Saçın əndişəsi təhriki-zənciri-cünunumdur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Saçın əndişəsi təhriki-zənciri-cünunumdur.
Cünunum dəfinə zikri-ləbi-ləlin füsunumdur.
Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər,
Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur.
Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər,
Qalan odlarda yanmış kövkəbi-bəxti-zəbunumdur.
Gələn navəklərin bir-bir yaxıb, qoymaz bulam zövqin
Məni hirman oduna yandıran suzi-dərunumdur.
Səri-kuyində könlüm bərqi-ahın sanma bihuda,
Qaranqu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur.
Ləbi-Şirinlərin şövqilə Fərhadi mənəm əsrin,
Yanımda cəm olan sangi-məlamət Bisütunumdur.
Füzuli, xali olmaq cami-eyşim safi-səhbadən,
Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-sacin-endisesi-tehriki-zenciri-cununumdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
GülərmişBaxgilən fələyin ruzigarına,Əyyam xoş keçəndə dövran gülərmiş.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.