Ordan-burdan 74
Rus adamları Dövlət dumasında olan vəkillərindən tələb eləyirlər ki, onlar gedib, bilavasitə padşah ilə danışsınlar və ehtiyaclarını bilavasitə padşahın özünə desinlər.
Ay ruslar, bəs biz müsəlmanlar nə edək ki, Dumaya göndərdiyimiz vəkillər padşah oyanda dursun, öz duma yoldaşlarının yanında da danışmaq istəmirlər. Və elə dinməz oturublar ki, guya ağız açsalar qiyamət bərpa olar. Onlara bir deyən yoxdur ki, ay vəkillər, axı belə iş olmaz. Sizi bura danışmağa göndəriblər, yoxsa Dövlət dumasına Qafqazdan “Nobar” göndəriblər?
Rusiyanın ən müəzzəm bir məhəllində, yəni Darüssəltənə Peterburq şəhərində millətlər vəkilləri cəm olub, hamısı (bizimkilərdən başqa) danışırlar, tələb edirlər ki, əhaliyə olan polis zülmü yox olsun. Rusiyanın, bu cəsur Rusiyanın, kənar guşələrinin birində, yəni Cəbrayıl uyezdində Davıdov adlı bir polis adamı vəkillər tələbinə, filanına baxmayıb, əlindən gələn zülmü heç bir müsəlmandan əsirgəmir. Kişi burada əyləşib iş görür: komitet düzəldir, adam öldürtdürür, rüşvət alır, soyğunçuluq, basqınçılıq etdirir, qərəz, Araz çayının bu tərəfində oturub, o tərəfindəki İran xanlarını yamsılayır. Görünür ki, oralarda hakim adlanan adam bir bu Davıdovdur. Qubernator, naçalnik, Qoloşşapov, zad, heç biri yoxdur!
Lənkəranda vaqe olan “drama”lardan biri.
P r i s t a v (kəmali istirahət ilə oturub). Ux!.. Nə yaxşı dincəlirəm, bax buraya gələndən bəri çox kökəlmişəm (qarnına vurur). Bah, bah, bah! Bir az da burada qalsam, lap cırılaram! Özümün kökəlməyim oyanda dursun, cibimin kökəlməyi məni çox... xa, xa, xa “uspakayevat eləyir”.
U r y a d n i k (tələsik daxil olur, özü də qorxudan sapsarı saralıbdır). Barin! Razboyniki napali, çto nam delat? (Yəni quldurlar hücum edibdir, biz nə qayıraq?).
P r i s t a v (lap arxayın). Poskarey vı i kazaki spryaçtes kuda nibud v podval. A musulmani qonite srajatsya s razboynikami! Pust ix!..
Yəni, siz və kazaklar zirzəmidə, zadda gizlənin, müsəlmanları da qovun ki, gedib, quldurlar ilə dalaşsınlar!? Habelə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-74
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.
Dövlət Dumasının qurulmasıMillətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?
Ordan-burdan 69“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.
Vəkillərimiz nə tövr olmalıdırBakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.
Стихи других поэтов · Сатира
Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Dəryada qərq olan iranlıların yetim balalarına təsəlliİki yüz qərq olan iranlılarınQiymətin bildi əcəb konsulunuz!
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,