Страница 1 из 5

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.

– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

– Eh, ay ma. — Ceyhun süfrə üstündən qalxdı, — Sən niyə qoymursan mən istədiyim kimi yaşayam. Axı...

– Ədə, mən qoymuram səni yaşamağa?.. Ay oğul, — mən sənin ananam, mən sənin pisliyini istəyərəmmi? Baxıram, görürəm, əldən gedirsən, gözüm baxa-baxa əriyirsən — mən sənin qayğına qalmayım, bəs kim qalsın, hə? Atan papağını yan qoyub gəzir özüyçün. Dünya aləm dağılsa da, vecinə deyil. Sən də, mən də bu damın altında bir gün yıxılaq-ölək, qulağına da girməz, tükü də tərpənməz. Bəs mən yazıq başıma haranın daşını salım, hə? De də, sən de heç olmasa! Mən bilmirəm onun dərdini çəkim, sənin dərdini çəkim?

– Heç kəsin dərdini çəkmə. Daha dərdi çəkiləsi adam qalmayıb.

Nadirənin tikəsi boğazında ilişib qaldı.

– Necə yəni daha dərdi çəkiləsi adam qalmayıb? Bu nə deməkdir, Ceyhun? Bu ailə...

Ceyhun gözucu, xəlvəti saata nəzər fırlayıb:

– Bu o deməkdir ki, daha sizin ailəniz yoxdur, yoxdur sizin ailəniz! — dedi.

– Sən nə danışırsan?

– Mən bilirəm nə danışıram. Qurbanzadələr ailəsi daha yoxdu və bunu sən özün də yaxşı bilirsən. O da yaxşı bilir, sən də yaxşı bilirsən. Yoxsa yenə elə bilirsiz mən burnu fırtıqlı uşağam, heç nə anlamıram? Belə ailə olmaz! O özü üçün yaşayır, sən özün üçün yaşayırsan. Əvvəllər deyişirdiniz, sözləşirdiniz, evdə iclas eləyirdiniz, sonra hardasa ayılıb, dayanıb fikirləşirdiniz ki, bura institut deyil, evdi, siz alim deyilsiniz, ər-arvadsınız. Amma son aylar heç nə yoxdu. Elə bil bura mehmanxanadı — gecələr gəlib hərəniz öz otağınıza çəkilir, kitab-kağızla danışır, səhər açılan kimi yenə idarəyə tələsirsiniz. Bu evdə mən səmimiyyət görmürəm, sevinc, gülüş görmürəm, doğmalıq görmürəm. Elə bil hərəsi bir başqa dünyadan gəlmiş ayrı-ayrı adamları bir damın altına yığıblar, deyiblər, yaşayın. Bütün bunları sən də, o da, çox gözəl başa düşürsünüz, amma dilinizə gətirməyə, etiraf eləməyə qorxursunuz elə bil.

Çəngəl Nadirənin əlindən süfrənin üstünə düşdü. Gözləri geniş açılmışdı — yanaqlarında donuq bir təəccüb ifadəsi gəzib dolanırdı. Oğluna qulaq asdıqca, dediklərini ölçüb-biçdikcə arvadın içərisini soyuq bir duyğu, qış şaxtası kimi üşüdürdü, etiraz eləmək istəyirdi, amma bacarmırdı. Sanki nitq qabiliyyətini kimsə elə indicə əlindən almışdı. Düşünürdü ki, Ceyhun hələ bu vaxta qədər anası ilə belə açıq, belə məntiqlə danışmamışdı: uşaq saymışdı onu. Şərə-şurluğunu da yetkinləşməməsi ilə bağlamışdı. Lakin indi... Ceyhun bütün Qurbanzadələr ailəsini sanki müttəhimlər kürsüsündə oturtmuşdu, ittiham edirdi. Necə də həqiqəti deyirdi Ceyhun. Bunlar elə həqiqətlər idi ki, görməmək, hiss etməmək mümkün deyildi. Yəqin ki, Nadirə də bunları çox gözəl bilirdi. Bəlkə elə Salman özü də bilirdi. Ancaq Salman da, Nadirə də, Ceyhunun dediyi kimi, bunları dilə gətirməyə qorxurdular. Nadirə oğluna qulaq asa-asa iki hiss arasında çırpınırdı: Əvvələn, Ceyhunun—hələ süd iyi ağzından getməmiş, uşaq saydığı oğlunun belə tutarlı, məntiqli mühakimələri bir ana kimi onu sevindirməyə bilmirdi. Demək o öz oğlunu hələ tanımırmış, daha doğrusu, birtərəfli tanıyırmış; tənbəl, oxumağa həvəsi olmayan, atasının-anasının ad-sanına, puluna arxalanıb arın-arxayın yaşayan, heç nə haqqında düşünmək istəməyən, yeyib-içməyə həvəs göstərən bir yeniyetmə kimi qiymətləndirməkdə nə qədər yanılırmış o! Sən demə, Ceyhun elə də küt oğlan deyilmiş—baxırmış, görürmüş, düşünürmüş. Ata-anası arasında gedən açıq-gizli «müharibələrin», söz-söhbətlərin, evi soyuq, heç kəsin olmayan, eyni zamanda hamının olan mehmanxana otağına döndərən bir-birinin anlamamağın — bütün bunların hamısının necə ağır dərd olduğunu dərk edib sınması, və nəhayət, indi dilə gəlməsi ana üçün kədərqarışıq bir fərəh idi və bu qəribə fərəh onu ağlamaq dərəcəsinə gətirirdi. Yox, Ceyhun ağıllı oğlan imiş, ən ümdəsi isə, düşünən imiş. Sadəcə onunla məşğul olmayıb — o, unudulub, körpə fidan kimi baxımsız qalıb. Yavaş-yavaş qurumağa başlayıb, yarpaqları quruyub, saralıb, xırda budaqları quruyub. Kəsib atmaq olar o budaqları — gövdəsi salamatdı, torpaqdadı — hələ həyat şirəsi var canında. Bunu düşündükcə ana kövrəlirdi və kövrələ-kövrələ, özündən xəbərsiz yanaqları aşağı yaş axırdı. Və Nadirə xanım heç nədən, adicə söhbət zamanı oğlunu təzədən kəşf etdiyinə sevinirdi və bir də buna sevinirdi ki, hələ gec deyil, hələ hər şey məhv olmayıb, hər şeyi atmaq, bütün diqqəti ona yönəltmək, onu qurumağa qoymamaq lazımdır. Olar, mümkündür. Salman heç, Salmandan ona ər olmadı, uşağına ata olmadı. Nadirənin isə yeganə ümidi-pənahı, bütün arzularını bağladığı ancaq Ceyhun idi. Əsərləri qədər, bəlkə onlardan da çox sevirdi Nadirə Ceyhunu. Bax, indi o başa düşürdü ki, Ceyhunu yazı-pozusuna qurban verirmiş. Uzun illər o, belə eləyirmiş və bu yolun düzgün olduğunu güman edirmiş. Lakin indicə necə səhv fikirləşdiyini dərs eləyib özünü danlamaq istəyirdi — təəssüf ki, bu an ona imkan yox idi. Digər tərəfdən elə məyus olmuşdu ki, deyiləsi deyildi. Ceyhunun sözlərindəki həqiqət ürəyini yandırırdı. Sanki Ceyhun içində, ruhunda oturmuşdu və aylardan, illərdən bəri yığılıb qalaqlanmış ağrısını-acısını söyləyirdi — o ağrı-acını ki, özünə gün kimi aydın idi, ancaq dilinə gətirə bilmirdi. Ucundan-qulağından neçə dəfə Salmana demək istəmişdi, hətta başlamışdı da. Lakin Salman onu

başa düşməmişdi, sözünü kəsmişdi, öz «pedaqoji» fikirlərini «təbliğ» eləməyə çalışmışdı. Nadirənin dərdi dilinin ucunda ilişib qalmış, təzədən ürəyinə axıb dolaraq qubara çevrilmişdi. İndi oğlu! Həmin «yazıları» — müəllifi həyat olan həmin dərdi-qubarı onun üzünə oxuyurdu. Bu sözlərə qulaq asmaq bir yandan acı idi

– öz səhvləri idi, günahları idi; o biri yandan şirin idi — oğlu deyirdi bu sözləri. Demək o, həyatını Salman kimi yaşamaq istəməyəcək — çünki bu yolun yanlış olduğunu o görür, dərk edir. Demək, Allah qismət eləsə, gələcək gəlini Nadirənin çəkdiyi əzabları, sıxıntıları görməyəcək, çəkməyəcək.

Kədər qarışıq sevinc yaşa çevrilib yanaqları aşağı axırdı. Və yazıq ana bilmirdi ki, sanki indicə kəşf elədiyi ciyərparası ilə bu, axırıncı söhbətidir, bir daha onun bu cür ağıllı sözlərini eşitməyəcək, şıltaq, ipə-sapa yatmayan hərəkətlərini görməyəcək, heç vaxt səsini dinləməyəcək, uşaq kimi qabağına qoyub danlamayacaq. Heç vaxt. Tək bircə dəfə üzünü görəcək. Və bu, onların son görüşü olacaq. Bilmirdi bütün bunları, bilmirdi,

...Tərs kimi Nurəddin Osmanzadənin göstərişi ilə «Salman komissiyası»nın iclası bu günə təyin olunmuşdu. Akademikin kabinetində çox adam yox idi — direktor özü idi, Salman idi, komissiyanın üç nəfər üzvü — İltifat, Gülmirə və Gülalıydı, bir də şöbə müdiri kimi Nadirə xanım idi. Salman sol tərəfdəki kresloda, komissiya üzvləri direktorla qabaq-qənşər, Nadirə xanım isə Salmandan yuxarı başda əyləşmişdi.

Komissiyanın üç aya yaxın bir müddətdə işləyib hazırladığı qərar direktora çoxdan məlum idi. Hər iki əsər — Salman Qurbanzadənin «Nəsiminin sənətkarlığı» kitabı və mərhum Mirzə Yanarın eyni adlı əlyazması diqqətlə tutuşdurulmuş, müqayisə edilmiş və professor Salman Qurbanzadənin Mirzə Yanarın əsərini oğurlayıb öz adına çap etdirdiyini, təsdiq edən çoxlu faktlar və misallar aktda qeyd olunmuşdu. Aktın yazılmasını İltifata tapşırmışdılar və o da, insafən, çox ciddi səy göstərərək, yaxşı, daşdan keçən bir sənəd hazırlamışdı.

Komissiya işləyən müddətdə Salman özünü təmkinli aparmış, nə Gülmirəyə, nə Gülalıya və nə də hamıdan çox, bəlkə də Gülmirə qədər yaxşılıq elədiyi İltifata yanaşıb bircə kəlmə də deməmişdi. Doğrusu bu idi ki, özü ummuşdu, gözləmişdi ki, heç olmasa İltifat ona yaxınlaşar, yoxlamanın gedişindən bir şey deyər. Ancaq İltifat bunu eləməmişdi və Gülmirənin hərəkəti onun ürəyini nə qədər ağrıtmışdısa, İltifatın da belə laqeydliyi onu o qədər göynətmişdi. Gülalıdan heç nə ummurdu, çünki yaxşı bilirdi ki, onun belə işlərdə əli yoxdur. Salmanın nəzərində Gülalı kişi deyildi, İltifat isə nakişi idi. Hadisələr İltifatı ona yavaş-yavaş tanıdırdı və Salman yanıb-yaxılırdı ki, elə bir kişidən bu cür simasız, mənliyi olmayan, qədir-qiymət bilməyən bir oğul törəyib yer üzündə yaşayır və hələ utanmadan şairlik iddiası da eləyir. Burada, bu iclasda tək bircə şey maraqlı idi. Salman üçün akademik Nurəddin Osmanzadənin fikri və əlinə «fakt» keçəndən sonra necə hərəkət etməsi. Bundan başqa, çıxışları zamanı Gülmirənin də, İltifatın da, Gülalının da gözlərinin içinə baxmaq Salman üçün az maraqlı deyildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 мин
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 мин
İkinci hissə, beşinci fəsil

Nəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...

8 мин

Стихи других поэтов