Birinci hissə, on birinci fəsil
Страница 2 из 2 · 50%
Getmişdi. Günlər, həftələr, aylar keçmiş, o geri qayıtmamışdı. Bunu görən Əziz xan peşmanlamış, «nahaq uşağın xətrinə dəydim!»
– deyib özünü yamanca danlamış, dostlarını, oğlunun tay-tuşlarını minnətə-xahişə göndərmiş, ancaq Bəbir tüpürdüyünü yalamamışdı. Ata isə qüruruna sığışdırıb oğlunu axtarıb tapmamışdı. Beləcə, ataoğulun yolları ayrılmışdı. Bəbir iki il sonra siyasi fəaliyyəti üstündə həbsxanaya düşəndə Əziz xan ürəyi ağrısa da, öz mövqeyini, rütbəsini mülahizə edib Bəbirə dəyməyə getməmişdi.
İndi budur, on illik ayrılıqdan sonra, ata-bala görüşmüşdü və buna görüş demək olmazdı əslində. Əziz xan yenə sərt-sərt danışır, ümid edirdi ki, bu ötən illər ərzində başı daşdan-daşa dəymiş, olmazın əzab-əziyyət çəkmiş Bəbir, bəlkə də, fikrini dəyişmiş olar, azca hədə-qorxu gələndən sonra, lal-dinməz yanına düşüb gedər. Heç ola bilməzdi ki, Bəbir on il ayrılıq müddətində atasından ötrü darıxmamış olsun axı! Əziz xan ona pis baxmamışdı, evin yeganə uşağı olduğundan üstündə əsim-əsim əsmiş, ürəkdolusu sevmiş, əzizləmişdi, bircə arzusuna qarşı durmamışdı. O, Bəbir üçün yaxşı ata olmuşdu. Bəbir də atasına çox bağlı idi. Atası evə gec gələndə, hərbi ezamiyyətlərə gedib neçə gün qayıtmayanda, Bəbir onun üçün darıxır, evə-eşiyə sığmır, yediyini-içdiyini bilmirdi. Əziz xan qayıdanda isə uşağın sevinci yerə-göyə sığmır, atasının qabağına qaçır, boynuna sarmaşır, cod tüklü üzündən öpür, balaca əllərini onun par-par parıldayan poqonlarında gəzdirirdi.
İndi bu soyuq otaqda, bir-birindən uzaqlaşıb soyumuş ata-oğul, sükutun lal qoynunda həyatlarının keçmiş səhifələrini vərəqləyir, xatirələr ürəklərini göynədir, titrədir, tustüləndirirdi. Ancaq bunlar keçmişin hərarəti idi, hər ikisinin qəlbini uzaqdan qızdırırdı. Hazırda isə, onların arasında gərginlik hökm sürürdü. Bəbir fikrə getmiş atasına tamaşa eləyirdi. Uşaqlıq illərinin xatirəsini, atasının o vaxt göstərdiyi mehribanlıqlar yadına düşdüyündənmi, ya nədənsə birdən-birə ona yazığı gəldi; bayaq elə sərt, boz danışdığına görə özünü qınadı və mülayim, azca titrək səsilə söylədi:
– Qocalmısan, qibləgahım. Əziz xan xəyaldan ayıldı:
– Nə deyirsən? — yaxşı eşitmədiyini bildirmək istəyirmiş kimi soruşdu.
– Deyirəm, yaman qocalmısan, qibləgahım.
Əziz xan bayaqkı kimi «mənə qibləgahım demə!» — söyləmədi. Bu söz onun ürəyində xoş duyğular oyatdı, kövrəltdi. Bu boyda dünyada ona «qibləgahım!» — deyə biləcək yeganə doğma adamın səsi idi bu səs! O, uşaq kimi qəhərləndi:
– Eh, oğul, — deyə bayaqdan bəri ilk dəfə «oğul» sözünü dilinə gətirdi, — sən mənim belimi bükdün, oğul. Yoxsa mən qocalmazdım, bala. Dost-tanış içində, tay-tuş arasında məni xar-xəcil elədin, böyüklərin yanında etibarsız elədin, oğul. Bu dərdə dağ da dözməzdi, mən dözdüm. Bir olan Allah şahiddir ki, səndən ayrı keçən bu illər ərzində nələr çəkmişəm. Sən bunu başa düşməzsən, bala, çünki özün halə ata deyilsən, oğul. — Əziz xan istəyirdi hər cümlənin axırında, yox, hər sözdən sonra bir «oğul», «bala» desin və ötən on il ərzində ucadan demədiyinə görə az qala yadırğadığı bu doğma, bu əziz sözü doyunca işlətsin. Ürəyində min dəfə, milyon dəfə demişdi, ancaq bax beləcə, ciyərparasının hüzurunda dilinə gətirə bilməmişdi. İndi deyirdi, deyə bilirdi və o da — Bəbir də bu sözü eşidirdi. Nə böyük səadət idi Əziz xan üçün bu?
– Tərssənmiş yaman, oğul!—deyə o, xoşbəxtcəsinə gülümsünə-gülümsünə davam edirdi. — Elə tərssənmiş ki, heç ağlıma gətirməzdim, bala.
– Sənin oğlunam, qibləgahım!. — dedi Bəbir; o da gülümsündü.
Yaranan bu mehribanlıq kişini ürəkləndirdi və o, əsl mətləb üstünə gəldi:
– Oğul, mən qocalmışam, gördüyün kimi, hay-hayım gedib, vay-vayım qalıb. Bir ayağım burdadı, bir ayağım gorda. Gəl daşı tök ətəyindən, yığış gedək evimizə. Heç olmasa öləndə başımın üstündə ol, gözlərimi bağla, — onun gözləri yaşardı, susub cibindən əzik dəsmal çıxartdı, yaşını sildi. — Bütün varidatımı, torpaqlarımı sənə vəsiyyət eləmişəm. Nə etdiyinin, nə iş gördüyünün mənə dəxli yoxdu, oğul. Özün bilən məsləhətdi, oğul. Əgər mən — sənin zabitəli doğma atan səni bu yoldan döndərə bilmədimsə — demək, heç kəs, heç nə səni bu yoldan döndərə bilməz, oğul. Ancaq gedək, sənə yalvarıram, bala, gedək.
Bəbir atasının ağladığını görməmək üçün başını aşağı saldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, dördüncü fəsil...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.
Стихи других поэтов
Bir cığıram dağlarda!..Yollarımda al günəş,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Fikr edirdim, olacaqsan mənə cananə, gözəlFikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.