Страница 7 из 11 · 55%

Pəs bu surətdə Tehran ruznaməsində yazma və özünü təbl və nəqqarə ilə külli-miləli-cahan içində rüsvay etmə ki, Hindistanda bir bütpərəst arvadın məqtul ərini imam beiznillah diri etdi; çünki imamı fəryadına çağırmışdı və şiə məzhəbini qəbul etmişdi və demə ki, mucid Əmrin xahişi ilə onu məsafəti-həvadan fövqi-əflakə süud etdirdi. Ondan ötrü ki, ərzin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi Əmri həva məsafətindən fövqi-məqamə çıxmağa qoymaz və Əmr, həva məsafəsindən fövqi-məqamda tənəffüs edə bilməz; zira ki, xilafi-qanuni-xilqətdir. Əgər mucid öz qüdrəti ilə bir növ xilafi-qanunu rəva görsə, gərək ərzin qüvveyi-miqnatisiyyəsini, ya qüvveyi-cazibəsini səlb etsin və Əmrə həvadan fövq məqamda tənəffüs etməyə qüdrət versin.

Bu surətdə aləm fənaya gedər, qanuni-xilqət bilmərrə pozular, nə bilim ki, nə olar. Pəs demə ki, filan Əmr, filan xariqi-adəti və filan mö’cüzü, yə’ni filan qanuni-xilqətə müxalif əməli mücra etdi; zira ki, mahaldır və əgər indi bir Əmr bu əmrin imkanını peyğəmbərlik, ya imamlıq ismi ilə iddia etsə, bavər etmə. Əvamfəriblik və şarlatanlıq pəstahısıdır.

*Bəqeyr-əz-peyğəmbərani-ülüləzm və sahib-kitab rüsül və sahib-qanun rüsül, bizim peyğəmbər kimi və sair peyğəmbərlər kimi ki, əsrin təqazasına görə avamın sükutu və təxvifi və tətmii üçün naçar behişt və cəhənnəm xəyal edib və’də eləyiblər və mö’cüzatı mümkünatdan göstəriblər ki, bunun zimnində xalqın hüsni-halı üçün bir parə qəvanin qoymağa vəsiləyab olsunlar. İndi əsrin elə təqazası yoxdur. İndi peyğəmbərlərin vücudu lazım deyil.

İndi elm lazımdır və sivilizasyon lazımdır və yəqin bil ki, puç e’- tiqadat üstündə bağlanan məzhəb e’tibarlı bir şey deyil.

Ərəblərin qələbəsindən sonra İranda məzahibi-müxtəlifə peyda olubdur. İran əhli vaxt bir məzhəbə düşüblər. Aya, olar deyil idi ki, müddəti-mədid məna-birdə həzrət Əliyə səbb edərdilər? Aya, olar deyil idi ki, bir müddət hənəfi məzhəb, bir müddət şafei məzhəb, bir müddət ismaili məzhəb oldular? Aya, olar deyil idi ki, şeyx Əhməd Bəhreyninin rəhnumalığı ilə əliallahı məzhəbinə qərib və şirkə şəbih bir məzhəb tutdular? Aya, olar deyil idi ki, bu yaxın zamanda belə axnaşdılar ki, az qaldı küllən babi və tənasüxi məzhəb olalar və əql və hikmət üzrə bina tutmayan əqidənin nə e’tibarı var və onun səbatına nə e’timad bağlamaq olur?

Dini-islamın davamı o surətdə mümkündür ki, şüur ilə və mə’rifət ilə dinin künhünü anlayıb, sonra millət sair miləldən imtiyaz tapmaq üçün müsəlmanlıqda baqi qalasan və onun ə’mali-xəfiyyəsinə və rüsumi-zahiriyyəsinə və onun həqqünnas xüsusunda olan əhkamına bəqeyrəz qətli-nüfus və qət’i-ə’za və bəqeyrəz bə’zi təzyid və təğyir ki, o əhkamda lazımdır, tabe olub bilkülliyyə təkalifi-şaqqəsindən ki, hüququllah adlanır, özünü azad edəsən. Necə ki, İngilis və Yengi

+

Dünya və sair bir para Firəngistan təvaifi protestantdırlar. Yə’ni zahirən məsihi məzhəbdirlər, batinən əqlə tabedirlər və necə ki, Həsən ibn-Məhəmməd Büzürg Ümmid İsmaili ki, Əla-Zikrihissəlam ləqəbi

+

ilə məşhurdur – vəqta ki, məbadiyi-rüşdə yetişdi, həvəsi-təəllümiülum və əqavili-hükəma edib məsaili-əqli və nəqlidə bir alimi-mütəbəhhir və fazili-səraməd oldu və öz mə’lumatını qələmə gətirib təvabelərinə xatirnişan elədi. [Və İslamda protestantizm məzhəbini icad etdi]. Çün atası Məhəmməd Büzürg Ümmid bəğayət ami və bielm idi, oğlunun e’tiqadatından vəhşət edib xalqı cəm elədi və oğlunun əqaidinə inkar elədi.

*Əla-Zikrihissəlamın atasının oğlundan incimək səbəbini belə rəvayət edirlər: Nəcməddin Rudbari İsmailiyyə üləmasından bir fazilimümtaz və Ələmövtdə sakin olub tədrisə məşğul idi. Bir gün Əla- Zikrihissəlam ittifaq yolundan onun dərs məclisinə gəlib gördü ki, bu ayəni təfsir edir:

Təfsirin itmamından sonra Nəcməddin öz şagirdlərinə rücu edib dedi ki: bu güzariş dəlalət edir bizim peyğəmbərlərimizin kəmal təqərrübünə bari-təalanın hüzurunda və bizə bu səadəti-üzmanın şükrü ki, onun ümmətindən məhsubuq vacibdir.

Əla-Zikrihissəlam o məclisdə heç bir söz danışmadı. Sabahı gün bu təfsili bir vərəqəyə yazıb Nəcməddinin yanına göndərdi.

“Mövlana!

Dünən mən sizin dərs məclisinizdə hazır olub, o ayeyi-kərimənin təfsirini ki, edirdiniz, əvvəlindən axırınadək sima’ etdim. Bir para şübhələr ki, haman ayənin təfsirindən mənə hasil olubdur və bir gunə dəğdəğə ki, bu keyfiyyətdən xatirimə gəlibdir, sizə yazıb mə’lum edirəm.

Mənim xəyalımda Allahın cəlal və cəbərutundan çox uzaq görünür ki, öz Cəbrailini peyğəmbərinin yanına göndərə və tə’kid edə ki, o, hökmən Zeydin övrətini alsın, məhz dəf’i-şəhvəti-nəfsaniyyədən ötrü. Bavücudi ki, biçarə peyğəmbər bir para mülahizata görə onu almaqda səlah görmürdü. Necə ki, bu günədək bu güzarişin tə’nəsindən azad olmayıbdır və özü Zeydə deyirdi ki:

Məgər peyğəmbərin iyirmi iki nəfər övrəti və cariyəsi ona kifayət etmirdi və lazım idi ki, Zeydin övrətindən dəxi təməttö’ tapsın? Məgər Allahlıqda başqa işlər yox idi və laməhalə bu gunə ləğviyyata dəxi mültəfit olmaq lazım idi? Bərfərz ki, Zeyd qorxudan ya iradətdən və ya mal təməindən öz övrətinə təlaq verib onu almağını həzrəti-rəsula təklif etdi. Haradan mə’lumdur ki, övrəti Zeynəb peyğəmbərin zevciyyətinə razı idi? Təlaqda övrətin rizası şərt deyil, axir nikahda mənkuhənin rizası şərtdir. Sizin Allahınınz haçan və kimin təvəssütü ilə Zeynəbdən istirza hasil etdi ki, onu göydə peyğəmbərə təzvic edir? Bəlkə Zeynəb ki, cavan övrət idi, razı deyil idi ki, qoca kişiyə və iyirmi iki nəfər övrət və cariyə sahibinə mənkuhə olsun? [“Siyərünnəbi”də aşkar yazılıbdır ki, Zeynəb Zeyddən boşandıqdan sonra həzrəti-rəsula getməyə əvvəl heç vəch ilə razılıq vermirdi. Sonra elə ki,

ayəsi nazil oldu, təslim oldu. Mə’lumdur ki, Zeynəbin təslim olmaqdan başqa çarəsi yox idi]. Biz görürük ki, rütbeyi-nübüvvət rəşk və həsədi övrətlərin təbiətindən rəf edə bilmir. Hər gün Ayişə və peyğəmbərin sair övrətləri bir-birinə rəşk və həsəd etmək səbəbi ilə nə mərarətlər həzrəti-rəsula yetirirdilər; hətta olar bir dəfə peyğəmbərin azarında elə ifrat etdilər ki, həzrəti-rəsul bir ay sərasər onların hamısını tərk edib, olarla mülaqat etmədi, yə’ni Mariyeyi-Qibtiyyənin nağılında ki, peyğəmbər Ömərin qızı Həfəsənin şiddəti-qeyzini sındırmaq üçün naçar bu cariyəni özünə haram eləmişdi. Sonra genə Cəbrail ayağı araya gəldi:

ayəsini gətirdi və Mariyəni genə peyğəmbərə halal etdi. Xülasə, həzrəti-rəsulun övrətləri müttəsil ifsad edirdilər və nalayiq hərəkətləri ilə peyğəmbərin xatirini sındırırdılar. Məsələn: Ayişə gərdənbəndini itirmək kimi və bu bəhanə ilə bir gecə bir cavan ərəb ilə, Səfvan adlı, səhrada qalmaq kimi və bu misilli zadlar kimi və sizin Allahınızı məcbur edirdilər ki, onların ifsadının islahı üçün mükərrər Cəbrailini Mədinəyə mə’mur etsin və ayat göndərsin. Biçarə Cəbrailin qol-qanadı bu səlitələrin naməqbul hərəkətləri səbəbi ilə nüzul və ürucun kəsrətindən sınıb tökülmüşdü. Zəriflər doğru demişlər: hər kim peyğəmbər olsa, övrəti laməhalə gərək səlitə, ya asiyə olsun. Necə ki, Adəmin və Nuhun və Lutun və İbrahimin və Musanın övrətləri idilər.

Zeynəb bu macəranın hamısını görürdü və eşidirdi. Bişübhə təbiəti-bəşəriyyətin müqtəzasınca rizası yox idi ki, cavan ərdən uzaq olub qoca kişiyə mənkuhə olsun və özünü peyğəmbərin övrətlərinin o gunə acı zindənganlıqlarına mübtəla etsin. Amma sizin Allahınız onun rizasına əsla müqəyyəd olmayıb, göydə onu həzrəti-rəsula təzvic edir və Cəbrailini göndərib peyğəmbəri bu təzvicdən xəbərdar eləyir.

Bəli, bir surətdə ki, biz o qədər kövdənik ki, hər gunə ləğviyyatı əqlin mizanında çəkməmiş mühəssənatdan sanırıq və təfəkkürsüz olara e’tiqad edirik, sizin Allahınızın həqqi var ki, hər nə könlü istəsə desin və etsin.

Mövlana!

Məgər hələ vaxt olmuyubdur ki, qəflət yuxusundan oyanıb biləsiniz ki, əgər kainatda bir Allah var isə, bişək bu Allah deyil ki, bir nəfər Məhəmməd adlı ərəb üçün oğraşlıq mənsəbini qəbul edib ona buyura ki, xalqdan qorxma, al Zeydin övrətini və tap ondan təməttö’ mən dalında durmuşam, hər kəsin öhdəsindən gələrəm və hər kəsin cavabını verərəm. Bu növ əqidə bütpərəstlikdən bədtərdir. Kainatın mucidi bu gunə isnadlardan mübərradır və bu gunə isnadları ona vermək küfriməhzdir. O Allah ki, siz deyirsiniz, sizin xəyalınızın məsnui və məznuni Allahdır:

məzmunu bu eybi örtmək üçün nə böyük dəlildir. Əgər mö’minan öz oğulxandələrinin övrətlərini almasalar, nə fəsad mütəsəvvirdir? Bəlkə layiq budur ki, almasınlar. Məgər onlardan ötrü başqa övrətlər tapılmayacaqdır? Kimdir ki, öz oğulxandəsinin övrətini almağa möhtac olsun? Əgər vaqe’də mənzur bu idi ki, mö’minlər oğulxandələrinin övrətlərini boşanandan sonra ala bilsinlər, bir ayə nazil olurdu, bu icazəni ifadə edirdi. Dəxi nə lazım olmuşdu ki, peyğəmbər bu keyfiyyəti əməli ilə dəxi zühura gətirsin və özünü məlamət oxuna nişanə etsin? Şək yoxdur ki, peyğəmbər şəhvət rəf olandan sonra peşiman dəxi olubdur; çünki bu vaqiədən sonra hər tərəfdən xalq onun tə’nəsinə dil açdılar və müridlərin çoxunun e’tiqadına onun nübüvvəti sidqində şübhə düşdü və münafiqlər onun inkarında cür’ətli oldular və onu:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 мин
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 мин
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 мин
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 мин

Стихи других поэтов