Страница 1 из 2

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...

Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

Ayağa qalxıb çox sadə, kasıbyana bəzənmiş, nəzərə çarpacaq qiymətli bir müxəlləfatı olmayan otaqda var-gəl eləməyə başladı. Əllərini arxasına qoymuşdu; beş addım o başa, beş addım bu başa... Ancaq fikri bu dörd divar arasından çoxdan çıxmışdı; şəhərdə, uzaq vilayətlərdə, kəndlərdə gəzib-dolanırdı. Yoldaşları ilə, tanıdığı-bildiyi məclis üzvləri ilə, baş nazirlə fikrən danışır, mübahisə edirdi. Və bu səssiz-səmirsiz, qiyabi söhbətlər Bəbirin qətiyyətini artırır, ürəyini coşdurur, sevindirirdi. O özünün, yenicə yaratdığı təşkilatı getdikcə böyüyən, ayağı yer tutan, müdrikləşən, qüdrət sahibinə çevrilən bir adama bənzədirdi. Doğrudan da yoldaşların son vaxtlar apardığı çətin, səmərəli iş nəticəsində bir sıra etibarlı, fədakar, əlində imkanı olan, sözü keçən adamlar yoxlanıb sınandıqdan sonra dəstəyə cəlb edilmişdi. Təşkilatın başçısı kimi bu onu çox sevindirirdi. Ən fərəhlisi o idi ki, şahənşah ordusunun zabitləri arasına yol tapılmış, hərbi hava qüvvələrinin komandanı Gülbahar xan onlarla işləməyə razılıq vermişdi. Bəbir bunu son dərəcə böyük qələbə hesab edirdi. Bundan əlavə şəhərin şeyxülislamı Şeyx Əhməd, cavan şair Elməddin də onların tərəfində idi. Xüsusilə Elməddinin sınaqdan mərdanə çıxmağı sevincdən Bəbirin gözlərini yaşardırdı. O, ölümünə razı olmuşdu, döşünü güllə qabağına vermişdi, ancaq Rəhgüzərə xəyanət eləməmişdi. «Bax, bizə belə sədaqətli adamlar lazımdı, gözünə güllə sıxsan da məsləkindən, əqidəsindən dönməyən belə oğullar gərəkdi!» — deyə var-gəl edə-edə düşünən Bəbir siqaret yandırıb sümürürdü. Külək pəncərələri tıqqıldadaraq gecənin qərib sükutunu pozur, uzaqda boğuq səslə uğuldayırdı. Qapı döyülürdü, ancaq Bəbirə elə gəlirdi ki, külək tıqqıldadır. Lakin bu dəfə daha bərk çırpılanda o, qapıya sarı döndü, kiminsə çöldə dayandığını yəqin edib cəld bir hərəkətlə stola sarı cumdu, qabağındakı kağızları xalçanın altında gizlədi, sonra qapıya yaxınlaşdı:

– Kimsən?

Çöldən səs gəldi:

– Mənəm... Aç qapını!.. — Bu səsi eşidəndə Bəbirin ürəyi çırpındı, əhvalı pozuldu; sevindimi, kədərləndimi — o an soruşan olsaydı, qəti deyə bilməzdi. Gələn atası idi. Açdı qapını. Kandarda, əlində çəlik, qaşı, kirpiyi ağarmış, solğunlaşıb arıqlamış çəlimsiz, ancaq şaxqamətli general Əziz xan — Bəbirin atası dayanmışdı. Kişi sanki təklif gözləyirdi, içəri keçmirdi, kirpikləri seyrəlmiş xırda göy gözlərini oğlunun sifətinə dikib dayanmışdı. Bəbir atasının bu gözlənilməz gəlişindən özünü itirmişdi, nə edəcəyini sanki unutmuşdu. Anlar keçəndən sonra o, nəhayət, özünə gəlib kəkələyə-kəkələyə:

– Çöldə niyə dayanmısan, qibləgahım?—dedi. — Gəl içəri.

Əziz xan sol əlindəki çəliyi irəli uzatdı, çəliyin dalınca özü də içəri girdi. Bəbir geri çəkilib atasına əl verdi:

– Xoş gəlmisən, qibləgahım, — dedi.

Əziz xan oğlunun üzünə baxmadan, irəli yeridi, Bəbirin əli havadan asılı qaldı: kişinin gər səsi otaqda eşidildikdə Bəbir kiçilib balacalaşdı:

– Mənə qibləgahım demə, Bəbir. — Onun səsində bir qətiyyət vardı: Bəbir atasının qabağında yazıq-yazıq dayanmışdı. Kişi saymazyana keçib divanda oturdu, çəliyini böyrünə qoydu. Otağın dər-divarına göz gəzdirdi. Ev soyuq idi, pəncərələrin arasından külək içəri dolur, nazik pərdələri tərpədirdi. Mebelin — stolun, stulların pardağı çoxdan gedib bozarmışdı. Küncdə qoyulmuş tək çarpayının yorğan-döşəyi yığılmamışdı. Bu otağın canlı, yaşayan, nəfəs alan təkcə bir guşəsi vardı — o da Bəbirin iş stolu idi, onun üstündəki kitablar idi, siqaret kötükləri ilə dolu külqabı idi. O boyda gen-bol otaqda Bəbir sanki elə bu kiçik stol arxasında yaşayırdı, qalan şeylərin ona heç bir dəxli yox idi.

Əziz xan baxışlarını dolandırıb stolun yanında, altında kağız gizlədilən xalçanın üstündə dayanmış qəşəng-sifətli, itibaxışlı, qalın, cod saçlarına artıq dən düşmüş, ehtiyac içində yaşadığı gözlərindən oxunan oğluna uzun-uzadı baxdı. Bəbir də gözlərini ondan çəkmədi. Lakin sonra davam gətirə bilməyib baxışlarını endirdi, – Otur! — deyə uzun illər hərbçi işləmiş Əziz xan, rütbəcə, vəzifəcə özündən kiçik zabitə əmr edirmiş kimi ötkəm səslə dilləndi, Bəbir qeyri-ixtiyari atasının sözünü yerinə yetirərək stulda əyləşdikdən sonra kişi davam etdi:

– Bu nə gündü, bu nə rüzgardı? Bu nə yaşayışdı, Bəbir?

– Nə olub ki?

– Daha deyirsən nə olsun?

– Heç nə...

– Olan olub artıq. Daha bundan oyanasını mən təsəvvür eləyə bilmirəm.

– Amma mən təsəvvür eləyirəm. Bundan oyanası da var. Hələ buna şükür eləməliyəm mən. Sən evsiz-eşiksizlər görməyibsən, qışın şaxtasında, qarında, payızın sərt soyuğunda donanları, pilləkən altında yaşayanları görməmisən...

– Axı sən özünü niyə onlarla müqayisə edirsən? Onların kimkimsənəsi yoxdur, sənin isə var axı?

– Var idi, nə zamansa var idi... indi yoxdur.

– Niyə? Axı mən sənin... atanam, Bəbir. O var-dövlətim sənin deyilmi? Bəbir ah çəkdi:

– Sən də bir zaman... mənim atam idin... Amma indi yox. Yadından çıxıb o gün, on il əvvəlki o dəhşətli gün? Ola bilər ki, sən unutmusan o günü, ancaq mən unuda bilmərəm. Məni evdən qovdun... «Fikrindən, məsləkindən dönməsən, səni oğulluqdan da, varyoxdan da məhrum edəcəyəm» söylədin. «Qoşulma bu namussuzlara, şərəfsizlərə» —deyirdin. — «Sənin nəyin yoxdur, nə üçün o dələduzlara, latlara-lütlərə qoşulursan?» — deyirdin? Yox, qibləgahım, onlar, mənim qoşulduğum o adamlar namussuz deyillər, şərəfsiz deyillər, bəlkə bizim məmləkətin ən namuslu, şərəfli, qeyrətli oğullarıdı. Mənim heç nəyim yox idi, o vaxt da, indi də. Elə sənin də heç nəyin yoxdur...

– Bəs o torpaqlar, banklardakı o pullar... mənim deyil, kimindir, səncə?

– Onlar da sənin deyil. Torpaq bu biçarə, ac-yalavac xalqındır, o pullar da bu camaatındır.

– Nə danışırsan, Bəbir? Xalq mənimlə torpaq almışdı, pul qazanmışdı? Hamısını özüm...

– Yox, qibləgahım, elə deyil, lap onlar sənə mərhum atandan da qalmış olsa, yenə sənin deyil, bu xalqındır...

Bəbir susdu. Əziz xan ona qəribə, kinli bir nəzərlə baxdı. Dünyada yetmiş beş il ömür sürmüş bu qoca sərt adam idi. Dediyindən dönməyən, heç kəsdən qorxmayan Əziz xan, indi, həyatının sonu yaxınlaşdığını görsə də, bilsə də, xasiyyətindən əl çəkə bilmirdi. O zaman — təqribən on il bundan qabaq oğlunun «bəd əməllərindən» xəbər tutanda Əziz xan gözünün ağı-qarası olan Bəbiri «məmləkətin şərə-şur adamlarından» qorumaq üçün yanına çağırıb danlamış, danışdırıb fikirlərini öyrənmiş; düzü, cavan, qanı qaynayan «uşağın» ağzından qan iyi gəldiyini görüb qorxuya duşmüşdü. Bir neçə gün sonra yalvarmış, «əlahəzrət bilərsə, bunun axırı yaxşı olmaz, oğul, mən balaca adam deyiləm, vəzifəm, hörmətim-izzətim var kişinin yanında. Bəlkə hər şey — sən də, mən də məhv olarıq, canım-ciyərim!» — demişdi. Ancaq uzun-uzadı aparılan söhbətlər, dostların, qohumların təkidi Bəbiri fikrindən döndərməmişdi. Bir evin içində üç ay küsülü qalandan sonra Əziz xan Bəbirlə təzədən danışmış, bu dəfə əsəbiləşib: «Çıx, get, mənim sən adlı oğlum yoxdur!» — demişdi. — «Nəməkbeharam!» Ciddi, məğrur bir gənc olan Bəbir əvvəl eşitdiklərinə inanmaq istəməmişdi, ancaq əsib-coşan, ağzı köpüklənən kişi təkrar qapını ona göstərib: «Rədd ol burdan, bir də gözüm səni bu evdə görməsin!» deyəndə onun həssas qəlbi daş dəymiş şüşə kimi çilik-çilik olub ayaqları altına tökülmüşdü, o, kədərli, qəhərdən alacalanıb yaşarmış gözlərini atasına zilləmiş, uzun-uzadı baxmış, sonra papağını götürüb ağır addımlarla evdən çıxmış və ürəyindəcə and içmişdi ki, bir də bu qapıdan içəri girməyəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, birinci fəsil

Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.

6 мин
Dördüncü hissə, ikinci fəsil

Yaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.

12 мин
Dördüncü hissə, üçüncü fəsil

Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:

8 мин
Dördüncü hissə, dördüncü fəsil

...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.

11 мин

Стихи других поэтов