Ocaq çatdım, odu, közüNəfəsilə alışdırıbBabək ocaq çatan yerdə,Qara batdım,Dava günü,Mərd Cavanşirdizə qədər qara,Buza batan yerdə.Ay üzümə baxıb keçdi,ulduzlar da axıb keçdi –Uyumadım, tək dan atdımGiziroğlu şeşpərinin atan yerdə.At oynatdım,Ağzı köhlən ağzı kimiQartalların qıy vurduğuQoç Koroğlu sınaq üçünQıratı oynadan yerdə,Sevinci qəzəbə qatdım,Əli qanlı yağılarıKərəm, NəbiBir-birinə qatan yerdəÜrək sağlam, ayaq möhkəm.Öz kökümün üstündəyəm,Yatanda da yatacağamBabalarım yatan yerdə.Açan gündə gözlərimiKürdən, Arazdan içmişəm.Milə, Muğana bələdəmAzərbaycan torpağını

çəmən-çəmən,çeşmə-çeşmətala-talameşə-meşə,hasar-hasar,qala-qala tanıyıram.Dağa, arana bələdəm.Babadağı keçid-keçid,Şah dağını bərə-bərə,Yəhər belli Niyalı da,gədik-gədik,ətrafını təpə-təpə,Dərə-dərə məndən soruş.Saçlarımın qırovunuMurovdakı,Qoşqardakıboz buluddanKəpəzdəkiMurğuzdakıçəndən soruş.Soraqdayam, –Aşıq Alı sorağında,aylar,illər yola düşüb.Atlı-atsızvaxtlı-vaxtsızYönüm sağa, sola düşüb,Xəbər alsan ünvanımı –yollardayam:Bu gün burda, sabah orda,Yaxınlarda, uzaqlardaGah Şəkidə, gah Qaxdayam.Qubadayam, Şəmkirdəyəm.Qazaxdayam, Göyçədəyəm,Qarabağda,KəlbəcərdəaxtarıramSinədəftər babalarıSinələrdə axtarıram.Bir sinədə neçə-neçəsöz izi var,Calamasaq izi izəHafizələr ümmanının dibindəkio incilər necə çıxar deyinüzə?Gəraylılar, divanilər,Bağlamalar, müxəmməslər...“Əsrlərin arxasındangələn səslər...”Zəncirləmə zəncir səsiEhtiraslar, düşüncələr,Toqquşmalar zəngüləsi.Bu kitablarbiz deyəninHələ yüzdənbiri deyil.Zaman-zaman, nəsil-nəsilOlmasa da məktəbimiz,mədrəsəmiz,Olub yenə öz sazımız,Öz sözümüz, öz dərsimiz,Məktəbimiz həyat olubUzun müddət bilməsək dəNədir qələm, nədir kağızKəlmələri, nəğmələriDodaq-dodaq, ağız-ağızGəzən neçə ustad olub.Xeyli vaxtdır,Mən onları axtarıram.Abbasları, Əmrahları,Qasımları,Qurbanları axtarıram.Tarixləri tarix kimiYazılmamış şəkli beləBaşdaşına həkk olunubqazılmamış

Neçə-neçə unudulmuşsənətkarı,Qatarından ayrı düşmüşdurna kimi,Xanasından qopub itənmisradakıİstəkləri, arzuları,Valehləri, Musaları,Novruzları axtarıram.Kənd-kənd, ev-ev,insan-insan.Kim axtarar, axtarmasam,axtarmasam?Babaları soraqlayıb,Sirri dərin bir aləmiaxtarıram.Nə müddətdirDilqəm məni buraxmayır,Mən Dilqəmi axtarıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов