıb-çapmaq üçün müharibələrə gedərdi və onları Mədinədə qoyardı. Kim bilir ki, peyğəmbər olmadıqda, olar toxunulmamış qalırdılar?

Xüsusi ilə peyğəmbər ömrünün sonlarında cimadan o qədər aciz qalmışdı ki, Cəbrailə öz acizliyindən şikayət etmişdi. Bunu Nizamülmülkün müasiri olan İmami-Ğəzali “Əhyaül-ülum” adlı kitabında yazmışdır.

Gələn bə’zi xəbərlərə görə rəsulullah demiş: “Mən Cəbrailə cimaa olan zəifliyimdən şikayət etdim, o mənə halva yeməyi göstərdi”.

Onun cimadan belə aciz qalması nəticəsində, təbiətin tələbi üzrə azyaşlı arvadları gənclərlə görüşməyə talib olurdu.

*Əgər peyğəmbər olardan xatircəm idi, fikri datınıq deyildisə, qadınların işini nə üçün bu dərəcədə bərk tutmuş və ən böyük insanlıq hüququ olan azadlığı olardan tamamilə almışdır ]...

*Bir dəxi peyğəmbər Zeydin təklifini qəbul etmir və ona deyir ki, Sizin Allahınız xişmnak olub, hökmi-qət’i göndərir ki, o Zeydin övrətini alsın və şiddəti-tə’cil ilə göydə Zeydin övrətini mütəlləqə olandan sonra peyğəmbərə təzvic edir, hətta inqizayi-iddəsinə dəxi ələzzahir səbr etməyibdir.

Bir dəxi Mariyeyi-Qibtiyyəni peyğəmbər özünə həram edir və bir ay onu görmür. Sizin Allahınız səbr edə bilmir, ayeyi-tə’nə peyğəmbərə göndərir.

və buyurur ki, Mariyə ilə mülaqat və müqaribət etsin.

Bu qəbil ayat peyğəmbərin zənpərəstliyi xüsusunda və sair bulara bənzər müzəxrəfat onun kitabında hesabsızdır və bu müzəxrəfatı biz gərək ölülərimizin qəbirlərinin üstündə dəxi oxuyaq, onların ərvahı şad və məsub olsun *.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 мин
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 мин
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 мин
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 мин

Стихи других поэтов