Bu gün bir ayrı cür hava çalırsan,Bəs, o sən deyildin, o sən deyildin?Dünən özgə ruhda nəfəs alırdın,Bəs, o sən deyildin,o sən deyildin?

Nə yerə sığırdın,nə də ki, göyə,Bəs, o sən deyildin, o sən deyildin?Döyürdün döşünə azadıq deyə,-Əhsən, bu dövrana, əhsən-deyirdin…

bəs, o sən deyildin, o sən deyildin,əlində olmuşdu sözlər oyuncaq?Dünən btr böyüyə ləbbey deyirdin,Bu gün başqasına deyirsən ancaq…

Nəzərə gələrsən özünü gözlə,O zaman başqaydı, bu zaman başqa…O vaxt da üzdəydin, indi də üzdə,Dünəndə başdaydın, bu gün də başda…

Bu gün ayrı cürə hava çalırsan,Nə qədər sözünə toy tutacaqsan?..Sabah bir balaca dəyişsə dövranOnda bir ayrı cür züy tutacaqsan…

1992.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов