İkinci məktub
Страница 9 из 11 · 73%
Zənpərəstliyi peyğəmbərə nisbət mən hərgiz əməli-məzmum saymıram, bəlkə onun ədəmi məzmumdur. Ondan ötrü ki, insanın afərinişi zənpərəstlik qanunu ilədir və onun nəslinin bəqası cüftün hübbünə mənutdur və əgər bir kəs bu cəzbənin xilafınca rəftar etsə ya naxoşdur və yainki əmdən qanuni-xilqətdən təxəllüf edibdir. Bu babda hədis: kəlami-binəzirdir. Amma söz bundadır ki, zənpərəstliyi dərəceyi-ifrata yetirmək və bunun-onun övrətinə təmə’ etmək və bu təməi-nalayiqi təzvir yolundan öz nəfsində gizləmək və sonra təmə’ olunmuş övrətin ələ gətirilməsini mucidi-kainatın fərmanına mərbut etmək peyğəmbərin tərəfindən əməli naşayistə və şə’ni-nübüvvətə münafidir.
[Bununla bərabər o bir çılpaq yad arvadın tamaşasına böyük zövq ilə məşğul olaraq, onun vücudunun lətifliyini də açıqcasına “səni yaradan nə qədər pak və yüksəkdir” sözləri ilə tə’rif etməkdənsə, bundan sonra bu münasibətsiz hərəkəti bütün müsəlmanlar üçün, onların qadınlarına qarşı uləviyyəti haqqında e’tiqad qərar verməkdənsə, “mö’minlərə de haram şeylərə baxmasınlar” ayəsinin məzmununa əməl etməli idi.
Bütün sünni və şiə fiqh alimlərinin hamısı peyğəmbərin xasiyyətləri haqqında yazır ki: “Əgər onun gözü bir arvada düşsə və ona rəğbət etsə, ona arvad olmaq üçün əri onu boşamalıdır”.
Bunun nə mə’nası var? Biabırçılıq bu dərəcədə? Dost və düşməndən bir adam bu fitvanı oxusa, sizin Allah və peyğəmbərləriniz haqqında nə deyər?].
Başqa millətlərin Allahı məşğuldur böyük işlərə, amma sizin Allahınız mültəfitdir bu gunə ləğviyyata.
Mövlana!
Mənim təəccübüm ondan deyil ki, əvamünnas bu gunə ləğviyyata inanıb mucidi-kainatın hüzurunda peyğəmbərin şəhvətpərəstliyini onun təqərrübünə dəlil sanırlar və bu nüktəyə mültəfit deyillər ki, o şəhvət qeydinə giriftar olmasaydı, nə üçün biganə övrətə qüsl halında cəhrən deyirdi ki, afərin sənin hüsnü camalına və münəzzəhdir o Allah ki, səni bu lətafətdə yaradıbdır; mənim təəccübüm ondandır ki, sizin kimi bimisl fazil bu güzarişi mayeyi-iftixar sanıb, öz e’tiqadınız ilə onu səadəti-üzma güman edirsiniz və bu səadəti-mövhumənin şükrünü hər kəsə vacib bilirsiniz. Əgər həqiqətdə siz belə isnadı e’tiqad üzündən, nə riya yolundan, xaliqi-ərz və səmayə verirsiniz, mən sizinlə müvafiqət etmirəm. Və belə Allaha mö’təqid deyiləm və elə peyğəmbərlərə iman gətirmirəm.
Təvəqqe edirəm ki, bu iradın cavabını hikmət və dəlaili-əqliyyə üzündən yazıb mənə göndərəsiniz və məni sakit edəsiniz. Və illa, biçarə avama və sadəlövh xalqa firib verməkdən əl çəkib, oları şərafəti-
+
bəşəriyyətdən məhrum etməyəsiniz”.
Nəcməddin bu təfsil yetişəndən sonra çox mütəğəyyir oldu. Ayağa durdu, getdi Məhəmməd Büzürg Ümmidin yanına, icazəti-bar hasil edib Əla-Zikrihissəlamın əqideyi-fasidəsini bəyan elədi və şikayət etdi və dedi ki: “Bu bidin və mülhid oğlunun vücudi ilə – ki, onun vəliəhdidir, – tezliklə səltənət onun dudmanından çıxacaqdır”.
Məhəmməd Büzürg Ümmid bir adam idi sadəlövh və şəriətə və məzhəbə canü dildən mö’təqid. Çox pərişanhal və mütəğiyyir olub, oğlunun əqidəsindən vəhşət etdi və xalqı cəm edib minbər üstünə çıxdı və əla-rüsul-əşhad oğlunun e’tiqadatına inkari-bəliğ elədi. Necə ki, zikr olundu *.
Naçar Əla-Zikrihissəlam, atasının xofundan tərki-irşad edib təqiyyə üzündən başladı atasının rəvişinin isbatına risalələr yazmağa. Ta inki atası Məhəmməd Büzürg Ümmidin qəlbindən vəhşət rəf’ oldu və özünün vəliəhdlik mənsəbini Əla-Zikrihissəlama təfviz elədi.
Elə ki, Məhəmməd Büzürg Ümmid fövt oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətə oturub, iddiayi-imamət edib beş yüz əlli doqquzda özünün əşraf və əyanını Ələmövt qalasında cəm edib buyurdu ki, onun eydgahında qiblə tərəfinə bir minbər nəsb etdilər və dörd böyük ələm – birisi qırmızı, birisi yaşıl, birisi sarı və birisi ağ, minbərin dörd tərəfinə qoydular. Rəməzanın on yeddisində minbərə çıxdı. Əvvəl bir xütbeyi-bəliğə oxudu, sonra xitab etdi: Ey camaat, mən imami-zəmanəm və sizin xeyr və şərrinizi və səadət və zəlalətinizi göstərməyə əqlişərif təqazasınca mükəlləfəm. Bilin və agah olun ki, aləm qədimdir və zaman namütənahidir. Yə’ni necə ki, məkanın bidayət və nihayəti yoxdur, zaman dəxi bi-ibtida və intihadır.
Bə behişt və duzəx bir əmri-xəyali və mövhumidir və hər adamın qiyaməti onun mərgidir. Hər aqilə lazımdır ki, batində bəşəriyyətin və əqli-şərifin müqtəzasınca səlimünnəfs və nikukar olsun ki, bir belə şəxsə mərdi-rahi-həqq xitab olunur və zahirdə hər gunə rəviş ki, özünün maaşına və ümuri-dünyasına müfid görünür, o rəvişi özünə şüar etsin. İndi mən təkalifi-şər’iyyəni hüququllah xüsusunda küllən sizdən saqit etdim. Bundan belə azadsınız və əvamir və nəvahidən hüququllah xüsusunda bilmərrə fariqbalsınız. Elm təhsil edin, nikukar olun və niəmati-dünyəviyyədən beş gün həyatınızda bəhrə tapın. Sərvət və miknət hasil edin. Xəyaləti-fasidəyə və əqaidi-əbləhanəyə özünüzü salihə və fəzl və hünər ilə miləli-aləm içində bərgüzidə və mürəccəh olmağa sə’y və təlaş edin.
[Və yenə buyurdu: Ey camaat, qadın tayfasını həbsdə və pərdədə saxlamağın, bəşəriyyətin yarısı haqqında böyük zülm olmaqdan başqa, kişi tayfası üçün də saysız-hesabsız zərəri vardır. Bu gündən e’tibarən qadın tayfasını həbsdə və pərdədə saxlamayın və onları tərbiyəsiz qoymayın. Onların haqqında zülm və cəfanı layiq görməyin. Bir nəfərdən artıq arvad almayın. Necə ki, mənim birdən artıq arvadım yoxdur. Bundan sonra hər kəs öz kiçik qızını, öz oğlu kimi oxumaq və yazmaqla məşqul etməzsə və hər kəs böyük və kiçik, varlı və yoxsul, kim olur olsun, birdən artıq arvad alarsa, mənim cəzama və şiddətimə müstəhəqq olacaqdır].
Sonra minbərdən aşağı endi, iftar etdi.
Xəlayiq hər il o günü eyd edib əsbabi-fərəh və sürurun tərtibinə mübaliğə etdilər. Şüərayi-İsmailiyyə Əla-Zikrihissəlamın mədhində qəsaidi-ğərra inşa elədilər.
O cümlədən bu [beş] beytdir:
[İranda protestantizm məzhəbi meydana çıxdığı günün sabahı Əla- Zikrihissəlam günortaya iki saat qalmış Dəyalimə padişahlarının nəslindən olan böyük xanımı Dürrətüttacın əlindən tutaraq, hərəmxanadan bayıra çıxdı və böyük xanım da öz həkim və açıq fikirli əri ilə Ələmövtün gəzinti yerlərini üzüaçıq gəzib hərəmxanaya qayıtdı. Hava xoş və müvafiq olan günlərdə Əla-Zikrihissəlam böyük xanımla bu cür gəzintini təkrar edirdi.
Ələmövtün ə’yan və əşrafı, bütün əhalisi qadın tayfasının azadlığında onu təqlid etdi. Bunlar da öz üzüaçıq arvadları ilə gəzinti üçün çölə çıxırdılar və onun hökmü altında olan hər yerdə bu adət yayıldı.
Rəvayət edildiyinə görə ətrafdakı müxtəlif müsəlman tayfalarından Əla-Zikrihissəlama dinsizlik və kafirlik isnad verirdilərsə də, lakin onlardan heç birinin ona fisqü fücur isnad verməyə və onu zalim və əziyyət verən saymağa haqqı yox idi, çünki Əla-Zikrihissəlam çox pak adam idi. Əsla şərab içməzdi, zina etməzdi və heç kəsin haqqında zülm və təcavüzü rəva görməzdi və qətiyyən insanları öldürməyə və adamlara əziyyət və əzab etməyə əmr verməzdi və işi daima xalqın rahatlıq və asayişinə sərf olunurdu. Məclisləri həkimlər, alimlər və fazil adamlardan ibarət olardı. Elmlərin rəvacına, adamların tərbiyəsinə mümkün qədər çalışardı. Bütün xalqa aydınlaşdırardı ki, elm və tərbiyə günahlardan təmiz və tərbiyə günahlardan təmiz olmaqla nəticələnir, nadanlıq və dindarlıq isə fisqü fücurun səbəbi, tamah və hərisliyi doğuran, zülm və təcavüz və təcavüz törədəndir. Bu kimi gözəl əxlaqın vasitəsi ilə özünü zamanın imamı və xalis adamlar dəstəsinin başçısı adlandırmağa haqqı var idi, necə də ki, adlandırdı...].
Afərin sənə ey Əla-Zikrihissəlam ki, tarixi-hicrinin müddətində bir sənin kimi ə’qəl və həkim və zifəzl və sahibi-himmət, sahibi-əzm padişah milləti-islam arasında peyda olmadı ki, bu millətin sivilizasyonuna bais olaydı və bu milləti həmaqətdən və cəhalətdən və bədbəxtlikdən azad edəydi.
Əgər millət sənin mətalibini anlasaydı, indi təvaifi-ingilis və Yengi Dünya sənə xuşəçin hesab olurdular. Zira ki, [sən elə bir əsrdə protestantizmi icad etdin ki, olar hələ inkivizasyon divanlarının atəşgahlarında yandırılırdılar. Yə’ni] olar müddəti-mədid səndən sonra
+
sən icad edən protestantizmi anlayıb revolyusiya etdilər və protestantizmi ixtiyar elədilər.
[Əla-Zikrihissəlamın həkimanə padişahlığından neçə il keçdi, Deyləm ölkəsinin bütün yerlərində protestantizm yayılaraq qəbul edildi. Onun təbəələri haqlarında olan yaxşı nəticələri gün-gündən hiss edirdilər].
Çifaidə nadan Səlcuqiyyələrin, ya Ali-Büveyhlərin təhriki ilə Əla-Zikrihissəlamı zövcəsinin qardaşı Həsən-Hamvər bir xəncər zərbəsi ilə məqtul etdi və milləti-islamın və bəxüsusihi milləti-İranın çı-
+
rağın keçirdi.
Əla-Zikrihissəlamın vəfatından sonra oğlu Məhəmməd dəxi atasının rəvişində rəftar edib bəqədri-məqdur atasının əqaidi-həkimanəsinin rəvacında sə’yi-bəliğ edərdi və o dəxi fövt olandan sonra oğlu Cəlaləddin Həsən gördü ki, millətdə müvafiqət yoxdur və hər tərəfdən nadan düşmənlər çoxlandı, xüləfayi-Bəni-Abbas və səlatini-digər kimi və taifeyi-İsmailiyyəyə mülahidə və zənadiqə isnadını verdilər və hər yerdən onların ədavətinə iqdam etdilər, naçar və labüddən genə məzhəbi-qədimə övd edib tazadan özünü və Rudbar və Qəhistan xalqını cahi-zülmətə saldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-ikinci-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarınaƏziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: