Содержание
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Страница 5 из 13 · 31%

Şamaxı

Şirvan şəhərlərindən olub, Ənuşirəvan binası olduğu rəvayət olunur. Övliya Çələbi Yəzdigürd şahı ilk banisi ədd eləyir. Ərəb coğrafiyunları bu şəhərə çox əhəmiyyət vermirlər: başqaların içində gözəlliklərindən, bağ və bağçalarından, daş və kəc tikililərindən ötəri olaraq bəhs edirlər. Rəvayətə görə Zühureyi-Musa və çeşmeyi-heyvan burada imiş. Şamaxı haqqında Övliya Çələbinin məlumatı şayani diqqətdir: “Şəhərin isminə “Şam Əxidən təxfifən “Şamaxı” deyil-

Mənim “Azərbaycan ədəbiyyatına bir nəzər” ünvanlı kitabıma baxmalı. (Dər
Səadət, 1921).

miş, – deyənlər də var. Bu da guya buranın ilk sakinlərinin Şamdan gəlməsindən imiş. Qırx xanlıq, qırx səkkiz qazılıq olub, qırx nahiyəsi, yetmiş qələsi, min üç yüzə qədər də məmur kəndi var. Qədim və abadan ir şəhərdir. Süleyman xan vüzərasından Ülama paşa, fərman valise Piri paşa Süleyman xanın naməsi ilə bu Şirvan şəhərinə gəlmişlər, əyani bilmüşavirə qələ miftahlarını Piri Paşaya verərək osmanlılara muti və münqad olmuşlardır. Keyfiyyət Süleyman xana xəbər verilincə qələ idarəsini Piri Paşaya təfviz buyurmuşdur. Sonra Şah Təhmasib bu qələni yeddi ay mühasirə edərək içindəkiləri aman ilə təslim aldığı halda həp devirmiş və idarəsini də bəradəri Əlqas Mirzəyə vermişdir. Sonra Əlqas Mirzə üç sənə burada hökumət sürmüşsə də, bəradərinin övzai və ətvar kəndisini şübhə və can qurxusuna düşürdüyündən 954 sənəsində Şirvanı tərk edərək, bir gecədə aldığı ənba va hüdam ilə osmanlı diyarına üz çevirmiş. Qırx günə qədər Heyhat səhrasında yürüdükdən sonra Kufəyə gəlmiş, oradan da bir gəmiyə minərək DarülSəadətə gəlib fövqəladə iltifat görmüşdür.

Mirzə Əlqas İstambulda Pərto Paşa sarayında məks etmişdir. O əsnada Ədirnədə bulunan Süleyman xan böyük bir alay ilə İstanbula gəlmiş, dirnə qapısından girmiş, şahzadə Cameyi yanında Mirzə Əlqas dəxi bu alayı tamaşa eləmişdir. Kəndisinə iltifat edən cənab padşaha: “Ey güzideyi-Al-Osman: sən bu darat və əzəmətlə nəsli ol yurda əcəm şahı olacaq qardaşıma qarşı durmursan?” – deyərək əsgərin intizam və dəbdəbəsinə heyran qalmışdır. Sonra Süleyman xan Van və Azərbaycan səfərinə getdiyi vaxt bu Əlqas Mirzəyi dəxi bərabər götürmüşdür ki, tarixi 945 Təbrizdən Lala Mustafa Paşa Şirvan vilayəti üzərinə sərdari müəzzəm olub, Əlqas Mirzə dəxi əvvəlcə Şirvanda hökumət etdiyindən böyləsincə getmiş, Naxçıvan, Rəvan, Gəncə, Şirvanı bərabərcə təxrib etmişdir. Dönüşlərində Təhmasibin vəfatı xəbərini almışlardır.

Sonra qəleyi-Şamaxı dəxi muhasirə olunaraq yeddi gündə Şah Təhmasibin oğlu Ələndi Virə ilə alınmış və yenə təmir və tərmim edilərək içinə miqdari-kafi əsgər və mühimmat qoyulmuşdur. Əlqas Mirzə ilə də Şirvan əyaləti daxilində Mahmudabad xanlığı dirilmiş. Ürəyi yanğından Mirzə bir çox kərələr əcəmə salğın edib elini, vilayətini xərab eləmişdir. Sonra Şirvanda çox münaziələr çıxmışdır. Nəhayət, Sultan Murad Salis dövründə Özdəmirzadə Osman paşa Dəmir qapını və buranı aman ilə təslim alıb, qələsini təmir etmişdir. Sonra yenə əcəmlərin əlinə düşmüşsə də, qoca Fərhad paşa tərəfindən qurtarılmışdır. Nəhayət, yenə əcəm buraları istila elədiyindən Dəmirqapı paşası ilə Xəndan Ağazadələr xanədanı aman ilə çıxıb dəri-dövlətə gəlmişlərdir. O əsrdən bəri əcəm əlində olub, hala xanlıqdır. Qazısı, on iki hakimi var. Qələsi Kür nəhri sahilində və bir ali püştə uzərində olub, sənkin bina bir hüsni-həsindir. Hala iç qələsi müstəhkəm və məmurdur. Lakin aşağı qələsi cabeca rəxnədar olmuşdur. Düzdari, diz çökən ağası, minə qədər qələyi-nəfəratı vardır. Şəhər içində təxminən yeddi minə qədər torpaq örtülü məmurxanələri vardır. Hər öndən çay keçir. Bağ və bağçalarının həddü hesabı yoxdur. İyirmi altı məhəlləsi vardır. Meydan və Şaburan məhəlləri şəhərin qayət güzidə yerində olduqlarından qayət məsnu, evləri vardır. Yetmişə qədər mehrabı vardır. Div Əli Camei kari-qədimdir. Əski Şah Təhmasibin imiş. Lakin varouşəndəki camaət kəsirəli Cameyi-kəbir Şah Səfinin binasıdır. Binası şirindir. Hürrəmində şafei-hovuz və şadrəvanı vardır. Ətrafında tələbə hücrələri var. Fərhad paşa camei övqafi olmadığından qapıları məsduddur. Lakin tərzi-Rumda qayət gözəl camedir. Özdəmirzadə camei şimdiki halda mədrəsədir. İçində şəhərin müftisi dərs təqrir edər. Yeddi mədrəsəsi, bir imarəti-təlimi-Şah Xodabəndenəgədəd qırx ədəd məktəbi-sibyanı, yeddi ədəd həmmami – dilistanı vardır. Amma Şabudi həmmamının ab havası, lətafəti-mövqiyəsi cümləsindən gözəldir. Mütəəddid xəlvətləri, hovuz və fəvvarələri var. Meydan həmmamı, Qazax xan hammamı, Fərəc xan həmmamı qaladan dişarı olub, qala qürbündə Xosrov xan həmmamı dəxi məşhurlarındandır. Bunlardan başqa hər bağda dəxi birər həmmam və birər hovuzi-şafei bulunur. Qırx dördə qədər kargir karvansarayları vardır. Mehmandarları dünlü yaxşı canlardır. Hər kəs xanəsindəki odasını bilaqifl sədd edib çarşı və bazarda mətaini istədiyi kimi furuxt edər; xanədə mətaini hali üzrə buraxır, buna da nigahbanlar müqəyyəd olurlar. Şirvan diyarı bu dərəcə əmin-aman yerdir. İki yüzə qədər dükançası varsa da, kargiri-bedsətanı yoxdur. Lakin yenə ziqiymət mətalar həp bulunur. Qəhvəxanaları qayət müzəyyən olub kani-zərifadır.

Zəmini-məhsuldarında pirinç, pənbe, yeddi dürlü üzüm, abbasi və mələcə armudları, qarpız hüsulə gəlir, havası etidal üzrə səhldir. Zira şəhər iqlim-fasın nəhayətindədir. Dilbəri-məmduhi cahandır. Uləma və süləhası çoxdur”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 мин
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 мин
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 мин
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 мин

Стихи других поэтов