Страница 4 из 5 · 60%

– Mən? Sənin düşmənin? Bu nə sözdü? Allah eləməsin...

Sakit ürəkdən şaqqanaq çəkib güldü:

– Bilirsən bunu niyə deyirəm? Yox? Mənim bəzi üzdəniraq dostlarım var, nə yazıramsa, deyirlər, əladır. Qətiyyən nöqsan görmürlər məndə. Ancaq ordan-burdan qulağıma çatır ki, mənim «Dostlarım» deyirlər ki, onun yazdıqları elə bir şey deyil: müdrik bir kəlamı yadıma saldın indi sən məni tərifləyəndə: «Düşmən adamı öldürmək üçün tərifləyər!».

Gülmirə də güldü:

– Yox, mən sənin dostunam, düşmənin deyiləm, Sakit. Bir də mən o məşhur kəlamı qəbul eləyə bilmərəm, ağlıma batmır. Yaxşını gərək tərifləyəsən, pisi də pisləyəsən. Hər tərifləyən düşmən ola bilməz, hər pisləyən də dost. Bu şərti şeydi, əlbəttə.

– Düzdü, mənim cəsurum. Bu kəlam, əlbəttə, ikiüzlülərə, dili bir, ürəyi ayrı söz deyənlərə aiddir.

Gülmirə əlini uzadıb yaşıl aşdım-daşdımın bir ləçəyini qopartdı, burnuna yaxınlaşdırıb iylədi və qəfildən:

– A, az qala yadımdan çıxmışdı. Sənə Sahibə xanım çox-çox salam göndərdi. — söylədi.

Sakit gözlərini döydü:

– Sahibə kimdi?

– Sahibə də... sənin qəhrəmanın. Mir Sahibin arvadı. Sakit yenə xatırlaya bilmədi, gözlərini qıyıb yaddaşını araşdırdı, yadına heç kəs düşmədi.

– Xəstəxanada...

Sakit Gülmirəyə sözünü axıracan deməyə imkan vermədi:

– Ah, yadıma düşdü... Bilgəhli qızı... Hə, hə. Yaxşı, sən onları hardan tanıyırsan, ay Gülmirə?

– Onlar mənim qonşumdu, Sakit. Axşam bizə gəlmişdi. Kitabını gördü, elə sevindi ki...

Sonra Gülmirə dünən axşam Sahibə ilə etdiyi söhbəti yerli-yataqlı ona nağıl elədi. Sakit bu təsadüfdən çox mütəəssir oldu. Xəstəxanada keçirdiyi o ağır günləri təzədən yaşadı elə bil. Sahibədən, Mir Sahibdən çox razılıq elədi. Buna da təəssüfləndi ki, elə gözəl insanlarla sonralar əlaqəsi kəsilib. İş çox, vaxt az... qayğılar...

– Sən allah, yadıma sal, onlara bir kitab göndərim. Üstünü yazaram, apararsan.

– Yaxşı. Çox sevinərlər, Sakit.

Sakit nə isə fikrə getdi, ani sükutdan sonra:

– Uşaqları olmayıb ki? — deyə soruşdu. Gülmirə astadan:

– Yox! — dedi, — olmayıb.

Sakit başının seyrəlmiş tüklərinə əl çəkib köksünü otürdü:

– Hayıf!..

Bu zaman akademik Nurəddin Osmanzadə dəhlizin o başında göründü. Gülmirənin arxası ona tərəf idi. Gəldiyindən xəbəri yox idi, ancaq Sakit qəribə bir sövq-təbii ilə, özünəməxsus həssaslıqla duydu ki, indicə nə isə olacaq — narahat oldu, Gülmirəni dinləyə-dinləyə direktor gələn səmtə nəzər saldı. O, gəlib yanlarından keçəndə, Sakitə çəpəki baxıb - elə bil kimsə ona söyləmişdi

– ayaq saxladı. Onlar direktorla salamlaşmaq istədilər, ancaq o buna macal vermədi.

– Yoldaş ədib, bu nə vaxtın işə gəlməyidi? Saat neçədi?

Sakit bu gözlənilməz sualdan çaşan kimi oldu. Günahkar uşaq kimi Nurəddinin üzünə baxıb gülümsədi. Ancaq direktor buna məhəl qoymayıb çox ciddi tərzdə:

– Səndən soruşuram, indi saat neçədi? — deyə təkidlə soruşanda o:

– On ikinin yarısıdı, — dedi.

– İş saat neçədə başlayır?

– Doqquzda, — dedi və təəccüblə direktora baxmaqda davam etdi sonra sanki gecikməyinin səbəbini izah edirmiş kimi astadan: — Gecə səhərəcən işləmişəm, yoldaş Osmanzadə, — söylədi.

Nurəddin rəsmi bir tərzdə:

– Onun mənə heç dəxli yoxdu, — dedi. — Qanun hamı üçün eynidir. İş vaxtı işdə olmalısan.

– Baş üstə! — dedi Sakit. Ancaq Gülmirə dözmədi, özünü saxlaya bilmədi, çünki gördü ki, Osmanzadənin sözləri onun qəlbini necə sındırdı.

– Akademik Aslanzadə ona icazə vermişdi, nə vaxt istəyirsən, onda da gəl-get — demişdi — O, yazıçımızdı axı bizim. Nurəddin sərt bir hərəkətlə ona sarı döndü:

– Akademik Aslanzadənin açdığı bazar bağlanıb daha, qız. Burda mən yazıçı-mazıçı tanımıram. Bura elmi idarədi, Yazıçılar İttifaqı deyil.

Sakit siqaret yandırdı, direktorun üzünə baxmadan;

– Aydındı, yoldaş Osmanzadə, — deyə dilxor halda siqaretini sümürdü. Direktor addımlarını iri-iri ataraq onlardan uzaqlaşdı. Gülmirə ilə Sakit söz tapmırmış kimi bir neçə an susdular; bayaq fərəhdən-sevincdən üz-gözündən nur yağan Sakitin əhvalı tamam pozulmuşdu, rəngi boğulmuşdu. Elə Gülmirə də az pərt olmamışdı. «Mən yazıçı-mazıçı tanımıram» sözləri Gülmirəni Sakitdən az sındırmamışdı. Gülmirə onun halını yaxşılaşdırmaq, təsəlli vermək üçün söz axtarırdı, ancaq ağlına heç nə gəlmirdi. Sakit yenə tüstünü ciyərinə çəkib:

– Fikir vermə, Gülmirə xanım, — dedi, — hamı Aslanzadə kimi olsaydı, onun qədri-qiyməti bilinməzdi, Deyəsən, kişi bir şey bilirmiş ki, prezidiumda bunun direktor təyin edilməsinə etirazını bildirib.

– Əlbəttə. Aslanzadə müdrik adam idi. Pay sənin! —deyə

:

Gülmirə təəssüfünü gizləyə bilmədi. — Bu boyda kişi necə də bir anın içində gözümdən düşdü ey. Necə yəni yazıçı-mazıçı tanımıram? Bəs onda sən kimi tanıyırsan? Sən əgər xalqının yazıçısını tanımırsansa, qədrini bilmirsənsə, onda sən heç özünü də tanımırsan... Mən...

Sakit gördü ki, Gülmirə danışdıqca hirslənir, araya söz salıb söhbəti Aslanzadənin üstünə gətirdi:

– Aslanzadə ilə sən bunu nahaq müqayisə eləyirsən, Gülmirə xanım. Bu, ona bənzəyir ki, sən brilyantı dəmirlə yanaşı qoyursan. Mənim Osmanzadə ilə o qədər yaxınlığım olmayıb, oturub-durmamışam, ancaq mən adam tanıyanam, adamın bu üzündən baxanda, o üzünü görürəm. Bu sözlərimi yadında saxla, sonra vaxt gələr görərsən ki, Sakitdə bir peyğəmbərlik də var imiş; Bax, bizim təzə direktor könül sındırmaqdan, pislik eləməkdən həzz alan bir adamdır. Yaxşılıq eləmək deyilən şey onun dəftərində yazılmayıb. O, alim olub, ancaq insan ola bilməyib, ola da bilməz. Təbiətən belə yaranıb, belə də yaşayacaq. O sənin, mənim başa düşdüyümüz mənada ziyalı deyil. Buna ancaq, təəssüf eləmək lazımdı. Yaxşı ki, belələri təkəm-seyrəkdi. Aslanzadələrin müqabilində bu cür adamlar çox miskin görünürlər.

– Aslanzadə ipək kimi adamdı. İnstitut əməkdaşlarının hamısı — böyükdən tutmuş kiçiyə qədər — elə bilirdi ki, direktor atasıdı, qardaşıdı, dostudu, kimin nə dərdi vardı, gedib deyirdi. Əlindən gələni eləyirdi. Heç nə bacarmayanda da, heç olmasa ağıllı məsləhət verirdi.

– Bəli. Çox adama yaxşılıq eləyib o! Uzağa niyə gedirsən, elə biri mənim özüm. Mən onun çörəyini yeyirəm. Gülmirə xanım, sözün həqiqi mənasında onun çörəyini yeyirəm. Bu özü qəribə bir hekayətdir. Ha deyirəm yazım, imkan tapa bilmprəm. Sakit şirin danışan idi və Gülmirə bunu bilirdi. Xüsusilə öz başına gələnləri söyləyəndə o, daha ürəklə danışardı. İndiki qanqaralığı unutmaq üçün, bura münasib olmasa da, Gülmirə istərdi ki, Sakit o «qəribə hekayəti» qısaca nağıl eləsin. Dililə «danış» deməyə çəkinirdi, amma eşitmək də istəyirdi. Gülmirənin təpədən-dırnağa maraq donu geyindiyini hiss eləyən Sakit, azca əvvəl şüşə kimi saf və təmiz qəlbini öz kobud sözləri ilə sındıran Nurəddini özündən çox cavan olan və onun qədər həyat təcrübəsi olmayan Gülmirənin gözündə «öldürmək» və insanlar arasında mələkxislət adam kimi tanınan Aslanzadəni göylərə qaldırmaq arzusunu boğa bilməyərək, Gülmirəyə müraciət etdi:

– Başağrısı deyilsə, danışım sənə.

– Danış-danış, maraqlıdı.

Sakit bir dənə də siqaret yandırdı və sözə başladı:

– Əlli üçüncü il idi. Atası, anası çoxdan ölmüş mən yetim onuncu sinfi bitirib, nənəmin qonşulardan aldığı az miqdar pulla Bakıya gəlmişdim və sənədlərimi universitetə vermişdim. Qalmağa yerim yox idi, şəhərdə tanış-biliş, qohum-əqrəba da yox idi. Elə ilk gün bizim kənddən olan Süleyman adlı bir oğlana rast gəldim — o da imtahan verməliydi. Burda subay, arvad-uşağı olmayan, təkotaqlı evində tək-tənha yaşayan əmisi vardı — onun evində qalırdı. Məni də özüylə əmisigilə apardı və ondan xahiş elədi ki, mən də onlarda qalım. Kişi qırçı idi, nurani sifəti vardı, çox mehriban və qayğıkeş bir insan idi. Səhər gedərdi, axşam gələrdi. İndi ölüb — Allah qəbrini nurla doldursun. Bəli, biz — Süleyman və mən burda yaşayır, imtahanlara birlikdə hazırlaşırdıq. Qiymətlərimiz yaxşı idi, ikimiz də eyni qiymətlər almışdıq. Ancaq rus dilindən imtahan verərkən qiymətlərimiz haçalandı — o, yazıdan iki, mən isə üç aldım: onda rus dilindən yazılı və şifahi imtahanı ayrı-ayrı verməliydik. İki imtahanın qiymətini toplayıb orta bir qiymət verdilər. Şifahidən o da üç aldı, mən də. Axırıncı imtahan qalırdı. Coğrafiyadan. Bundan bir üç ya dörd ala bilsəydim, qəbul olunurdum. Süleymanın vəziyyəti isə bir qədər dumanlı idi. Yazıdan iki alandan sonra heç imtahana getmək istəmirdi, mən onu zorla apardım. Yaxşı da ki, aparmışam. Üç aldı şifahidən. Ancaq o «iki» bizi çox nigaran qoymuşdu. Avqustun iyirmisində tezdən durub imtahana gedərkən mən qiymətlərim yazılmış imtahan vərəqəmi tapa bilmədim. Süleymanın vərəqəsi yerindəydi, mənimki yox idi. İkimiz də bir yerə qoymuşduq. Evdə qocadan və bizdən başqa da kimsə yox idi ki, deyəm götürən olub. Otağı, kitabları ələk-vələk elədik — iynə olub yoxa çıxmışdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, onuncu fəsil

Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

7 мин
Üçüncü hissə, on birinci fəsil

Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.

8 мин
Üçüncü hissə, on ikinci fəsil

Qəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.

15 мин
Üçüncü hissə, on üçüncü fəsil

Axşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.

6 мин

Стихи других поэтов