Страница 1 из 2

Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı...

Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə əkssədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. “Qapı-qapı” – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...

Qapıya söylənə-söylənə bir qadın gəldi. Açdı. Səndələyərək içəri soxulan kölgəni gördükdə:

– Allahın bir ucuz ölümü yoxdur ki, ölüm qurtarım, – deyə şikayətləndi.

Qadın qapını bağlayıb, xırda həyətlə deyinə-deyinə geri döndükdə qulağına bir tappıltı gəldi.

– Bu oğul olmadı, dərdi-sər oldu, – deyə özünü otaq qapısına yetirdi.

Oğlu ilişib yıxılmışdı. Qadın onun qolundan yapışaraq:

– iftadə, – dedi, – bir dibli mənim də, balalarının da başını kəs qurtar. Belə biabırçılıq olmaz. İçməyin də bir təhəri var. Hər gecə kefli, balalarıyın ruzusu araqda...

Qadın hirsindən ağladı və göz yaşı axıdaraq iftadəni sürüyüb otağa saldı. Xırda neft lampasının xodu aşağı çəkilmişdi. Döşəmənin üstündə kirli bir yorğan altında üç uşaq büzüşüb yatmışdı. Pəncərədə bir-iki qab, bir xırda bişmiş maşını var idi. Küncdə bir vedrə, onun yanında xırda bir döşək salınmış, baş tərəfinə də kirli bir boğça qoyulmuşdu... Otağın bütün təfrişatı bundan ibarət idi...

Qadın uşaqların yanına uzanarkən hələ də söylənirdi:

– Arvadın yaxşı elədi, qaçıb canını qurtardı... Belə olsa mən niyə qalım... Canım cəhənnəm!..

Arvad döşəmənin üzərində paltarını çıxarmadan sərilən oğluna hiddətlə baxıb ağladı... Gözlərinə yuxu gəlmirdi, həp oğlunun dərdini, ailənin dağılmasını, çocuqların ac qalmasını düşünürdü... Gecə keçir, yorğan altında ayaqları bir-birinə dolaşan çocuqlar inildəyərək çevrikirlər. iftadə xoruldayır və bu xorultu gecənin sükutunda arvadın qulağına çataraq əcaib sədalar doğururdu... Sanki tənha bir küçədə kimsəsiz, yetim bir çocuğu boğurdular, iniltisi ətrafa yayılaraq qeyb olur, əvəzində başqa bir fəğan doğurdu... Ana qəlbi sızlayaraq göz yaşları saçırdı... Çocuqlar yenə bir-birinə toxunaraq çevrikir, inildəyir, İftadə yenə xorultusu ilə qadının yuxusunu zəhərləyirdi.

iftadə səhər tezdən oyandı. Başında bir ağırlıq duydu. Gözlərini ovcalayaraq bir yorğan altında yerləşən çocuqları və öz anasını süzdü: çocuqlardan birisi yataqdan sürüşüb, döşəmənin üzərinə düşmüşdü, o birisinin ayaqları yorğanın dışarısında qalmışdı... Çəlimsiz, bənizləri qaçıq çocuqlar ona ölü kimi göründülər. Onda bir əzab hissi oyandı, bir anlığa ürəyini sızladıb, yox oldu... Susuzluğu var idi.

“Bir stəkan pivə olaydı”, – deyə başından keçirdi, Nəşəsi alovlandı. Boğazının qurumasını hiss etdi. Pivə nəşəsi daha da artdı. Yerindən sıçrayıb qalxdı.

Bir dəqiqə sonra küçədə idi. Dalğın bir halda ciblərini yoxlayır, tənbəl-tənbəl yürüyür, təkrar yoxlayırdı. Pul və papirosun olmamasına inana bilmirdi.

Bir uzaq tanışına rast gəldi. Gülümsünərək ona yanaşdı. Əvvəl bir söz demədi, əllərini bir-birinə sürtdü, tabe bir hal aldı. Sonra ansızın:

– iki manat pulun varmı, mənə verəsən? – dedi və gülümsünməsində davam etdi.

Tanış cavab vermədən əlini qoltuq cibinə uzatdı, yan tərəfə baxaraq bir üçlük çıxardı. iftadənin əlləri qeyri-şüuri bir halda yuxarı qalxıb üçlüyü qapdı. Özünü böyük bir sevinclə pivə klubəsinə yetirdi. Pivə stəkana süzülüb köpükləndikcə ürəyi yarpaq kimi əsirdi. Titrək əli ilə stəkanı başına çəkib bitirdi, dodaqlarına ilişmiş köpüyü zövqlə əmdi. İndi papiros nəşəsi ona rahatlıq vermirdi. Lakin papiros tapmaq içki qədər çətin deyil idi. Oradakılardan birinə yönələrək aldı. Tüstünü acgözlüklə udaraq, yoluna davam etdi.

İftadə mətbəə əməkçisi idi. Təshihə baxar və arabir şer də yazardı.
Vaxtilə gənc şairlər arasında müəyyən bir mövqeyi də vardı. Lakin get-getdə içkiyə alışaraq düşür və ədəbiyyat sahəsindən uzaqlaşırdı. Bir aralıq belə tamamilə unuduldu. Yazıçılar qurultayı ərəfəsində əski və yeni yazıçılar aranılıb yoxlanırkən İftadə də yada düşdü. Bir axşam İftadə evə erkən dönmüşdü. O, xəstələnmiş kiçik çocuğunun yatağı yanında oturub fikrə dalmışdı. Çocuq qızdırma içində yanırdı. Hərdən gözlərini açıb, atasının üzünə baxır, sanki “Anamı istəyirəm”, – deyə onu töhmətləndirirdi. İftadənin anası yenə deyinirdi:

– İşıq pulu vermədik, kəsdilər, evdə dişə dəyər bir şey yoxdur... Amma arağa pul tapılır... Uşaq azarlı, özü ac, indi ona nə verim?.. Kaş Allah məni öldürəydi, bu günləri görməyəydim... Qadın bu sözlərdən sonra adəta ağlar və gözlərini yaylığının ucu ilə silərdi. Bu dəfə başını divara söykəyib, gözlərini yumdu, yaş damlaları rəngsiz yanaqları aşağı axmağa başladı.

Qapı tıqqıldadı. Otağa saç və bığları ağarmış bir adam girdi. Kefli olduğu süstlüyündən bəlli idi. Mehriban bir səslə salam verdi, qadının və çocuqların kefini sordu. Qadın gözlərini açıb təkrar yumdu və aldığı vəziyyəti heç də dəyişmədi, bəlkə bir az da darıldığını göstərdi.

İftadə tələsməyərək ayağa qalxıb gələn adamla görüşdü və onu döşəmədə salınmış döşəkçənin üzərinə dəvət etdi. Oturdular; ikisinin də susması və bir-birinə qarşı artıq nəzakət göstərməməsi onların tez tez görüşmələrini isbat edirdi. Qonaq yavaş səslə:

– Çocuq, deyəsən, naxoşdur? – dedi.

İftadə bir az dərdli kimi:

– İki üç gündən bəri kefi yoxdur, – dedi.

Qonaq:

– Yaxşı olar, – deyə gülümsədi, – nə olacaq ki?.. Mənimkilər də yatıb durur, heç xəbərim belə olmur... Bu bir məsələ deyil, de görüm, arağın varmı?

İftadə:

– Sən öl, yoxdur, – dedi. – Gündüz bir az tapıb içdim. Heç kar da görmədi.

Qonaq gülümsədi və laübalı bir halda İftadənin dizini çimdiklədi.

Sonra nə düşündüsə, soyunmağa başladı. Palto, pencək və üst köynəyini çıxartdı, bunların altında kirli bir fufayka var idi, onu da çıxarıb ayrı qoydu. Sonra geyindi və fufaykanı bir qəzetəyə büküb çıxdı. Qonağın getməsi evdəkilərə heç bir təsir bağışlamadı: hər kəs öz yerində, əvvəlki vəziyyətində qaldı. Yalnız böyük çocuq ortancılısının üzünə baxıb gülümsədi. Bu gülümsəmə uzun müddət davam etmədi: çocuq tutuldu və gözləri yenicə örtülmüş qapıya sataşaraq qəmləndi və get-gedə acıqlı bir tövr aldı...

Çox çəkmədən qonaq geri döndü. Yavaşca gəlib əvvəlki yerində oturdu. Paltosunun cibini göstərərək İftadənin qulağına bir şeylər pıçıldadı. İftadə heç bir meyl göstərmədi. Qonaq gülümsədi və cibindən bir şüşə araq və kağaza bükülü bir az kələm çıxartdı. İftadənin nəzəri anasının kədərli üzündə dolaşıb, geri döndü.

– Fufaykanı bu tezliklə kimə satdın?

– Allah yetirdi.

İftadə yerindən qalxıb, pəncərədən iki fincan alıb gəldi. Araq ehmallıqla fincanlara tökülüb içildi. Kələmi də yedilər. Kələm kağızı ilə ağızlarını silib heç bir şey olmamış kimi, yerlərində oturmağa davam etdilər. Çocuğun iniltisi sükutu pozdu. Qadın dik atılaraq ayıldı. Qonağı görcək üzünü ikrahla qırışdırdı və bir an özünü itirib, sonra inildəyən çocuğun üzərinə əyildi. Quru dodaqları ilə onun alovlu yanaqlarını və alnını oxşadı. Gözündən qopan odlu bir damcı çocuğun üzünə düşüb, onu diksindirdi. Çocuq qızarmış gözlərini çevirib, nənəsinin yaşlı gözlərinə baxdı, əvvəl bir şey dərk etməyən kimi dondu, sonra duyduğu acılardan dodaqları büzüldü, üzünün hər bir ifadəsi qorxu ilə doldu...

Yenə qapı tıqqıldandı. İftadə:

– Kimdir? – deyə yerindən qımıldanmadan soruşdu. Buna cavab olaraq qapı təkrar tıqqıldandı. Yad adam olduğu bəlli idi. İftadə qalxıb qapıya çıxdı.

– Buyurun! Buyurun! – deyə kimi isə qarşıladı. İçəri gözəl geyimli şən çöhrəli bir gənc girdi.

Sandalya adına heç bir şeyə təsadüf etmədiyi üçün gedib pəncərədə oturdu. İftadə:

– Tahir Muxtar, nə əcəb? – dedi.

– Firqənin 1932-ci il aprel qərarını bilirsiniz. İndi ədib və şairləri yoxlayırıq, görək bu qərardan sonra nə yazmışlar.

İftadə şən və utancaq simasını yerə dikib bir cavab vermədi, əvvəlki qonaq səssizcə otağı tərk etdi. İftadənin anası isə sanki Tahir Muxtarın buraya gəlməsindən ümidlənərək gözlərini onun üzünə zillədi, Tahir Muxtar qapını göstərərək:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci şəkil

Naum əfəndinin iş otağı. Gözəl yazı masası üzərində gümüş yazı takımı, lampa və kitablar var.*Masanın önündə iki qayış qoltuk qoyulmuşdur. Divarın dibində meşinlə örtülü taxt və kitab dolabları*

11 мин
Üçüncü şəkil

Qəhvəxana. Yuxarı başda yüksək bir piştaxta arxasında qəhvə sahibi xanım əyləşmişdir. Ağ*döşlüklü qarsonlar tez-tez ona yanaşır, marka alırlar və yanındakı sol açıq qapıya girib, oradan*

6 мин
Dördüncü şəkil

“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*

9 мин
Beşinci şəkil

“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.

9 мин

Стихи других поэтов