Страница 7 из 7 · 86%

Leyla heç bir şey demədən, yalnız başını astaca tərpətməklə ondan aralandı. Aslan dalınca xeyli tamaşa elədi, dolu, tökmə baldırlarına, düz, mütənasib bədəninə, aram, arxayın yerişinə hərisliklə nəzər salıb qılıncdan iti nəfsini saxlaya bilməyərək fikrən onu soyundurmaq istəyirdi ki, kimin haqqında belə düşündüyünü xatırlayıb o bəd, çirkin düşüncələri özündən uzaqlaşdırdı: «Lənət sənə, şeytan, yox, bu arvad yer adamı deyil, həqiqətən möcüzədir. İndi yəqin bildi ki, ürəyimdən nə keçirtdim. Qorxar, getməz, əlimdən çıxar, qalaram belə».

⎯ Axşamınız xeyir, Aslan Fərhadoviç…

Aslan səsə çönüb böyründə dayanmış və əlində maşının açarlarını fırladıb oynadan, dünəndən bəri gözünə ilan-qurbağa şəklində görünən və indi zəndeyi-zəhləsi getdiyi Mehmanı gördü, salamını almamış üstünə çımxırdı:

⎯ Hardasan, adə? Bir saatdı səni bu yağışın altında gözləyirəm…

⎯ Aslan Fərhadıç…

⎯ Nə Aslan Fərhadıç, Aslan Fərhadıç salmısan? Mənim adımı sən qoymusan?

⎯ …

⎯ Maşını yiyəsiz qoyub hansı cəhənnəmə itmişdin? ⎯ Bu dəqiqə yerin-göyün qəzəbini, hirsini sürücüsünün üstünə tökməyə hazır olan Aslan, az qalmışdı: ⎯ Sənə kim ixtiyar verib, mən deməmiş, götürüb bizim evə zəng vurursan? ⎯ desin, lakin zorla özünü ələ alıb sözlərini uddu və əvəzində: ⎯ Şəhər oğruynan, cığannan doludu, adamın papağını başından götürüb qaçırlar, gözünün qabağında gündə neçə «uqon» olur, sən isə… Aparsalar, neyniyəssən?

⎯ …

Mehmanın sərt qaya kimi dayanıb qulaq asması, cavab qaytarmaması Aslanı bir az da hövsələdən çıxarırdı: «Köpəkoğlunun heç vecinə deyil, çünki fikri ayrı yerdədi». Mehman doğrudan da əhvalını pozmadan dayanıb «xozeyn»in ürəyini boşaldıb hirsini soyudandan sonra nə edəcəyini gözləyirdi.

⎯ Apar maşını qoy qaraja.

⎯ İndi evə getmirsiniz?

⎯ Yox. Dalımca ayrı maşın gələcək. Yoldaşlarla Qarabağa əsgərlərlə görüşə gedəcəyəm. ⎯ Aslan bu son sözləri bilə-bilə qəsdən söylədi, gözlənilməz xəbəri necə qarşılayacağını, sevinib-sevinməyəcəyini yoxlamaq, görmək istəyirdi, çünki vaxtilə özü çox belə «psixoloji eksperimentlər» aparmış, tərəfmüqabilinin əhval-ruhiyyəsini öyrənmək xatirinə çoxlu gözlənilməz «xodlar» eləmişdi və indi də Mehmanı bu yolla «tutmaq» istəyirdi: ancaq Mehmanın dolu, qaraşın sifətindən, iri, mavi gözlərindən heç nə oxuya bilmirdi Aslan. «Yəni bu küçük də rol oynayır? Bu xaraba dünyada yəni hamı, hətta şofer də artist olub? Dayan, köpəkoğlu, sənin ciyərini çıxardacağam».

⎯ Onda… Leyla xanıma deyim ki, siz gəlməyəcəksiz?

Aslan tələsik, ağzında dili yanırmış kimi, dedi:

⎯ Yox, yox. Lazım deyil. Özüm demişəm. ⎯ Sonra düşündü: «Aman allah, deyirlər yalan danışma. Amma hamı, hətta bu sözü deyənlər də yalan danışır, axı bu dağılmış xarabada yalansız yaşamaq mümkün deyil, ilahi, vallah, mümkün deyil».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 мин
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 мин
Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 мин
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 мин

Стихи других поэтов