Страница 2 из 4 · 25%

Nə isə…naziri vurmuşdu.

– Əlini qana batırırdı, gərək o ləçəri də vuraydı.

– Elə onu da çapalamışdı. Amma üzü pis imiş, ölmədi. – Güldanə söylədi.


… Həmin gün nazirlikdə kollegiya yenicə qurtarmışdı, müavinlər, şöbə müdirləri, dəvət olunanlar Ələmdar Qədirovun geniş, sərin kabinetini tərk edib çıxmışdılar. Nazir çox danışmışdı, sıxmalını sıxmışdı, tərif olunmalını tərifləmişdi, hətta arada bir dəfə bərk əsəbləşmişdi də. Başı güyüldəyirdi, dodaqları qurumuşdu. İşə təzə götürdüyü qəşəng katibəsinin armudu stəkanla gətirdiyi pürrəngi çaydan içə-içə fikirində götür-qoy eləyirdi ki, sabah bazar günüdü, özüm də yamanca yorulmuşam, bir dəli şeytan deyir get Simuzərin yanına. Bu gün nədənsə tez-tez yadına düşürdü Simuzər. İndi isə onun adını ürəyindən keçirən kimi, yorğun sifətinə bir işıq qonmuşdu, əhvali-ruhiyəsi dəyişib yüngülləşmişdi, xatirələri təzələnmişdi. O dəfə xətrinə dəydiyi, incitdiyi, bəlkə də nahaq yerə qısqandığı Simuzərin məhzun görkəmi gəlib gözləri önündə cilvələnmişdi, qız, xəyalının aynasında ona kədərli, məzəmmətedici baxışlarla baxmışdı və sanki Ələmdarı səssiz-sözsüz yanına çağırmışdı. Həsrəti güclüydü. Gedəcəyini qətiləşdirəndən sonra əl atıb telefonun dəstəyini götürərək evə, arvadı Sulduz xanıma zəng vurub:

«Ceyranım mən təcili rayona getməli oldum, nigaran qalma.» - demək istəmişdi. Ancaq…ancaq buradaca, yatsaydı, yuxusuna da girməyəcək bir hadisə baş vərmişdi: dəstəyi qulağına tutub öz nömrələrini yığanda birdən Sülduz xanımın səsini eşidib təəccüblənmişdi: arvadı kimləsə danışırdı. Aydındı: telefon xətti qarışmışdı. Əvvəlcə bu gözlənilməz təsadüfdən özünü itirən Ələmdar sonra maraq üzündən özünü ələ alıb cınqırını da çıxarmamışdı: «Qəribədi, kimlə danışır?» Ancaq nigarançılığı çox çəkməmişdi - Sulduz xanımla bir nazik səsli qız danışırdı.

Söhbətin əvvəlindən xəbəri yox idi, lakin həmin nazik səsli qız, demək olar ki, ağlaya-ağlaya Sulduza deyirdi:

– Siz qadınsız, məni başa düşün, Sulduz xanım. Mən məcburam sizə zəng eləməyə, ayrı çarəm yoxdu. Qurban olum. Başına dönüm, böyük bacım ol, əl çək o oğlandan, Möhtəşəmdən əl çək. Qurban olum, o sənin tayın deyil, o sənin oğlun yerindədi. Möhtəşəm mənim nişanlımdı, bacı. Payızda toyumuz olasıdı.

– Sən onu çox istəyirsən, qız? - Qızdan eşitdikləri Əlamdarı tərlətmişdi, kabinet başını fırlanmışdı, az qalmışdı dəstək əlindən mizin üstinə düşsün, lakin çox böyük iradə bahasına birtəhər özünü ələ alıb söhbətin davamına qulaq asmışdı. İndi isə arvadının rişxənd dolu səsini eşidəndə kişi kreslosunda qeyri-ixtiyarı qalxıb təzədən oturmuşdu. – O da səni çox istəyir, qız?

– Hə, əvvəllər çox istəyirdi, Sulduz xanım. Məni bir gün görməyəndə dəli olardı az qala. Sənə rast gələndən sonra…bilmədim neylədin, necə elədin, Möhtəşəm məndən soyudu.

– Ha, ha. – Qızın ağzını yamsıladı Sulduz. – Neynədin, necə elədin..Sən elə bilirsən arvadlıq asanddı? Gərək kişini özünə bağlaya biləsən, onu əldə saxlaya biləsən, qızz. Sənin adın nə oldu?

– Adım Xoşgüldü.

– Oo, nə yaxşı adın var, qız. Xoşgül. Özündə qəşəngsənmi barı adın kimi?

– Nə bilim, Sulduz xanım. Amma onu çox istəyirəm. O, mənim həyatımdı, Sulduz xanım. Onsuz mən yaşaya bilmərəm, dəli ola-ram, vallah. Mənə rəhmin gəlsin. Onu qov yanından, üz göstərmə, razı olma mən bədbəxt olum, Sulduz xanım.

– Sən doğrudan lap uşaqsan, qız. Kim, hansı qadın öz xoşbəxtliyini əlindən verər?

– O səni sevmir axı, Sulduz xanım. O sənin malına, puluna görə gəlir yanına. Mən bilirəm, sizin pulunuz çoxdu, cürbəcür kostyumları sən alırsan ona, o maşını da sən alıbsan ona.

– Bunları Möhtəşəm deyib sənə?

– Yox. O heç mənimlə danışır ki, bir söz də desin? Mən özüm bilirəm. Sizin pulunuz çoxdu deyə başqalarını bədbəxt eləyəcəksiz? Allaha xoş getməz, Sulduz xanım.

– Bura bax, Xoşgülsən, Gülxoşsan, nəsən bilmirəm. Möhtəşəm mənimdi. Onu sən yox ey, sənin dədən də gəlsə, vermərəm heç kəsə. Qulaqlarını yaxşı aç, yaxşı eşit. Möhtəşəm məni sevir, mən də onu.

– Axı sənin ərin var. Dağ boyda ərin…

– Onun ər boyuna qamış ölçüm. Onun nəyi ərdi? Onun adı mənimdi, özü yox.

– …

– Eşitdin? Başa düşdün? Möhtəşəm səni almayacaq, qız. İndidən get başının çarəsini qıl. Bildin?

– Onda… onda məndən incimə, Sulduz xanım. Onda mən sənin o biqeyrət ərinin qabağını kəsib hər şeyi olduğu kimi deyəcəyəm ona. Qoy bilsin sən nə yuvanın quşusan.

– Xox. Qorxduq.

Xətt bu yerdə ayrılmışdı və dəstək Ələmdarın əlindən düşmüşdü. Qəfil tufana uğramış adam kimi bir müddət nə baş verdiyini, nə eləməli olacağını və bütün bunların altında gizlənmiş böyük faciənin dəhşətini dərk edə bilməmişdi. Key kimi hərəkətsiz oturub gözlərini yummuşdu. Ona elə gəlmişdi ki, güclü, qarşısı alınmaz bir sel stolun üstünə düşüb uğuldayan telefon dəstəyindən axıb kabinetə dolub Ələmdarı qabağına qataraq harasa naməlum bir səmtə aparır, içində daşa-qayaya çırpacaq, məhv eləyəcək. Amma gözlərini açanda kreslosunda oturduğunu görüb azca toxtamışdı. Dəqiqələr ötüb keçmiş, Ələmdarı çağlamış o qatmaqarışıq, anlaşılmaz hisslər durulub səngimişdi. Telefonda eşitdiyi o gözlənilməz söhbət, Xoşgül adlanan o yazıq qızın dedikləri, indiyəcən çox böyük məharətlə onu aldadıb başına papaq qoyan arvadının ona verdiyi həyasız və sırtıq cavablar təzədən qulaqlarında çınlamağa başlamışdı. Bu söz-söhbətin içində «Möhtəşəm» adı, «biqeyrət» sözü və bir də «Onun nəyi ərdi? Onun adı mənimdi, özü yox.» sözləri daha çox beyninə yazılmışdı və elə hey təkrarlanıb ürəyini cırmaqlayırdı, beyninə ağır çəkic zərbələri kimi dəyirdi. Tanışlarını, bilişlərini gözlərinin qabağında canlandırırdı, lakin Möhtəşəm adlı oğlanı görə bilmirdi, tanıya bilmirdi. «Kim ola bu əclaf?» - sualı beynində, ürəyində fır-fır fırlanırdı, amma cavabı yox idi bu sualın. Oğlandan necə deyərlər, əli üzüləndən sonra, arvadının kölgəsini qılınclamışdı: «Ləçər, həyasız. Mənim pulumla o əclafa kostyum, maşın alırmış. Mən də fil qulağında yatıbmışam. Sənin də qapını döydülər, Ələmdar. Aşına doğradığın, qaşığına çıxdı. Gec-tez çıxmalıydı da. Off. İndi mən neyləyim, aman allah. Öldürüm? Boşayım? Ya gözlərimi yumum, heç özümü o yerə qoymayım? Öldürsəm, boşasam…özüm də məhv olacağam. Yox.» suallar bir-birinin dalınca çözələnirdi, ancaq Ələmdar bu sualların heç birinə cavab verəcək halda deyildi. Ürəyi hövl eləmişdi, əl atıb seyfi açaraq yarımçıq konyak şüşəsindən armudu stəkanı ləbələb dolduraraq başına çəkmişdi, sonra bir stəkan da içmişdi. Beş-on dəqiqə keçmiş içki öz işini görmüşdü və Ələmdarın başını dumanlatmışdı. Gedəndə katibəyə də heç nə söyləməmişdi.

…Saat üçdə nazirin qara maşını Əgkərabadda Qəribin təzə tikdirdiyi imarətin darvazası ağzında dayanmışdı. O, Süleymana da, Müseyibə də dəyməmiş birbaşa bura - Simuzərin yanına gəlmişdi, sürücüsünə də nəsə tapşırıq verib harasa göndərmişdi. Maşından düşən kimi Ələmdar Simuzərin hələ yanları məhəccərlənməmiş eyvanda ayaq üstə dayanıb asma beşiyi yüyrüyən görüb toxtamış, yalnız bundan sonra sürücünü buraxıb arxayın həyətə keçmişdi. Yeganə nigarançılığı bu idi ki, Simuzərin qaynanası Bikə arvad ola bilər. Göz gəzdirib köhnə kömənin qapısını bağlı görüb sevinmişdi. Ələmdar hiss eləyirdi ki, Bikə arvad onu sevmir və hər dəfə bu evə gələndə Qəribin anası qaralıb boğulurdu, bir şeyi bəhanə eləyərək çıxıb gedirdi. Qərib isə o boyda nazirlə dost olmağıyla öyünürdü və anasına onu yerli-yersiz tərifləyirdi. Yazıq Bikə isə bir qadın, sövqi-təbiisi ilə hiss elədiyi o incə mətləbi açıb-ağarda bilmirdi.

O zaman, Simuzər Qəribə ərə gedəndə Müseyib Ələmdarı da, Sulduz xanımın qızının toyuna dəvət eləmişdi. Ancaq Ələmdar arvadını bahalı bir hədiyyə ilə göndərib, özü işinin çoxluğunu bəhanə edərək gəlməmişdi. Və bu, Simuzərə yaman yer eləmişdi, bir də heç vaxt onun üzünə baxmayacağına və dindirməyəcəyinə möhkəm söz vermişdi. Lakin toydan bir il sonra Ələmdar Müseyibgilə gəlmiş, hələ əriylə atası evində yaşayan və bir uşaq anası olmuş Simuzərin ayaqlarına düşüb çox bahalı bir brilliant üzük bağışlayaraq könlünü ala bilmişdi. Göz-könül oxşayan üzükdən daha artıq Ələmdarın:

– Sənsiz yaşaya bilmirəm, Sim. Səni unuda bilmirəm, Sim. – deyə dil tökməsi Simuzərin qəlbini yumşaltmışdı, özünə verdiyi sözü unutdurmuşdu, onlar təzədən barışmışdılar. Xoşbəxtlikdən o gün evdə heç kəs olmamışdı, onlar bir yerdə qalıb köhnə xatirələri təzələmiş, aralıqdakı giley-güzarı unutmuş, yenə canbir qəlbdə olmuşdular. Axşamcağı Qərib qayıtmışdı, Simuzər onları tanış eləmişdi. Və Ələmdarın, dediyinə görə, Qəribdən-Simuzərin həyat yoldaşından çox xoşu gəlmişdi, hətta söz arası eşitdirmişdi ki, gələcəkdə onu, Müseyib təqaüdə çıxanda, qayınatasının yerinə-vəzifəsinə qoymaq fikri var. Bu sözlər, əlbəttə, Qəribin canına yağ kimi yayılmışdı və dişlərini ağardıb gülmüşdü. Simuzər isə Ələmdarın necə bir ustalıqla adamları ələ ala bilmək qabiliyyətinə baxıb heyrətlənmişdi. Beləliklə, hələ o vaxt. Qəribin Simuzərə vurulduğu vaxtlar ürəyində baş qaldırmış şübhəni onun öz arvadının köməyi ilə Ələmdar məharətlə silib atmış, yox eləmişdi. Sadəlöhv Qərib burada, rayonda Müseybə nə qədər söykənmişdisə, şəhərdə də Ələmdarı elə böyük, ondan da əzəmətli bir arxa-dayaq hesab eləməyə başlamışdı. İndi o da, eynən qayınatası kimi, Bakıya ayaq basanda Ələmdar Haşımca - təzə «qağasına» baş çəkməmiş geri dönmürdü və hətta Simuzərə də şəhərə gəzməyə gedəndə, təkmilləşdirmə kurslarına gedəndə bərk-bərk tapşırırdı ki, mehmanxanada-zadda qalmasın, onlara düşsün. «Nədən ki, mehmanxanalar pisdi, min yerdən min cür həlləm-qəlləm adamlar gəlir ora. Bu isə öz evimizdi. Həm də ayrı yerdə qalsan, Ələmdar qağanın xətirinə dəyə bilər.»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 мин
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 мин
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 мин
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 мин

Стихи других поэтов