Содержание
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Страница 13 из 13 · 92%

Yun və xalı

Məmləkətimizin yunu da böyük bir zənginlik təşkil edir. Buradakı yunun sənəvi miqdarını təyin etməyə əlimizdə sağlam rəqəmlərimiz yoxdur. Lakin yarım milyon putdan aşağı gərək olmasın. Bu miqdarın az bir hissəsi ölkədən ixrac olunur. Qalanı isə məhəlində işlənir: xalılar, keçələr, şallar, çuvallar, xurcunlar... həp bu kimi şeylər toxunur. Azərbaycan ehtiyacını dəf etdikdən sonra, xalılar əcnəbi məmləkətlərinə də göndərilir.

Azərbaycan xalılarının gözəlliyi min sənə əvvəl müvərrix Təbərinin nəzərini özünə cəlb eləmişdir. O vaxt Dərbənd ilə Bakı arasının xalıları aləmşümul imiş. Əlan Quba, Qazax, Bakı, Qarabağ xalıları mərufdur. Lakin get-gedə nəbati boyalar dəbdən düşür və əvəzində ucuz şimik “cövhərlər” işlənir. “Cövhər” solğun olduğundan, heyfa ki, xalılarımızın qiymətini alçaldır. Nəbati rənglər işlənən yerlərin xalıları birinciliyini qaib etməmiş. Məsələn, Quba malları. Bir zaman Qarabağ xalıları xas boyaları və əlvan rəsmləri ilə ümumin rəğbətini qazanmışdı. Hər yerdən əvvəl Avropa bazarları ilə təmasda bulunan

Qarabağ, hər yerdən də əvvəl Avropanın ucuz və solğun “cövhər”ini qəbul etdi. Təbiidir ki, xalılar da gözəlliyini itirdi.

Qubadan sonra Qazax civarının xalıları məşhurdur. Azərbaycandan ixrac olunan malların içində xalı da birincilik təşkil eləyir.

Balıq və kürü

Azərbaycanın şərq cəhətini təşkil edən Bakı dənizi ən zəngin balıq mənbələrindən biridir. Balıq ovu burada getdikcə də tərəqqi etmədədir. Məsələn, 1899-cu tarixdə Azərbaycan sahilində 158 min yalnız qırmızı balıq ovlanmışdı. 1912-ci ilin rəqəmləri isə başqadır: çeşid balıqların sayı təqribən 280 minə çıxmış. Eyni sənədə kürü (xaviyar) istehsalı 32 min put olmuşdu.

Hamiş

Risaləmiz təbdə ikən Bakıda yeni basılan “Azərbaycan” ünvanlı kitabı aldım. “Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”dan ibarət bu əsər qiymətli cavanlarımızdan Məhəmməd Həsən Vəlili (Baharlı) tərəfindən yazılıb. Azərbaycana dair, ələlxüsus milli sərvətimiz haqqında ətraflı məlumat verən bu dəyərli əsəri hər bir azəriyə oxumaq və evində bulundurmağı tövsiyə edirəm.

Son zaman azəri cavanları əziz ölkəmizi öyrənmək və öyrətmək yolunda böyük hümmətdə bulunurlar. Milli hərəkatın inkişafı üçün ən əvvəl özümüzü tapmalıyıq. Bunun üçün də keçmişimizi addım-addım

Möhtərəm Məhəmməd Əmin Rəsulzadə qardaşımızın Azərbaycan tarixini yazdığını iftixar ilə
eşidirik. Başqa bir cavanımızın mətbuatımız tarixi vücuda gətirdiyini də duyduq – müvəffəqiyyətlər
dilərəm.

tədqiq edib, məmləkətimizin maddi və mənəvi məhsullarını meydana çıxarmalıyıq. Bu gün nefti ilə, aləmşümul olan Azərbaycan min sənə əvvəl məbədləri ilə şərqin böyük qibləsi idi. Yeni nəsilləri qədim məbədlərimizə doğru götürüb, onun qüvvəti ilə təkrar yüksəlməli və mənəviyyatımızı yenə aləmşümul etməli.

Y.V

Başlıca məxəzlərim

  1. Övliya Çələbi “Səyahətnamə”si.

  2. IX və X əsr miladi ərəb coğrafiyunlarının Qafqasiya, Ermənistan və Azərbaycan haqqındakı məlumatları (Əl-Müqəddəs, İbn Hövqəl və Məsudidən tərcümə) – Qaravalov. Tiflis. 1907.

  3. “Cahannüma”. Katib Çələbi.

  4. “Möcəmül-büldan”. Yaqut Həməvi,

  5. “Təqvimül-büldan”. Əbül Fida.

  6. “Səyahətnameyi-Ibn-Bətutə” Məhəmməd Şərif tərcüməsi.

  7. “Avropa və Rusiyada Şərqin tətəbbö tarixi”. Bartold.

  8. “Gülüstani-Irəm”. Abbasqulu ağa “Qüdsi”.

  9. “Tarixi-Təbəri”.

  10. “Dərbəndnamə”.

  11. “Türk tarixi”. Nəcib Asim.

  12. “Osmanlı tarixi”. Nəcib Asim, Məhəmməd Arif.

  13. Əhməd Cövdət. “Tarix”

  14. Neftçilər qurultayı şurasının kitabları. Iki cild. Bakı, 1916.

  15. “Vesğ Kafkaz”. 1916.

  16. “Qafqaz kalendarı”. 1914.

  17. “Qamusül-elam” və başqaları.

Azərbaycanın son istiqlal dövrünə dair bir çox övraq, məsələn, iki sənəlik rusca “Azərbaycan”
qəzeti kolleksiyonu, “Azərbaycan” cümhuriyyəti hökümətinin əkbari”, milli iqtisadımıza dair kitablar
və məcmuələr: Qafqasiyada erməni-müsəlman vuruşmalarını təsvir edən vəsiqələr və sairə – mühafizə
edilmək üçün Istambulda Süleymaniyyə nəzdində Qatanov kitabxanasına tərəfimizdən təslim verildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 мин
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 мин
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 мин
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 мин

Стихи других поэтов