Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab,Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.

Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.

Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,Kəssə varın, tiği-xunrizindən etmən ictinab.

Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədirKim, alır başlardakı sevda cəmalından niqab.

Qüssəsindən başımın qıl kimi incəlmiş tənimKim, tənimlə tiği ortasında başimdir hicab.

Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.

Макта — последний бейт с тахаллусом поэта. Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов