Страница 1 из 4

Nəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.

Eşidib ürəkləndi.

– Ay ev yiyəsi, allah qonağı istəyirsiz? – Nəzər yorğun-yorğun dillənəndə, ağacların arasından iki adam çıxdı, üzü bəri gəldi və qoltuqağaclarına söykənmiş Nəzəri görəndə Güldanə «Vay.» - diyərək irəli cumdu:

– Ay ata, sənsən? Ay qədəmlərinə qurban olum,xoş gəlmisən, səfa gətirmisən.

Özünü yetirib kişini qucaqladı, cod tüklü üzündən öpdü, qolunu boynuna doladı.

– Qədəmlərinə qurban olum, ay ata.

– Mənim balam. Xoş gördük. Necəsən, mənim balam?.. Di yaxşı ağlama, sən allah. Yoxsa mən də ağlayaram ha.

Güldanə geri çəkildi, yalnız bu zaman gördü ki, atasının bir ayağı yoxdu, sol gözü keçilib, dodağı əyilib… O, bunu görəndə Nəzərlə Tapdıq sarmaşmışdı. Ata-bala kimi. Bir-birini öpür, sevinc göz yaşları axıdırdılar. Güldanə əlini ağzına qoyub dodaqlarını dişləri arasında ha sıxırdısa da, gözlərinin yaşını saxlaya bilmirdi.

– Kaş gözlərim kor olaydı, ay ata.. Kaş öləydim, səni bu cür görməyəydim. Yandım, ay allah, yandım, ay tanrı.

– Di yaxşı, mənim balam. Sevin ki, sağ gəlib çıxmışam…

– Bay, ə, sənə nə olub? – Tapdığa təpindi. – Ə. Kişidə ağlayar? Ta bu olmadı. Yox, olmadı…- Nəzər hər ikisinin boynuna əl salıb sakitləşdirdi.

Güldanə toxdayandan sonra:

– Bəs niyə xəbər eləmədin, ay ata? Qabağına çıxardıq, gəlib lap ordan gətirərdik… – dedi.

– Hə, gərək yazaydın, tel vuraydın…

– Heç özüm də bilmirdim. Elə bu gün deyiblər, bu gün də çıxıb gəlmişəm… uşaqlar yatıblar, hə? Salamatdılarmı barı?

– Hə, babası, sağlıqdı eyzən… Boy, bə burda niyə durmusan, çıx yuxarı..

Tapdıq onun qolundan tutub, təəssüflə başını bulaya-bulaya ağır addımlarla pilləkənləri bir-bir qalxıb aynabəndə gəldilər.

– Uşaqları oyatma, qoy yatsınlar. Elə-belə yataqlarında üzlərinə baxacam. Harda yatıblar?

– Buradadılar, babası…

Nəzər orta otağa girdi: iki çarpayı arasından yanan gecə lampasının zəif işığında mışıl-mışıl yatmış Elşənlə Elnura tamaşa elədi, yavaşca ayağının ucunda ehtiyatla yaxın gəlib alınlarından öpdü…

– Bə Gültəkin qızım hanı?

– Moskvadadı, babası… Lomonosov adına Dövlət Universitetindədi, bioloq olacaq…

– Olsun, olsun…

Tapdıq onunla eyvana qayıtdı. Nəzər bayaqdan dilinə gətirməsə də gözləri ilə həyət-bacada, eyvanda, aynəbənddə Bikə xanımı axtarırdı. Kişiyə elə gəlirdi ki, o, indicə otaqların birindən çıxacaq, sevinclə, qışqıra-qışqıra, ağlaya-ağlaya onun üstünə atılacaq, boynunu qucaqlayıb üzündən öpəcək, sir-sifətini, kəsilmiş qıçını görüb: «Eybi yoxdur, Nəzərim, elə belə də qəbulumsan, şükür ki, sağ-salamat gəlmisən.» – deyəcək. Amma Bikə xanım yox idi.

– Bə Bikə hanı, Tapdıq? – nəhayət dözməyib soruşdu.

Tapdıq bu sualı bayaqdan gözləsə də, bir anlığa tutuldu, qanrılıb qapıya sarı boylandı, - Güldanəni axtardı baxışları ilə. Ancaq yox idi Güldanə. Çaşqın halda:

– Yaxşıdı, Nəzər müəllim. – söylədi.

Nəzər onun gözlərinin içinə zənn ilə baxaraq nigarançılıq qarışıq bir əsəbliklə:

– Soruşuram Bikə hanı, sən isə deyirsən yaxşıdı. Məgər xəstədi ki?

– Hə, yox…

Nəzərin elə bil o tək ayağını qılıncla vurub saldılar.

Yıxılmasın deyə aynəbəndlə iki pəncərə arasındakı divana çökdü, qoltuqağacları tappıltı ilə döşəməyə düşdü.

– Ta denən ölüb də… - deyərək əlləri ilə üzünü qapayıb yerindəcə büzüşərək yumağa döndü, çiyinləri qalxıb endi.

Aynəbəndə çıxan Güldanə atasının ikiqat olub xısın-xısın ağladığını və Tapdığın sifətinin ağappaq olduğunu görüb başa düşdü ki, Nəzər Bikənin öldüyündən xəbər tutub. Səssizcə gəlib böyründə oturdu, ona sığınıb ağlar səslə:

– Biz də yetim qaldıq, sən də, ay ata. – dedi.

… Çimmədi. Bütün günü ağzına bir loxma olmasa da, çörək də yemədi. Bolluca çay içdi, çoxluca siqaret çəkdi.

Güldanə yalvarıb təkid eləyəndə Nəzər qəmli-qəmli dedi:

– Bu gün o qədər sevinmişəm ki, bütün ömrümə bəs eləyər.

Bu gün o qədər qəm yemişəm ki, o da bütün ömrümə bəs eləyər, qızım. Doğru deyirlər, sevinclə qəm qapıbir qonşudu. Yol yoldaşıdı.

– Ta özünü üzmə, ay ata, qurbanın olum. Görünür, bəxtimiz belə imiş. Əlimizdən nə gəlir ki…

Tapdıq dedi:

– Mən özüm heç kəsi qoymadım yazsın… Fikirləşdim…

– Yaxşı eləmisən, oğul. Mən gedəndən sonra burda olanları bilsəydim, orda, o dörd divar arasında bağrım çatlardı. – Susub yenə siqaret yandırdı və yalnız indi hiss elədi ki, qızı da, kürəkəni də, onun çəp gözünə, əyri ağzına, kəsik qıçına baxmamağa çalışırlar: «Yəqin ona görə ki, mən unutmayım.» Sonra elə ortalığa, amma elə əslində Tapdıqa müraciət elədi: – Hə, indi yerli-yataqlı danış görüm məndən sonra nələr olub, necə olub.

Tapdıq bu sualın ona aid olduğunu başa düşüb xeyli fikirləşəndən, olub keçəni xatırlayandan sonra sözə başladı:

– Sənə iş verilən, məhkəmə salonundan çıxarılıb aparılan gün yazıq arvad çox pis hala qaldı. Elə orda ürəyi getdi. Təcili yardım çağırdım. İynə vurdular, naşatır tutdular burnuna, axırı ayıltdılar. Maşına qoyub gətirdim evə. Güldanə üç ay yanından əl çəkmədi. Nə qədər elədik ki, gəl bizdə qal, «Yox» deyib dirəndi, Elə hey ağlayırdı, öz-özünə danışırdı. Yaxşılaşandan, Güldanə evə dönəndən sonra, sən demə, hər gün durub gedirmiş milis idarəsinə. «Nəzərimi verin» – deyirmiş. Milis idarəsinin rəisi Ağayev söyləyərmiş ki, Nəzər yoxdu burda, apardılar sənin gülməşəkər Nəzərini «Yox, mən özüm görmüşəm, Nəzəri bura salıbsız, verin mənim Nəzərimi. Onun günahı yoxdu, verin Nəzərimi.» Bir belə, iki belə… Nəhayət Ağayev qovalayır onu. «Yoxsa səni də tutub salarıq ağzıbirə, ay arvad. Əl çək yaxamızdan.» Salın, tutun. Heç olmasa onunla bir yerdə ollam. – deyirmiş ağlaya-ağlaya.

Sonra… Süleymanın yanına ayaq açır. Çox gedir, demək olar ki, hər gün qapısını kəsdirib səni istəyir. Axır ki, Süleyman hövsələdən çıxır: «Deyəsən sənin də başın Nəzərin başı kimi xarab olub, arvad. Rədd ol burdan, bir də səni buralarda görsəm, milis çağırtdıracağam.»- deyir. Sonra ta getmədi. Çəkilib xanənişin oldu. İşə də çıxmadı.

– Yazıq bir təhər yaşayırdı yenə. Qərib onun ağrına çıxdı. Qardaşımdı, qarğış eləməyə dilim gəlmir. – Güldanə ağlamsındı. – Anamı o diri gözlü öldürdü.

– Hə, sən gedəndən dörd ay keçməmiş, Qərib dirəndi ki, evlənirəm. «El-oba qınayar, güləllər bizə, ay Qərib. – dedim. – Sən heç bilirsən neyləyirsən? Bizi gülünc eləmə.» Dedi: «Əh, tüpürüm hamısına.» Dedim: «Axı sənin heç nəyin yoxdu, Biz Müseybin qapsına nəynən gedəcəyik?» dedi: «Hər şey almışam, vermişəm.»

– Bəs demədin hansı pulnan, ay küçük?

– Sən demə, biz bilmirmişik, hələ sən tutulmamış Müseyib onu pambıq qəbulu məntəqəsinə qapancı düzəldibmiş. Orda qaz vururmuş, qazan doldururmuş. Dedim, axı dədən bu işə razı deyildi, qayıdıb gələndə sən o kişinin üzünə necə baxacaqsan? Dedi ki sənin işin olmasın, bunun heç kəsə dəxli yoxdur. İyirmi gündən sonra toydu…İstəyirsiz gəlin, istəmirsiz yox. – Özünüz bilərsiz. Qərəz, nə başını ağrıdım, evdə-eşikdə yox, restoranda Müseyib elə toy çaldırdı ki, hələ indiyəcən bizim mahalda mən elə toy görməmişəm. Bizlərdən, ancaq mən getdim. Getməyə də bilməzdim. Bax, Simuzəri qərib bu cür aldı.

– Almadı, Simuzərə ərə getdi denən. – Nəzər cılğınlıqla öz münasibətini bildirdi. – Bifər, qeyrətsiz.

– Sonra Qərib az bir müddətdə həyətdə bir imarət ucaltdı ki, iki göz istəyir tamaşasına dursun. Gedib kənardan da olsa baxıbsan. İndi üç uşağı var.

– Bə özü hansı cəhənnəmdədi?. Gözümə dəymədi, yox idi o imarətdə.

Tapdıq ah çəkdi:

– Hə, Qərib indi həbsxanadadı.

– Həbsxanada? – Nəzər qeyri-iradi heyrətləndi. – Həbsxanada?

– Bəli.

– Hə də, ta Müseybi tutanda onu da tutacaqdılar da…

– Yox, Qəribi Müseyibdən qabaq aparıblar.

– Yox adam öldürüb Qərib.

– Hə? – Nəzərin boğazı qurudu. – Qərib… Adam öldürüb? Sən nə danışırsan, a Tapdıq?

– Hə. Sən demə, Müseyibin Bakıdakı naziri – adı gərək ki, Ələmdar idi, Güldanə?

– Adı qara gəlsin, Ələmdar idi.

– Sən demə, onunla bu Simuzərin belə də, - o susub münasib söz axtardı, - necə deyim, yaxınlığı varmış. Bir gün Qərib gəlir, görür ki, onlar…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 мин
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 мин
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 мин
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 мин

Стихи других поэтов