Tarixi, coğrafi və iqtisadi Azərbaycan
Содержание
Страница 6 из 13 · 38%
Şəki (nuxa)
Övliya Çələbinin rəvayətinə görə Şəkini Gürcüstanın Şuşalə məliklərindən Aleksandr bina edib. Ərəb coğrafiyunları “Şəki”, “Cahannüma”, isə “Nəxud” deyə şəhəri təsmiyə edirlər.
Övliyanın rəvayəti belədir: “Aleksandr bina etmiş, andən Tağestan bəyinin zir idarəsinə keçmişdir. Sonra əcəmlərə keçmişsə də, Murad xan Salisin vəziri Lala Qara Mustafa paşa fəth edərək Lavənd xan oğlu Irkelad bəyə ehsan eləmişdir. Sonra Mustafa xanın cülusunda əcəmlərin əlinə düşmüşdür. Hala sultanlıqdır. Min miqdari əsgərə malikdir. Şirvan əyalətində bir puştə üzərində səngin bina bir qəleyirənadır.
Gəncə və Şirvan qapıları namilə iki qapısı var. Üç min xanə, yeddi mehrab çamei vardır. Çarşi içində Mirzə Əli bəy camei, qələdə Lağum oğlu Əhməd bəy və Murad xan Salis cameləri məşhurdurlar.
Xan və hamamı, sovqi-müxtəsəri var. Bağ və bağçalarında nəzirsiz ipək hüsulə gəlir”.
Şəki xanlığı ilk dəfə olaraq ruslar tərəfindən ikinci Yekaterina zamanında istila olundu. Birinci Pavel rus əsgərini Şəki və başqa xanlıqlardan geri çəkdi. Lakin on doqquzuncu əsrin əvvəllərində təkrar general Sisyanov tərəfindən zəbt olundu.
Şəki böyük yazıçımız Mirzə Fətəli Axundovun vətənidir.
Gəncə
Gəncə Aran əyalətinin paytaxtı idi. İsgəndər Rumi tərəfindən bina olunduğu rəvayət olunur. Qubad bin Firuz zamanları böyük bir şəhər imiş. Ərəb coğrafiyunları nədənsə əsərlərində bu şəhərə əhəmiyyət verməmişlər; “Cənze” deyə yalnız adını deyib keçirlər.
Gəncənin üç yüz sənə əvvəlki halını Övliya Çələbi belə təsvir eləyir: “Hala əcəm elində şəhri-müəzzəmdir. Amma qələsini şah hədəm etdirmiş. Altı min xanəli bağ və bağça came, xan, imarət və həmmam və bədestan, məmur çarşılı bir şəhərdir. Şəhər bağlı bağçalı bir səhrada vaqe olub, qibləsi tağlardır. Üzəri sərapa bağlardır ki, Gəncənin tut ipəyi hər tərəfdə məşhurdur. Dörd çevrə səhraları, yeddi nahi-
Mənim “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı kitabıma baxmalı.
yəlik göydür. Pambıq, birinc, hərir ilə kar edirlər. Gəncənin at nəli, dəmiri də ipəyi kimi məşhurdur. Bu şəhər-xanlıqdır. Üç min nökərə malikdir. Münişsi, kələntəri, darğası, qazi və hakimləri vardır.”
Üç əsr əvvəl şərq şəhərləri arasında Gəncənin mövqeyini şair belə təsvir eləyir:
“Çənd şəhr əst əndər İran mortəfe” təraz həme,
Behtər o sazənde təraz xoşi abu həva
Gəncə pur gənc dər Aran, Sefahan dər Iraq,
Dər Xorasan Mərv-o digər Tus-o dər Rum Ağsəfa”.
Gəncənin avadanlığı yolunda vaxtilə şah Abbas çox çalışmışdı. “Şah Abbas məscidi” əlyövm Gəncənin şərəfli binalarından biridir. On səkkizinci əsrin əvvəllərində osmanlılar Gəncəni gürcülər əlindən qurtardılar. Otuz illik osmanlı idarəsi Nadir şahın Qafqaz səfəri ilə bitdi. 1735-dən 19-cu əsrin əvvəllərinə qədər Gəncə gah İrana tabe, gah da hürr bir xanlıq olur. Gəncənin ruslar tərəfindən birinci işğalı 1796-da vaqe olmuş. Lakin bir az sonra tərk etməyə məcbur olmuşlar. İkinci istila (1804) general Sisyanovun hücumu nəticəsində olub. Bu davada
Gəncə hökmranı Cavad xan qəhramananə bir müdafiədən sonra şəhid olunmuşdu.
Gülüstan müahidənaməsi mücibincə Gəncə xanlığı paytaxtı ilə bərabər Rusiyaya ilhaq olundu.
Gəncə əhalisi qədimdən bəri hüriyyətlərini müdafiə və mühafizə etməklə məşhurdurlar. Gürcü istilaçuyanə hərəkətinə qarşı köks gərib, mərdanə davalarda rəşadət göstərən Gəncə vaxtilə Çingiz xanın da nəzərini özünə cəlb etmişdi.
Çingiz ordusu Qafqasiyanı tarmar edərkən Gəncəyə toxunmadı: mərdanə və qoçaq xalqa riayət onların adətindən imiş.
Gəncə milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycan istiqlalı yolunda böyük rol oynayan fəalların əksəri Gəncədəndir. Gəncə Şeyx Nizaminin vətənidir. Türbəsi də oradadır.
”Mənazirül-Əvalem”. Məhəmməd bin Ömər bin Bayəzidəl-şəhr bileşq. Sənə
1005 (hicri).
Bərdə
İbn-Hövqəl Bərdəni “Ümmül-Aran” deyə adlandırır. İsgəndərin binası olub və Qubad ibn Firuz təmir etdiyi rəvayət olunur. “Cahannüma” nın qövlüncə hicrətin 39-cu sənəsi islamlar tərəfindən bina olundu.
Əl-Müqəddəsinin rəvayətinə görə şəhər dörd guşəli imiş. İbn Hövqəl Bərdənin uzunluğunu 1 fərsəng hesab eləyir. Eni isə bundan bir az gödək imiş.
Min sənə əvvəl Bərdə bağlı, baxçalı gözəl bir şəhər idi. Bir çox hamamlar, karvansaraylar, bazarlar şəhəri zinyətləndirirdi. Bazarın arxasında böyük bir cami var imiş. Bu camein sütunları kərpic və gəcdən, bəziləri də taxtadan idi. Evlər əksərən kərpicdən imiş. Şəhər darvazalarından birinin adı “Kürd qapısı” deyə məruf idi. Bunun yanında “Kurku” adlı bazar olurmuş. Buraya şəhərdən və ətrafdan həftədə bir dəfə bir çox xalq toplanardı. Bu gün bazar gününə təsadüf edərdi. Mətalarından ipək çarşaflar, qaytan və xalıları məşhur imiş. Bərdənin fındıq məhsulu bol olurmuş. Bərdə gözəl və zəngin bir şəhər olduğu üçün rus şaykalarının hücumuna bais olurmuş. Ruslar hicrətin üçüncü əsrindən sonra bir neçə dəfə Bakı dənizi vasitəsilə bütün Azərbaycan sahilini yəğma etmişlər. O hücumlarda Bərdə də dəfələrlə xərab olunmuş.
Bərdə ədəbiyyatımızda böyük mövqe qazanmışdır. Şeyx Nizami “İsgəndərnamə”sində bu şəhəri mərkəz ittixaz edir. Poemanın qəhrəmanı İsgəndər Bərdə hökmdarı Xoş Abəyə eşq yetirib, onun yolunda ruslar ilə müharibə edir.
“Zakir” Bərdənin keçmiş təntənəsini bir şerində gözəlcə xatırlayır.
O viladə bir mehriban görmədim,
Gəlmişəm indi də mehriban gəzəm.
Seyr eləyəm tamam Tərtərbasanı,
Varmı aşiqinə can qıyan, gəzəm.
Tülək-tərlan ovlağıdı bu yerlər,
Bərdə torpağına eləyim güzər,
Görüm qalıbdırmı Şirindən əsər,
Baxam hər tərəfə nigaran gəzəm. Xosrovi-Pərvizin şanu şövkətin
Fərhadın ələmü qəmü möhnətin,
Şapurun çəkdiyi nəqşi surətin,
Arayib-axtarıb hər zaman gəzəm.
Dolanıb sərasər çarsu bazarı,
Gətirəm nəzərə səmti-minarı,
Görsə xəbər alam bülbüli-zarı.
Necoldu ol güli-gülüstan, gəzəm.
Deyəm hanı bunda gəzən gözəllər?
Teyhulu meşələr, sonalı göllər?
Çayın kənarında tikilən ellər?
Yoxdur heç birindən bir nişan, gəzəm.
Ol baş-başa verən sərvi-rənalar,
Hər guşədən gələn sövtü-sədalar,
Zərrim piyalələr, meyi-səhbalar,
Kərdişi-badeyi-ərğəvan gəzəm.
Adətü qanunun o diyarın mən
Görmüşəm, yazıblar xeyli mustəhsən; Bayram gecələri ta ki sübhətən
Neçə həmdəm ilə çırağan gəzəm.
Əmirzadələr yeyib naharı,
Yenə çapırşırmı Xənəgə sarı
Boynu qəlladəli səgi-şikari
Gəmişirmi seydə suvaran gəzəm.
Bundan əzəlki tək o viranədə
Güşti tutulurmu asitənədə?
Çillədə əsərmiş, şütürxanədə
Qızmış dəvələri görüb yan gəzəm.
Aşiqə söylərmi qasid ənqərib,
Qəm yemə dilrüba sənədir nəsib.
Zimistan qeydindən çıxan əndəlib
Axtarırmı tazə aşiyan, gəzəm. Cəvhir füruşlar satarmı gövhər?
Xublar yaraşığı görərmi zərgər?
Karvansaralarda tacir, qələndər
Necə keçər şami – qəriban, gəzəm.
Gecə-gündüz daim bangi-cərəsdən
Qulaq tutulurmu sədayi-səsdən?
Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzəm.
Sayeyi-sərvdə məcməi-xuban,
Yenə əyləşirmi xoşdilü xəndan?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinə qan, gəzəm.
Nazəninlər ta tüluyi-afitab
Oturub gecələr çəkərmi gülab?
Çeşmi-aşiq kimi fəvvarədən ab
Tökülürmü hövzə nümayan, gəzəm.
Müzəyyən məhlələr, münəqqəş evlər Mütriblər içində həng həvasulər
Toylarda çiğrışırmı bədövlər,
Çəkirmi şeyheyi firavan, gəzəm.
Həmamlarda məsrəf olan aqçanı,
Pozğun otaqları, uçuq taqçanı,
Yıxılan tağları, viran baxçanı
Xatirimə salıb pərişan gəzəm.
Təblü ələm sahibləri xanlara,
Darğanişinlərə, pasibanlara,
Ol səri sevdalı növçavanlara
Yaxa yırtıb, çaki-giriban gəzəm.
Qibleyi-hacətə yıxıb özümü,
İmamzadəyə sürtəm üzümü,
Xak olan tənlərə tikib gözümü,
Olam sağlığıma peşiman, gəzəm.
Hərgiz bu cahana yoxdur etibar,
Səfası bir isə, yüz cəfası var,
Baş götürüb gedəm diyarbədiyar,
Eləyəm aləmi imtahan, gəzəm.
Bülbüli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri.
Mən Zakirəm, onu görəndən bəri
Gərək cünun olub, biyaban gəzəm.
Hal-hazırda Bərdə kiçik bir qəsəbədir. “İmamzadə” ismində ziyarətgahı var. Qədim binalardan yıxınlar durur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-tarixi-cografi-ve-iqtisadi-azerbaycan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
ŞairEvə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?