Содержание
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Страница 9 из 13 · 62%

Təbriz

Monqolcada adına Tivris, dəri dilində Tivriz, dehqanidə Tabriz deyirlər. Əsli isə fars dilindəki Təbrizdir ki, “qızdırma tökən” mənasında imiş. Rəvayətə görə Təbrizi Harun-əl-Rəşidin xatunu Zibeyda 175 hicridə bina etdirdi. Iki yüz qırx dörd tarixində zəlzələdən xarab oldu və Əbbasiyandan mütəvəkkil xəlifə onu təkrar yapdırdı. 334-də böyük bir zəlzələdən Təbriz yenə dağıldı. Qazı Rügnəddin Xoyi “Məcmueyi-ərbab-ül-Məmalik” adlı kitabında deyir ki, münəccim Əbu Tahir Şirazi Təbrizin müəyyən bir gecədə xarab olmasını xəbər vermişdi. Şəhərin hakimləri əvvəl gecə xalqı səhraya çıxardılar və münəccimin hökmü doğru olub, şəhərin əksər hissəsi zəlzələdən xərab oldu. 435 tarixində Təbriz hakimi Əmir Rəvadi Əbu Tahir Şirazinin ixtiyarı ilə şəhəri bina etdirdi.

Qədimdən Təbrizin barısı altı min qulac idi və on qapısı var idi, moğollar zamanı şəhər böyüməyə başladı və barının dişqarısında da evlər yapıldı. Qazan xan bu evlər xaricindən yeni bir divar çəkdirib, binaları, bağları Ləyankuh və Səncanı içəri aldı. Qazan xan hasarının dövrü iyirmi beş min qulac idi və altı yerdən darvazası var idi. Ucan, Şirvan, Sərdər, Duşam, Sərar, Dəvir, Təbrizin qərb cəhətində “Şam” nam yerdə Qazan xan bir şəhər bina etdi və orada özünə mədfən olmaq qəsdilə misalı Iranda olmayan bir gözəl imarət tikdirdi.

Təbrizin şərq tərəfində “Rəşid” və “Ləyan-kuh” adlı yerdə vəzir Səid xacə bir şəhər bina edib, adını “Rəşidi” qoydu. Bu şəhərdə bir çox gözəl və böyük imarətlər yapıldı. Vəzir Xacə Tacəddin Əli şah şəhərin qərb və cənub tərəfində “Niyar miyon” məhəlləsində əzim bir came bina etdi ki, səhni iki yüz əlli zira idi və eyvani- köhərindən böyük bir səfhəsi var idi. Osmanlı sultanı Murad xanın İran səfəri 1045, heyfa ki, Təbrizə böyük zərbə vurdu və o xariqüladə binalardan ancağ yıtğınlar qaldı.

Ərəb coğrafiyunu əl-Müqəddəsi zamanı Təbriz gözəlliyini mühafizə edirmiş. Əl-Müqəddəsi heyrət ilə deyir: “Təbriz! Təbrizin nə olduğunu sənə kim öyrətdi? Müəzzəmül Kimyanın xalis altunudur... Gözəlliklərinin intəhası yoxdur”. Təbrizin ətraflı təsvirini yalnız Övliya Çələbidən öyrənə bilərik. Ondan əvvəl, yəni hicrətin səkkizinci əsrində Təbrizi ərəb səyyahı İbn-Bətutə ziyarət eləmişdir. Heyfa ki, bir gecədən artıq qala bilməmiş. İbn-Bətutə belə nəql eləyir: “On gün sonra Təbrizə vasil və xaricində Şam deyilən mövqeyə nüzul etdik. Orada İraq padşahı Qazanın qəbri vardır. Qürbündə gözəl bir mədrəsə ilə bir zaviyə bulunur. Zaviyədə ayəndə və rəvəndəyə təam olaraq əkmək, ət, yağ ilə mətbux birinc və həlviyyat verilir.

Əmir məni mahali-bəidəyə abəfşan olan ənharü pərşağu bərgiəşcar miyanində gülən bu zaviyəyə mehman elədi. Ertəsi günü “BabiBağdad” deyilən qapıdan bələdəyə daxil və Sovqi-Qazan namı ilə məşhur, əzim bir çarşıya vasil oldum. Bu çarşı biladi cahanda məşhudəm olan çarşıların ən gözəlidir. Orada hər sənətin məhəll olaraq biri digər ilə ixtilat etməz. Guyumçu çarşısından keçərkən görmüş olduğum ənvayi-cəvahir gözümü qamaşdırdı. Mücövhərat, əlbiseyi-fatireyi- libas bulənmiş və belinə ipək qurşaq bağlamış gözəl üzlü müluklar əlində idi. Bunlar ticarət evində duraraq cəvahiri türk nisvanına ərz edər və qadınlar cəvahirdən bir çox iştira ilə bu xüsusda bir-birinə rəqabət elərlər idi. Bunu cənab həqqdən isteazəyə şayan bir fitnə ədd edirəm. Ənbəri-müşk çarşısına daxildə dəxi o halın eynini və bəlkə, özünü müşahidə elədik. Bədə Cilan kamı ilə məruf vəziri-aliyişahın inşakərdəsi olan cameyə vardıq. Xaricində qibləyə təvəccöh edən kimsənin sağında mədrəsə və solunda zaviyə bulunur. Camein səhni

“Cahannüma”, səh. 370-371

mərmər ilə, divarları qaşani deyilən Zəlicə müşabih çini ilə məfruşdur. Ortasından su keçər. Orada ənvayi-əşğar ilə üzüm götükləri və yasmin ağacı mövcuddur. Bu camein səhnində hər gün səlahi-əsrdən sonra sureyi-yəs və sureyi-fəth və sureyiəm qiraəti mötaddır. Bələdə əhalisi bunun üçün orada toplanır.

Övliya Çələbi zamanı Təbriz xanlıq olub, on min əsgərə malik idi. Müftisi, şeyxül sadası, mollası, kələntəri, münşisi, darğası, qorucu başı, diz çökən ağası, çikyeyən ağası, yasovul ağası, eşik ağası, mehmandarları var idi.

Övliyaya görə Təbrizdə üç yüz iyirmi came, qırx yeddi böyük mədrəsə, yeddiyə qədər darül-hədis, altı yüzə qədər çocuqlar üçün darültəlim, yüz altmışa qədər dərviş təkyələri, altı ədəd çeşmeyi-rəvanı, min qırx səbilxanə, min altmışa qədər məhəllə, iki yüzə qədər karvansaraylar, hamamlar və bir çox başqa binalar var imiş.

Təbriz camelərinin övsafı şayani-diqqətdir. Ən qədimi Zibeydə xatun cameidir ki, qübbəsi və divarları kaşi minadan imiş. Mütəvəkkil Əliülla camei də qədim tərzdə kaşı çini ilə inşa olunmuşdur. Sultan şami-Qazan və şahi-İrani-zəmin şah Əmin cameləri də gözəl binalardan imiş. Şah Əmin camei bir minarəli, ziba hörməli, kaşı çini ilə arəste, ovcesər çəkmiş qübbələrlə pirastə, cümlə dər-divarı, bəyaz, məsiqli məhla xətai kağız ilədir. Əbyəz misal qələnmiş bir camei-zibadır ki, içinə girənin çıxacağı gəlməz İranda bu imarətə “Həşt behişt” deyirmişlər.

Sultan Həsən camei Azərbaycan padşahlarından uzun Həsənin binasıdır. Əndərun və birunun dörd çevrəsi, qübbələri cümlə kastiyi-çin ilə bina olunmuşdur. Mehrab və mənbəri, müəzzinan məhfilli xırdakarlıq sənətinin bir nümuneyi-bibədəli olub, kimsə bərdəstərəsini qabil deyildir. Dörd tərəfində olan rovzənləri sənəti-həddadi üzrə olub, nəçəf daşları ilə sərapa təzyin və müşəşə qələnmişdir. Qəbalə qapısının cəvanib ərbəəsində olan qunaqun zihlər müqərnəs və eslimilər, kitabə və türüncələr kirişmə münəqqəş rumilərin hər biri səhər mübin mərtəbəsinə varmış, ustadi-qələmkar bu xüsuslarda yəd-tulasını köstərmişdir. Mehrabının iki tərəfində iki mövzun əsfərallun səngi parə vardır ki, hər biri bir Iran və Turan xəraci dəyər guya göhərbardır. Bu sütunların nəziri sair diyarlarda yoxdur.

“Səyahətnameyi-Ibn Bətutə”. Tərcüməsi, cildi əvvəl, səh. 253-254.
“Övliya Çələbinin səyahətnaməsi”, cild 2, səh. 249.

Əlyövm Təbriz əvvəlki gözəlliyini qayib edibsə də, xalq nəzərində əzəmətli bir mövqei vardır. Məruf məsələ görə “Aləm ilə Əcəm Təbrizə həsəd aparır, Təbriz də Parijə”.

Hal-hazırda Təbriz İran Azərbaycanının paytaxtıdır. İran vəliəhdləri təxticülusdan əvvəl Təbrizdə iqamət edərlər. Təbriz Irana yenilik bəxş edən bir şəhərdir. Iran inqilabı buradan başladı və mürtəce Tehrana qələbə çaldı.

Təbriz bir çox alim və fazillərin vətənidir. Son zamanlar Təbriz milli hərəkat mərkəzi oldu. Cənubi Azərbaycanın müstəqil yaşamasını təmin etmək üçün bir hökumət belə təşkil etdi. Milli hökumət “Azadıstan” namilə mərufdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 мин
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 мин
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 мин
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 мин

Стихи других поэтов