Содержание
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Страница 10 из 13 · 69%

Ərdəbil

Ərdəbil Azərbaycanın qədim paytaxtıdır. İslamdan əvvəl ölkəmizin mərkəzi burada imiş. Rəvayətə görə Ərdəbili Iran hökmdarı Firuz bina edərək “Bazane- Firuz” adlandırmışdı. Kitab Çələbi Keyxosrov Kayani binası olduğunu qeyd edir. Əbu Məsud deyir ki, Ərdəbil bin Ərmini bin Lənti bin Yunanə nisbət olunur.

Ərdəbil haqqındakı tarixi məlumatımızı bir neçə qismə ayıra bilərik. Bizə ən qədim xəbərləri Əl-Müqəddəsi öyrədir. Doqquz yüz il əvvəl Azərbaycanın paytaxtı möhkəm bir qələyə malik imiş. Qələnin arxasında təpə üzərində bir came var imiş. Evlərin əksəri palçıqdan yapma imiş. Və çoxlu balkonları var imiş. Ərdəbil hamamları məşhur idi, şəhərin natəmizliyi haqqında Əl-Müqəddəsi çox şikayət edir; hətta oranı dünyanın nəcasət mənbəi deyə adlandırır. Xalqının insangirizliyi, xəsisliyi, nəsihətə qulaq verməməzliyi ərəb coğrafiyununun nəzərini cəlb eləyir. Buranın alim və aqil adamdan məhrum olduğu əlavə olunur.

Hicrətin 617 sənəsi Ərdəbili ziyarət etmiş Yaqut Həməvi yazır: “Şəhərin içi və çölü gur sulu bir çay ilə sulanır. Bununla bərabər meyvə verən ağaclardan heç biri orada yetişməməkdədir. Şəhəri-məzkur ilə Bəhri-Xəzər arası iki günlük yoldur. Arada çox sıx bir meşə var. Bir təhlükə qarşısında qaldıqları zaman oraya iltica edərlər və təərrüzləri dəf üçün oraya sığınarlar. Orası adətən özlərini təhlükəyə qarşı himayə edəçək bir qələ müşabihsindədir.

Bu meşə (orman) dən ağaclar kəsib, bəzi əşya, sandıqlar, qablar, çanaqlar qayırarlar və şəhərdə çox sənətkarlar var ki, həmişə sənətlərini ikmal və islah edərlər.

Mən şəhəri-məzkurdan müfariqət elədikdən sonra tatarlar gələrək şəhəri məhv və təxrib etdilər. Əhalisi ilə tatar kafirləri arasında bir çox hərblər vüqua gəldi. Əhali şiddətlə müqabilə edərək onları iki dəfə ricətə məcbur elədilər. Fəqət tatarlar üçuncü dəfə olaraq gəldiyi zaman əhali pərişan və müqavimətdən aciz bir halda idi. Bunun üçün müdafiə edə bilmədilər. Tatarlar şəhəri zəbt edərək müsəlmanları dardəst, gördüklərini və bulduqlarını öldürdülər. Ancaq nəfəsini gizləyə bilənlər ölümdən qurtuldu. Şəhəri dəhşətli və bir daha məmur olmayacaq surətdə təxrib elədilər. Əlyövm yenə köhnə halına qayıtmışdır və tatarlar əlindədir.

Səfəvilərin sülaləsinin çəddi şeyx Səfiəddin İshəqq Ərdabildə dəfn olunub; Şeyxin zaviyəsi və qəbri gümüş qapılar və qızıl qəndillər ilə zinətlənibdir. Zaviyə dairəsi “bəst” sanılır, yəni canilər oraya iltica etdikdə şəxsləri məsun qalır.

Əbu Hamid Əndəlisi Ərdəbildə iki batmandan ağır, polad səsli bir qara daş görmüş, guya yağış qıtlığında bu daşı şəhərə gətirərmişlər. Onun sayəsində yağış yağarmış.

Xurafata inanan Övliya Çələbi bu daş haqqında uzun təfsilat verir: “Ərdəbildə Səbilin xariçində dəmirdən ağır, siyah müdəvvər, bir daş vardır. Təxminən üç qəntar gəlir. Müsəyqəl mücəlla bir daşdır. Sələf kahinləri bu daşın üzərinə ibranicə bir çox xəttlər yazmışlardır. Üzərinə bir adam surəti rəsm etmişlər ki, əllərini qoşade edib, səmaya tutar görülür. Ərdəbildə barani-rəhmətin nazil olmadığı vaxt əyani-kübar, siğar bu daşı yuvarlayaraq şəhərə gətirərlər. Əzəməti-xuda üç gün üç gecə baran nüzul edib, ab-rəhmət ilə məzare, qara, qəsəbat rəyyan olur. Sonra daşı yenə əski yerinə götürürlər, yağmur kəsilir. Əcibdir ki, bu daş şəhərə nə qədər yaxın gəlirsə, yağmur o qədər şiddətlənir. Ərdəbil əhalisi yağmurdan göz açamazlar. Daş yerindən qaldırılıb xarici- şəhrə götürülsə, xaricdə durduqca bəhireyi-Ərdəbil tuğyana gəlib, eli, vilayəti qərq etməyə başlar.

Bu daşın sabit olduğu məhəllədən qaldırıldığı vaxt yerində əzim, çarguşə bir qaya zühur edər ki, onun da üzərində ibrani, siryanicə bir

“Möcəmül-büldan”

çox yazılar həkk edilmişdir. O çargüşə daşın on iki dəliyi vardır. Hər dəlikdən birər peykar qaynamağa başlar. Məhud daş yerinə gəlmədikdə suların qaynamaları kəsilməz. Ərdəbil uləmasının bəziləri “bu daş həzrət Musanın təpə səhrasında əsası ilə on iki kərə vurub, on iki peykər axıtdığı daşdır, – deyirlər” haqqında: “Fədrab bi asakə-l-hacəra fənfəcərat minhu-snə aşəra aynən”ayətini zikr edərlər. Lakin Ərdəbil əhalisinin zəmincə buna əcəm şahlarının çəddi olub, guya qütbi – əkbər mərtəbəsinə varan şeyx Səfinin tilsimi imiş”.

Övliya Çələbi zamanı Ərdəbil xanlıq imiş və üç min əsgəri, darğası, kələntəri, müftisi, qazısı, şeyxül-islamı var imiş, bir zaman osmanlılar tərəfindən fəth edilib, mir-miranlığ olmuşdur, sonra başğa əllərə düşüb, qələsi təxrib edilmişdi. Sultan Murad Rabe zamanı Xosrov paşa bu tərəfləri qarət edərkən, Ərdəbil də dağılmışdı.

Ərdəbil övsafi nöqtələri ilə xalq ədəbiyyatına sirayət edib:

“Ərdəbil bir şəhərdir hürrə özü kili,

Ərdəbil pişiyi küftə görməmiş”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 мин
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 мин
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 мин
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 мин

Стихи других поэтов