Содержание
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Страница 18 из 25 · 68%

– Afərin! Yaxşı və qoçaq oğlana oxşayır. Çox xoşuma gəldi.

– Nökərinizdir, qurban!

Xanın atlıları da atlarından endilər.

Xan bir neçə saniyə Fərmanın üzünə baxıb, hacı ilə bahəm içəri daxil oldu.

Xanın adamlarından bir nəfəri əlində bir mürəssə mücrü xanın dalınca, həmçinin, içəri girdi.

Mücrünü gördükdə Fərmanın bir qədər ürəyi düşdü.

Xan talvara daxil olanda qonaqlar hamısı ehtiramla ayağa qalxdılar. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə qərar tutub əyləşdi.

Qonaqlar qabaqca şirin çay verilib, dalınca əl suyu gəldi.

Nahar başlandı.

Böyük məcməyilərdə plov gətirilib, süfrəyə qoyuldu və xuruşlar birbəbir gətirilməkdə idi. Xalq yeyib-içməyə məşğul olub, sazandaların oxuyubçalmasından həzz aparırdılar.

Məclislə əndərunun arasında dolanan Fərman idi. Tez-tez əndəruna girib, oradan qonaqlar üçün qəndab, qəhvə və qəlyan gətirirdi. Əndəruna daxil olub, Gövhərtacın üzünə baxanda ürəyindən bir dərin ah çəkirdi.

Gövhərtac bu haləti ondan görüb, anasının yanında səbəbini soruşmağa cürət edə bilmirdi.

Nahar axşam azanınadək uzandı. Axır qonaqlar bir-bir “xudahafiz” edib evlərinə getdilər.

Xan o gecə Hacı Kamyabın evində yatıb, sübh getməli oldu.


Axşam xanla Hacı Kamyab birlikdə qalxıb, bir qədər alış-veriş və haqqhesab söhbətinə məşğul oldular. Axır xan dedi:

– Hacı Kamyab, bizim aramızda budur, neçə müddətdir rəfaqət var. Bu neçə ildə sən mənimlə və mənim rəiyyətimlə əlaqədarsan.

Cavahiratla zinətlənmiş.

Sənin bizimlə gözəl rəftarın, rəiyyətə göstərdiyin insaniyyət hamının ürəyini sənə bənd edib. Bu gün buraya gəlməkdən mənim məqsədim səninlə buğda, pambıq hesabı çəkmək deyildi. Özgə bir məramla mən buraya gəlmişəm.

Hacı hərçəndi xanın məqsədini mücrüdən duymuşdu, yenə diqqətlə qulaq asıb, “bəli, bəli” deyirdi.

– Biz İndiyədək dost olmuşuq. Bundan sonra da gəl qardaş olaq.

Mənim oğlum Gəray xan böyüyüb, evlənmək vaxtıdır. Sənin də evində bir qızın var. Gəl, sən mənim oğlumu özünə oğulluğa götür. Mən də sənin qızını qızlığa götürüm. Mən çox fikir edib gördüm ki, səndən savay heç bir kəslə mənim qohumluğum tutmayacaq. Ümid edirəm ki, sən də mənim xahişimi qəbul edib bu mücrünü mənim qızıma verərsən.

Bu izdivac hər İki tərəfin əqidəsincə faydalı idi. Xudayar xanın, doğrudur, dövlətinin, malının hesabı yox idi. Hacı Kamyabın da vəfatından sonra, pulu, əmlakı xanın oğluna keçsə, daha da sərvəti və qüvvəti artar.

Hacı Kamyab üçün də Xudayar xan kimi şəxslə qohum olmağın ticarətinə mənfəəti aydın idi. Hacı mücrünü qəbul edib dedi:

– Xan, mən sizin kəmtərin nökərinizəm; qızım da kənizinizdir. Mənim sizin xahişinizdən boyun qaçırmağa ixtiyarım yoxdur.

Xan “Allah mübarək eləsin” deyərək hacı ilə öpüşdü.

Hacı mücrünü əndəruna aparıb, gülər üzlə arvadına verib dedi:

– Arvad, həm bizim üçün, həm Gövhərtac üçün belə xoşbəxtlik yuxumuza da girməz idi. Xudayar xan kimi şəxsin qohumu olmaq bizim üçün böyük başı ucalıqdır. Mənim tay-tuşlarımdan heç biri belə səadətə nail olmayıblar. İndi cəmi şəhər bu əhvalatı danışacaq. Bazarda məni barmaqla göstərəcəklər. Böyük səadətdir! Çox böyük səadət!

Arvad da sevinə-sevinə mücrünü alıb dedi:

– Bəs sən bunu demirsən ki, mən Gəray xanın qayınanası oluram.

O günü hamamda başıma su tökürəm, gördüm bir nəfər arvad yanımdakına deyir:

– O başına su tökən kimdir? Ona deyin bir az kənara çəkilsin. Suyu üstümə sıçrayır.

Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamyabın arvadıdır, dedi:

– Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İbrahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin.

– Sonra baxam görəm kim? Ac Kamran xanın arvadı.

– O Kamran xan ki, mənə İki min tümən borcludur? İndi verməyə də pulu yoxdur.

– Haman özüdür. Dəvədən yıxılıb “höt-hötünü” əldən qoymur. Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona özüm çimib çıxıncahamama girməyə izn verməyəcəyəm. Qoy desinlər:

– Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir.

Hacı dedi:

– Çox gözəl. Bunlar sonranın işidir. Mən geyirəm xanı yola salam.

Sən də qızını çağır, özün xəbər ver.

Hacı Kamyab çıxandan sonra arvad qabaqca mücrünün qapağını açıb tamaşa elədi. Mücrü qiymətli cavahiratla dolu idi. Hacı Kamyabın evində də cavahirat az deyildi. Amma arvadının zənnincə bu mücrüdəki cavahirat hacının cəmi dövlətinə bərabər idi. Mücrünün özü də ziqiymət idi.

Arvad Gövhərtacı çağırdı.

– Qızım, bax gör, Xudayar xan sənə nə gözəl peşkəş gətiribdir.

Bunu deyib mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Qız mat dayanıb, bir şey anlamayaraq anasının üzünə baxdı.

– Niyə sevinmirsən, qızım? Sənə böyük bəxt açılıb. Bundan sonra cavahirat gölündə üzəcəksən. Tezliklə on min can rəiyyətin xanımı olacaqsan.

Qız heç vaxt güman etməzdi ki, atası onu Fərmandan savay başqa adama versin. Anasından aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Anasının axırıncı sözləri onu ayıltdı.

Qız bircə bunu dedi:

– Yox... ana... can!

Gözlərindən sel kimi yaş axdı...

Anası qızına acıqlandı:

– Çəkil get, dinməz otur yerində! Qız uşağısan, sənin üçün eyibdir. Atan gəlib səni bu halətdə görsə, bil ki, başını it qibləsinə kəsər. Get öz mənzilində otur. Qotur Fərman İndi Xudayar xanın oğluna tay olacaq?

Get, bala, ağlını başına cəm elə və otur yerində. Adam tanrısına təpik atmaz.

Qız gözü yaşlı getdi. Bizim yerlərin rəsminə sən bələdsən. Ata istəsə ki, qızını yoldan ötən avaranın birinə versin, gərək qız tabe olub danışmasın. Kişinin xahişinin müqabilində arvad səsini çıxarda bilməz.

Gövhərtacın anası yəqin ki, qızının xoşbəxt olmasını istəyirdi.

Ancaq nə ərinin qarşısında bir söz deyə bilərdi, nə də şəhərin sair arvadlarının
qarşısında özünü çəkməkdən geri dura bilərdi.
Ürəyində deyirdi:
– Qızdır, bir-İki gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə dünya
yadından çıxar.
Gövhərtac o günü axşamadək ağladı. Ondan sonra anasının yanında qız özünü
şad, xürrəm göstərib, xəlvətə çəkiləndə göz yaşı axıdırdı.
Bir-İki gündən sonra əhvalat cəmi şəhərə yayıldı. Tacirlər, əyan, haman bu
süpürgəçəkən Mirzə Əhməd ağa Hacı Kamyabı təbrik etdilər. Hətta Mirzə Əhməd
ağa bir ədəd ibrə şalından canamaz, bir “Cameüddəvat”, bir təsbihi-səddanə və
bir möhür qız üçün ənam göndərdi.
Şəhərdə ancaq İki nəfər qəmgin və başı aşağı gəzirdi. Biri İbrahim idi, o birisi
də oğlu Fərman.
Fərman evdə əyləşib dost-aşna arasına çıxmaqdan xəcalət çəkirdi.
Axır bir gün atasına dedi:
– Ata, doğrusu, mən bu namusu yeyə bilməyəcəyəm. Mən məgər Xudayar
xanın oğlundan əskik oğlanam? Mənim namərd əmim onun nəyinə susadı?
Dövlətinəmi? Məgər mənim əmimin dövləti azdır? Onun var-yox bircə qızı var.
Insafı necə yol verir ki, mənim kimi, ona satın alma qul tək qulluq edən qardaşı
oğlunu buraxıb, qızını xan oğluna verə? Və sonra özü də gedib, haman xan
oğlunun qapısında əli bağlı durub, icazə verməyincə də içəri daxil olmağa cürət
eləməyə.
Mənim İndi heç bir yolum qalmayıb. Mən əmim qızının fəraqına davam eləyə
bilməyəcəyəm. Gərək Gəray xanı da, əmimi də, özümü də öldürəm. Qoy mənə
qismət olmayan, heç kəsə qismət olmasın.
İbrahim oğluna nəsihət elədi:
– Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, öldürəcəyəm nədir? Əmin
bizim tək kasıblarla yaxınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də yıxılır.
Sən özün də gözəl, qoçaq, cavanlar arasında sayılan oğlansan. Hansı dövlətlinin
qızını istəsən sənə verər. Əmin, qızını vermədi nə olar? Çıraq dibinə işıq salmaz.
– Ata, mənə dövlət lazım deyil. Əmim dövlətini kimə verəcək, versin. Mən
çörək qazanmaqda aciz deyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə. Mənə
ancaq öz istəklim lazımdır. Mən yoldaş arasına çıxa bilməyirəm. Mənim heç bir
başqa yolum yoxdur.

Dini, mövhumi qayda-qanundan danışan kitab.


Hacı Kamyaba arvadı, Gövhərtacın naxoş olmasını xəbər verdi. Hacı bərk təşvişə düşüb qızının otağına getdi. Qız yorğan-döşəkdə uzanmışdı.

Hacı, qızının rəngini qaçmış görüb xəbər aldı:

– Qızım, sənə nə olubdur? Niyə yatıbsan?

– Bir şey yoxdur, ata, deyəsən soyuq dəyibdir. Bir az başım ağrıyır.

Heç zad olmaz, bir az tərlərəm, qurtarar.

Hacı gəldi arvadının yanına.

– Qız naxoşdur, naxoşluğunun da səbəbini bilirəm. Bizim İbrahimin avara oğlunun fikri düşüb başına. Mən onun yanında bu söhbətləri eləməyəcəyəm. Ona sən nəsihət elə. Xudayar xan hara, baqqal İbharim hara? Gəray xan hara, Fərman hara? Ancaq mən onun naxoşluğunun şiddət etməyindən qorxuram. Yaxşı olar ki, həkimbaşı Mirzə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов